Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

İstedadlı uşaqların inkişafında fəal təlim metodlarının rolu

 

Tədrisdə fəal təlim metodları və iş formalarının tətbiqi şagirdlərin qabiliyyətlərinin, istedadlarının fərqli cəhətlərinin üzə çıxarılmasına geniş imkanlar açır.

Fəal təlim prosesində şagirdlər tədqiqatçılıq fəaliyyətinə cəlb edilir, onlara bilikləri müstəqil əldə etmək şəraiti yaradılır. Burada şagirdlərin mexaniki yaddaşı deyil, təfəkkürü inkişaf etdirilir. Təlimin səmərəliliyi yüksəlir, öyrənmə fəallığı artırılır. Bu isə şagirdin yaradıcı fəaliyyətə qoşulmasına imkan verir. Hər bir şagirdin ümumi təlim bacarıqları ilə yanaşı xüsusi qabiliyyətlərinin üzə çıxmasına şərait yaradır.

Fəal təlim metodlarının tətbiqi ilə şagirdlərə müstəqil düşünmək, sərbəst işləmək, problemin həllinə dair fikir söyləmək, münasibət bildirmək, qərar qəbul etmək, fərziyyələrini bildirmək, yaradıcı fəaliyyət göstərmək, məntiqi, tənqidi təfəkkürünü inkişaf etdirmək imkanları yaradılır. Şagird yaradıcı fəaliyyətində istedadını, xüsusi qabiliyyətlərini göstərir. Müəllim həmin qabiliyyətləri izləyir, onların daha da inkişaf etdirilməsi istiqamətində iş aparır.

Problemin həlli baxımından qruplarla, cütlərlə və fərdi iş formaları daha səmərəlidir.

Qrupla iş formasının üstün cəhətlərindən birincisi, şagirdlərin təlim fəaliyyətinə daha fəal qoşulmasıdır. Bu zaman müəllimlə birgə iş yerinə yetirilir, biliklər tətbiq edilir.

İkincisi, şagirdlər öz yoldaşları ilə birgə fəaliyyətdə olur, digərlərinin fikir və rəylərinə münasibət bildirirlər. Bir-birini yaxşı anlamaq üçün deyilənlərə diqqətlə qulaq asır, suallar verir, müxtəlif  fikirlər söyləyirlər. Lazım gəldikdə yoldaşdan kömək etməyi xahiş edir və başqalarına köməyini əsirgəmirlər. Qrupla iş formasında şagirdlərdə belə dəyərli bacarıq və vərdişlər yaratmaqla onların istedadı, xüsusi qabiliyyətləri aşkara çıxır.

Üçüncü, bu təlim forması istedadlılar üçün daha faydalı olur:

* istedadlı uşaqlar xüsusi bacarıqlarını bütün sinfin fikrini cəlb etmədən göstərə bilirlər. Qabiliyyətli uşaqlar burada rəqib kimi deyil, başqalarının "müəllimləri" kimi qəbul olunurlar. Müəyyən edilmişdir ki, belə hallarda şagirdlər öz dostlarından böyük dəstək alırlar;

* qruplarla iş zamanı uşaqlar özlərini daha sərbəst aparırlar. Sinifdə adətən gözə çarpmayan şagird belə, burada öz biliyini çəkinmədən nümayiş etdirə bilir.

Cavab verməyə çəkinən şagird qrup işi sistemində böyük dəstək alır. 3-4 nəfərdən ibarət olan qrupda, özünü sərbəst aparmağa çəkinən şagird cavab verərkən müstəqillik nümayiş etdirir, biliyinə, bacarığına inamı artırır. Hətta zəif şagirdlər belə, hansısa bir bacarığını nümayiş etdirir.

Qruplarda iş prosesi şagirdlərin məsuliyyətli fəaliyyətinə, yaradıcı işinə stimul yaradır, bilik yarışına təməl olur. Qrup elə formalaşdırılmalıdır ki, onlara bir neçə hissədən ibarət çalışma verildikdə hər bir şagird öz güclü tərəfini göstərə bilsin. İmkan verilməlidir ki, onlar mövzu ilə bağlı şeir yazsınlar, şəkil çəksinlər, hekayə qursunlar, səhnəcik, əyləncəli oyunlar təşkil etsinlər.

Fəaliyyətin sonunda şagirdlərin aldıqları yeni biliklər ümumiləşdirilir, qazanılan bacarıqlara münasibət bildirilir. Şagirdlərin xüsusi qabiliyyətləri qeyd edilir və onlara diqqət artırılır. Qrup üzvlərinin yeni fikirləri qeyd edilir, təkliflər müzakirə olunur, dəyərləndirilir.

Komandaların fəaliyyəti qiymətləndirilir, qalib komanda müəyyən edilir, rəğbətləndirilir.

İstedadlı uşaqların potensial imkanlarının inkişaf etdirilməsində layihələr və onların təqdimatının da əhəmiyyəti böyükdür. Burada kompüter əməliyyatlarından faydalı məqsədlə istifadə edilir və şagirdə qabiliyyətini göstərmək üçün geniş meydan açılır. Şagird qarşısına mövzulara uyğun problemlər qoyulur. Onlar problemin həllinə yönəlmiş layihələri işləyir, tədqiqat aparırlar. Burada şagird öz bilik və bacarıqlarından, istedadından maksimum istifadə edir. Layihəni təqdim etməklə öz qabiliyyətini və istedadını göstərir və onu daha da inkişaf etdirir. Ona görə də şagirdlərə bəşəri və milli problemlərin həllinə yönəlmiş mövzuların tapşırılması daha faydalı olur. İstedadlı uşaqlarla iş aparan müəllimlər şagirdlərə belə layihələri ev tapşırığı kimi də verə bilər.

Problemin həllinə yönəlmiş forma və metodların tətbiqi imkanları biologiya fənninin tədrisində də genişdir. Dərslərimi həmin forma və metodlarla zənginləşdirir, istedadlı şagirdləri üzə çıxarır və onların inkişafına şərait yaradıram.

Tədrisin belə təşkili təlimin keyfiyyətini yüksəldir, şagirdlərin bilik və intellekt səviyyəsini inkişaf etdirir.  

Sahilə ƏLİYEVA,
 Bakıdakı 44 nömrəli tam orta məktəbin müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov