Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi açılıb

 

Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, mərkəzin təməli 2009-cu il oktyabrın 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş mərkəzin həyətində Ağsudan olan tanınmış incəsənət xadimləri Mikayıl Mirzə, Səməndər Rzayev və Rasim Balayevə həsr olunmuş guşədə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlar vardır.

Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, çoxlu sayda ağac və gül kolları əkilmiş, bütün lazımi infrastruktur yaradılmışdır.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş fotoguşələr yaradılmışdır.

Mərkəzlə tanışlıq zamanı dövlət başçısına məlumat verildi ki, burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaqdır. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilmişdir. Xalq sənətinin tanınmış nümayəndələrindən biri Aşıq Şakirə həsr olunmuş otaq da maraqlı eksponatları ilə diqqəti cəlb edir. Mərkəzin 80 yerlik zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev Ağsu Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Rauf Hacıyevin "Azərbaycan" mahnısını dinlədi.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov