Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

28 Oktyabr 2011 - 42

 

Qafqaz Universitetində aylıq seminarın növbəti məşğələsi

 

Qafqaz Universitetində hər dərs ilində xüsusi plan əsasında təşkil olunan və tələbələrin dünyagörüşünün genişləndirilməsini hədəfə alan, ölkəmizdən və xaricdən tanınmış dövlət xadimlərinin, hökumət rəsmilərinin, siyasətçilərin, elm və mədəniyyət işçilərinin, iş adamlarının, şirkət rəhbərlərinin məruzəçi kimi iştirak etdikləri aylıq seminarlara start verilib. Oktyabrın 21-də universitetin akt zalında silsilə seminarların bu tədris ili üzrə növbəti məşğələsi keçirilib. Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin təşkil etdiyi seminarda Türkiyə Respublikası prezidentinin baş müşaviri cənab Durmuş Yılmaz "2008-ci il qlobal maliyyə böhranı, bu böhrandan çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görülən tədbirlər" mövzusunda məruzə edib.

Seminarda öncə qonaq universitetin müəllim və tələbə heyətinə təqdim olunub, onun həyat yolundan, karyera irəliləyişindən söz açılıb və prezidentin baş müşaviri təyin olunmazdan əvvəl Türkiyə Milli Bankının rəhbəri işləmiş cənab Durmuş Yılmazın iqtisadiyyat-maliyyə sahələrində nəinki ölkə daxilində, habelə xaricdə yaxşı tanınan nüfuzlu mütəxəssis olduğu bildirilib.

Seminar iştirakçılarının maraqla dinlədikləri məruzədə böhran anlayışının mahiyyəti açıqlanıb, 2008-2010-cu illərdə dünyanı bürümüş qlobal maliyyə böhranının səbəbləri, onun ayrı-ayrı ölkələrə, o cümlədən bütövlükdə dünya iqtisadiyyatına vurduğu böyük ziyan və onun mənfi nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlər, lokal böhranlarla qlobal böhranların fərqi, hazırda dünyada yaranmaqda olan yeni qlobal maliyyə böhranı, gözlənilən böhranın mənfi təsirlərini neytrallaşdırmaq üçün görülməsi nəzərdə tutulan işlər barədə geniş məlumat verilib.

Sonra Türkiyə prezidentinin baş müşaviri tələbə və müəllimlərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Seminar cənab Durmuş Yılmaza Qafqaz Universitetinin plaketinin təqdim olunması ilə başa çatıb. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov