Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib

 

Oktyabrın 30-da Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Birmərtəbəli məktəbdə beş tədris, bir kompüter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa olunan bu tədris binası bir növ fiqurlar düzülmüş şahmat taxtasına bənzədilmişdir. Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır. Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompüter otağı da yaradılmışdır.

Qeyd edildi ki, müasir havalandırma sistemi ilə təchiz olunmuş şahmat məktəbinin oyun zalında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin şahmata və şahmatçılara diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılmışdır.

Bildirildi ki, Ucar şahmatçıları Azərbaycan şahmatının inkişafına töhfələrini verirlər. Yeni şahmat məktəbi ucarlı şahmatçıların daha böyük nailiyyətlər əldə etmələrinə imkan yaradacaqdır.

Dövlət başçısı şahmat üzrə Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanmış ucarlı Xatın Bağırova ilə söhbət etdi.

Prezident İlham Əliyev məktəbin kollektivinə uğurlar arzuladı. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov