Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - 42

 

Bakıda Avropanın Memar Tələbələr Assambleyasının 30-cu qurultayı işə başlayıb

 

Oktyabrın 24-də "Park İNN" otelində Avropanın Memar Tələbələr Assambleyasının (EASA) milli əlaqələndiricilərinin mövsümarası görüşünün 30-cu qurultayı işə başlamışdır.

AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuşdur.

Əvvəlcə qurultay iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Avropanın müxtəlif ölkələrindən 60-dan çox memar tələbənin iştirak etdiyi qurultayın açılış mərasimində AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova bildirmişdir ki, beynəlxalq tədbirin Bakı şəhərində keçirilməsi haqqında qərar 2010-cu ildə Danimarkanın Kopenhagen şəhərində Mövsümarası görüş zamanı AMİU-nun təşəbbüsü ilə hazırlanmış təqdimata baxışdan sonra Assambleyanın üzvləri tərəfindən qəbul edilmişdir.

EASA-nın fəaliyyəti barədə məlumat verən G.Məmmədova qeyd etmişdir ki, 1981-ci ildən etibarən Avropa ölkələrindən 400-dən çox memar tələbə hər yay Avropanın bir şəhərində toplaşır. Onlar yay tədbiri zamanı debatlar aparır, həmin şəhərin memarlığı ilə ətraflı tanış olurlar.

G.Məmmədova qeyd etmişdir ki, qurultay çərçivəsində avropalı qonaqlar Azərbaycanın memarlıq abidələri və tarixi irsimizlə tanış olacaq, respublikamızın inkişafı və reallıqları barədə ətraflı məlumat alacaqlar.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov və başqaları ölkəmizdə gənclərə, onların təhsilinə göstərilən dövlət qayğısından danışmış, tədbirin əhəmiyyətini vurğulamışlar.

Qurultay oktyabrın 31-dək davam edəcəkdir.

EASA-nın 1-ci qurultayı 1981-ci ildə İngiltərənin Liverpul şəhərində keçirilmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov