Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

"Azərbaycan Uşaq Hüquqları  Aylığı"na start verildi

 

Bu günlərdə  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə müvəkkili  (ombudsman) Elmira Süleymanovanın  təşəbbüsü ilə  "Azərbaycan Uşaq Hüquqları Aylığı"na həsr  olunan tədbir  keçirildi.  Tədbiri giriş sözü ilə açan  ombudsman  Azərbaycanda  uşaq hüquqlarının müdafiəsi  istiqamətində çox işlər görüldüyünü qeyd etdi. Qayğıya ehtiyacı olan uşaqların  problemlərinin həlli istiqamətində  Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulandı. Bildirildi ki, uşaqların sağlam həyat tərzi sürməsi, cəmiyyət üçün yararlı vətəndaş kimi yetişməsi dövlətimizin daim diqqət mərkəzindədir. Bu gün gələcəyimiz olan uşaqların  hüquqi nöqteyi-nəzərdən  maariflənməsinə daha çox diqqət yetirilməlidir. Son illər uşaq hüquqlarının müdafiəsi  ilə bağlı bir neçə  qanun layihəsi hazırlanıb  Milli Məclisə təqdim olunmuşdur.

Qeyri-Hökumət Təşkilatları Alyansının koordinatoru Nabil Seyidov  öz çıxışında ombudsmanla  içtimai birliklərin  birgə fəaliyyətindən  bəhs etdi. Bildirdi ki, aylıq çərçivəsində xeyli  tədbirlər keçirmək nəzərdə tutulur.

Milli Valideyn - Müəllim Assosiasiyasının  direktoru Təranə Şərifova  çıxışında  bu işə dəstək verən qeyri- hökumət təşkilatlarına  minnətdarlığını  bildirdi və onların gördüyü işləri yüksək dəyərləndirdi.

Sonra ombudsman Elmira Süleymanova  mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Vurğuladı ki, Avropada "Uşaqlar üçün yararlı dünya" devizi altında  keçirilən uşaq hüquqları  aylığının  Azərbaycanda da keçirilməsi   eyni mahiyyət kəsb edir. Aylığın əsas məqsədlərindən biri  cəmiyyətin hər bir üzvünü  uşaqların problemlərinin həllinə cəlb etməkdən ibarətdir.

Sonra  "Park   Bulvar"da "Şirin rənglər" festivalı ilə "Azərbaycan Uşaq  Hüquqları Aylığı"na rəsmi  start verildi. Açılışdan sonra  müxtəlif uşaq evlərinin sakinləri bu aksiyaya öz yaradıcılıq nümunələri ilə qatıldılar. 

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov