Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - �42

 

Doqquzqat Azərbaycan çempionu

 

Malkin Mixail 1996-cı ildə Bakıda anadan olub.  O,  idmanın gimnastika növünün tamplik bölməsi  üzrə 9 dəfə Azərbaycan birincisi və dünya çempionatının altıncısıdır. Mixail 5 yaşından İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Gimnastika  Məktəbində məşğul olur. O, Bakının Biləcəri qəsəbəsində yerləşən Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb - liseyin X sinif şagirdidir.

Rubrikamızın budəfəki qonağı Mixail söhbət zamanı bunları bildirdi:

- Əvvəlcə mənim üzərimdə əməyi olan müəllimlərimə öz minnətdarlığımı çatdırıram. Mənə həmişə yaxşı məsləhətlər verən, yol göstərən onlardır. Çətin vəziyyətimdə ailəmlə bərabər onların köməyini görmüşəm. Bütün uğurlarıma görə müəllimlərimə borcluyam. Uşaq vaxtlarımda həmişə televiziya verilişlərində gimnast idmançıları görəndə özümü onlar kimi güclü idmançı təsəvvür etmək istəyirdim. Bu idman növünü çox sevirəm. Hərəkətləri yerinə yetirəndə ilk vaxtlar çox qorxurdum. Sonralar təcrübəli müəllimlərin köməyi sayəsində bu hərəkətləri  mənimsəyə bildim. İdman mənim həyatımdır.  Özümü onsuz təsəvvür edə bilmirəm. Gimnastik hərəkətləri göstərəndə sanki özümdə olmuram.

- Uğurların barədə nə deyə bilərsən?

- 2008-ci ildə 11 yaşımda Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə III  yeri tutdum. 2009-cu ildə Stavropolda keçirilən turnirdə III yerə layiq görüldüm. Həmin ilin noyabrında keçirilən dünya çempionatında VI yerə çıxdım. 2011 - ci ildə Rusiyada məktəblilər arasında keçirilən beynəlxalq turnirdə III yeri tutaraq dünya çempionatına vəsiqə qazandım. Ən böyük arzum özümü dünya çempionu və olimpiya birincisi kimi görməkdir. Olimpiya Ehtiyatları Uşaq - Gənclər Gimnastika  məktəbində bütün idmançılar üçün yaxşı şərait yaradılıb. Burada təcrübəli müəllimlərin köməyi sayəsində peşəkar idmançılar yetişir.

Solmaz Kazımova, 299 nömrəli məktəb-liseyin direktoru: 

- Mixail tərbiyəli və nümunəvi şagirddir. O, məktəbin idman yarışlarında və hərbi spartakiadalarda fəaldır, müəllimlərinin məsləhətlərinə qulaq asan, tapşırıqlara əməl edən bir şagird kimi özünü həmişə doğruldur.

M.Malkin haqqında yazı hazırlayarkən onun məşğul olduğu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Gimnastika  Məktəbinin direktoru, əməkdar məşqçi, Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman xadimi Arif Qafarovun da fikirlərini öyrəndik.

- İdmana göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kollektivimiz və idmançılar adından minnətdarlığımı bildirirəm.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Gimnastika  Məktəbi 1972-ci ildə İxtisaslaşdırılmış Gimnastika Məktəbi kimi fəaliyyətə başlayıb. 1988-ci ildə adı dəyişdirilərək Olimpiya Ehtiyatları Uşaq - Gənclər Gimnastika Məktəbi olub.

2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  köməyi sayəsində  məktəb müasir standartlara cavab verən səviyyədə əsaslı təmir olundu. Məktəbə Almaniyadan və başqa ölkələrdən müasir alətlər, avadanlıqlar gətirildi.

Məktəbdə gimnastikanın dörd növü - akrobatika, tamplik, idman və bədii gimnastika ilə 600-ə yaxın idmançı məşğul olur. Məktəbin yetirmələri  hər il beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında iştirak edərək ölkəmizi layiqli təmsil edirlər.

M.Malkini hərtərəfli və peşəkar idmançı kimi görmək olar. O, daim öz üzərində çalışır və bacarıqlıdır, verilən tapşırıqları, normativləri digər idmançılardan tez yerinə yetirməklə həmişə fərqlənir. Mixail ciddi  hazırlaşır ki, Avropa və dünya çempionatlarında yaxşı nəticələr əldə etsin. Rusiyada təlim-məşq toplantılarında iştirak edəcək. Biz ona güvənirik. Ümid edirik ki, o, ümidlərimizi doğruldacaq və ölkəmizin idman şərəfini möhtəşəm qələbəsi ilə qoruyacaq.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov