Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Müsabiqə qalibi olmağımız kollektivimizi daha da ruhlandırıb

 

Müstəqil Azərbaycan təhsilinin  bütün pillələrində, o cümlədən ümumi təhsil sahəsində 1999-cu ildən başlayaraq  ulu öndərimiz  Heydər Əliyev tərəfindən  təməli qoyulmuş  islahatlar möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi altında  planlı və ardıcıl şəkildə davam etdirilir. Müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil geniş vüsət alır, məktəblərin maddi-texniki, tədris bazası əsaslı  surətdə möhkəmləndirilir,  müasir tədris avadanlığı və İKT ilə təminatı sahəsində irimiqyaslı işlər görülür.

Hazırda məktəblərdə yetkin şəxsiyyətin formalaşdırılmasına yönəlmiş, əsas mahiyyətini təhsilin keyfiyyətinin yüksəldilməsi təşkil edən yeni qiymətləndirmə sisteminin, fənn kurikulumlarının tətbiqi, müasir dərslik komplektlərinin  nəşr edilməsi, çevik təlim texnologiyalarının tətbiq edilməsi, "müəllim - şagird" əməkdaşlığının  təhsilin demokratikləşdirilməsində həlledici amilə çevrilməsi Azərbaycan təhsilinin  qabaqcıl təhsil sistemlərinə inteqrasiyasına  real imkanlar açmışdır.

Rəhbərlik etdiyim Yevlax şəhər Ş.Qurbanov adına 8 nömrəli tam orta məktəbin kollektivi bütün bunlardan ruhlanaraq  böyük əzmlə çalışır. Məktəbimiz   1967-ci ildə tikilib istifadəyə verilmişdir. 2009-cu ildə isə təhsil ocağımız əsaslı təmir edilərək yeni avadanlıqlarla təmin olunmuşdur.

Son illər ərzində məktəbimiz  təlim-tərbiyə sahəsində bir çox nailiyyətlər əldə edərək rayonun qabaqcıl ümumtəhsil müəssisəsinə çevrilmişdir.

Məktəblərin kompüterləşməsi, müəllim və şagirdlərin işinin kompüter texnologiyası  ilə təşkili məktəbdə yeniliklərin tətbiqinə  şərait yaratmışdır. Lokal İnternet şəbəkəsinin  imkanlarından istifadə edən müəllim və şagirdlər məqsədyönlü, müasir  təlim formaları tapmağa  nail olur,  özlərinin peşəkar araşdırma aparmaq  qabiliyyətini inkişaf etdirirlər. 

Elektron dərsliklər, Heydər Əliyev Fondunun vəsaiti hesabına  verilmiş əyani vəsaitlər müəllimlərin əməyini xeyli yüngülləşdirmiş,  şagirdlərin dərsə marağını artırmışdır. 

Son üç il ərzində məktəbimizin 112 nəfər müəllimi "Mədəd" Humanitar Təşkilatı İctimai Birliyi və  Təhsil Nazirliyinin  təşkil etdiyi  "İKT -nin  təhsilə tətbiqi" mövzusunda təlim kurslarından  keçmişdir. Məktəbin müəllimləri Aliyə Nəsibova  və Rəsmiyyə  Əliyeva həmin kurslarda təlimçi kimi məşğələlərə cəlb olunmuşlar.

Məktəbimizdə fənn kurikulumlarının  tətbiqi  diqqət mərkəzində saxlanılır. Sinif  müəllimləri kurikulum üzrə təlim kurslarından  keçərək sertifikat  almışlar.  Müəllimlərə kömək məqsədilə məktəbdə  "açıq dərs"lər  və "dəyirmi masa"lar keçirilir.

Məktəbin şagirdləri respublika fənn olimpiadalarında və müsabiqələrdə fəal iştirak edərək yüksək yerlər tutmuşlar.  IX  sinif şagirdi  Nərmin Əlizadə 2009-cu ildə Azərbaycan tarixi  fənni üzrə  olimpiadaların  respublika turunda  I yerə layiq görülmüşdür. 2010-cu ildə  rayon məktəbliləri arasından  məktəbin iki nəfər şagirdi - Ülkər Həsənli fizika, Cəmilə Səfərli biologiya fənn üzrə olimpiadaların respublika turunda IV yeri tutmuşlar. 2011-ci ildə  olimpiadaların respublika turuna sənədləri göndərilən 12 şagirddən 5-i məktəbimizin şagirdləri olmuşdur.

IX  sinif şagirdi  Ülkər Həsənli 2009-cu il fevralın 29-da Beynəlxalq Ana dili gününə həsr olunmuş I Azərbaycandaxili "Ana dilimizi sevək, sevdirək" müsabiqəsinin inşa kateqoriyasında II yeri tutmuş, Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.  Həmin şagird xüsusi istedada malik  şagirdlər arasında keçirilən respublika olimpiadasının  seçim turunda  fizika fənni üzrə III dərəcəli  diploma layiq görülmüşdür.

XI sinif şagirdi Humay Məhərrəmova 2010-cu ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Ulu öndər  Heydər  Əliyevi düşünərkən" mövzusunda  inşa müsabiqəsinin respublika mərhələsində fəal iştirakına görə Fəxri fərmanla təltif edilmişdir.

Üç il ərzində məktəbin üç nəfər şagirdi FLEX proqramı çərçivəsində keçirilən müsabiqələrdə qalib gələrək Amerikada təhsil almaq hüququ qazanmışdır.

Estetik Tərbiyə üzrə Respublika Tədris - Metodik Mərkəzi tərəfindən ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş rəsm sərgisində məktəbin üç nəfər şagirdi yüksək yerlər tutaraq diplomla təltif olunmuşdur.

"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin respublika  mərhələsində rəsm nominasiyası üzrə Şəhər Uşaq Yaradıcılıq  Mərkəzinin  rəsm  dərnəyinin  üzvü, şəhər 8 nömrəli tam orta məktəbin VII sinif şagirdi Kamran Behbudov uğur qazanaraq Təhsil Nazirliyinin  Fəxri fərmanı və  qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

Məktəbin şagirdləri respublika və beynəlxalq miqyaslı idman yarışlarında da uğurlu nəticələr göstərmişlər. XI sinf şagirdi  Tural  Bağırzadə sambo üzrə  yeniyetmələr arasında  keçirilmiş respublika turnirində 51 kq çəki dərəcəsində I yeri tutmuş,  medalla və I dərəcəli diplomla təltif olunmuşdur.

Son illər məzunların ali məktəblərə qəbulundakı dinamik inkişaf  məktəbdə təlimin keyfiyyətinin xeyli yüksəldiyini göstərir.  Belə ki, 2008-ci ildə  məktəbi bitirən 32 şagirddən 15-i,  2009-cu ildə  34 nəfərdən 15-i, 2010-cu ildə 31 nəfərdən 16-sı,  2011-ci ildə 37 nəfərdən 17-si ali  məktəblərə daxil olmuşdur.

Məktəbin 2011-ci il məzunu  Ülkər Həsənli rayon üzrə  ən yüksək nəticə göstərərək  685 balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş və   Prezident təqaüdünə layiq görülmüşdür. 

Məktəbin məzunlarından  2008-ci ildə 3 nəfər, 2009-cu ildə 2 nəfər, 2010-cu ildə 4 nəfər, 2011-ci ildə 5 nəfəri   500-dən artıq bal toplamışdır.

Məktəbdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud 6 nəfər şagird  inklüziv təhsilə cəlb olunmuşdur.

Gənc nəslin təlim-tərbiyəsi  sahəsində səmərəli fəaliyyətinə görə ədəbiyyat müəllimi Gülnaz Hüseynova ölkə Prezidentinin sərəncamı  ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Bütün bunların nəticəsidir ki,  şəhər 8 nömrəli tam orta məktəb  2011-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin  qalibi olaraq cənab Prezidentin sərəncamı ilə on min manat məbləğində birdəfəlik pul mükafatına layiq  görülmüşdür.

Kollektivimiz  bu mükafatı  təkcə  özünün yox,  bütün Yevlax  müəllimlərinin  əməyinə  verilən  ən yüksək qiymət  kimi dəyərləndirir, buna  görə  möhtərəm  Prezidentimiz  cənab  İlham Əliyevə minnətdarlığımızı  bildiririk. Ölkəmizdə təhsilə, təhsil işçilərinə  göstərilən  diqqət və qayğı, yaradılan şərait  bizdən daha yaxşı işləməyi  tələb edir. 

Mehriban  MƏCNUNOVA,
Yevlax  şəhər 8 nömrəli  tam orta məktəbin  direktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov