Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Akkreditasiya Şurasının növbəti iclası keçirilib

 

Oktyabrın 29-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Astara Pedaqoji Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci və Mingəçevir Turizm Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclasda həmçinin "Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar"a baxılıb.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi sahəsində görülmüş işlərin əhəmiyyətini qeyd edib.

Nazir Astara Pedaqoji Kollecində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat vermək üçün sözü həmin müəssisə üzrə komissiyanın sədri, Bakı Humanitar Kollecinin Xarici dil fənn komissiyasının sədri Sədaqət Qafarovaya verib. S.Qafarova Astara Pedaqoji Kollecinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə və statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar barədə danışıb. Komissiya sədri təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlardan müəssisənin idarə olunması, təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu, tədris prosesinin təşkili, statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar üzrə isə bu müəssisədə çalışan ali təhsilli, elmi dərəcəsi və elmi adı olan müəllimlərin sayı,  məzunların ixtisasları üzrə işlə təmin olunması və digər göstəricilərlə bağlı nəticələrdən söz açıb.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin akkreditasiyasını keçirmiş komissiyanın sədri, Azərbaycan Texniki Universitetinin Kommutasiya sistemləri və poçt rabitəsi kafedrasının müdiri Elçin Gözəlov akkreditasiyaya təqdim edilmiş ixtisaslar üzrə təhsil proqramlarının məzmununun müvafiq göstəricilərə uyğun olduğunu bildirib və qeyd olunan müəssisədə aparılmış araşdırma barədə geniş məlumatı şura üzvlərinin diqqətinə çatdırıb. E.Gözəlov təqdimat məruzəsində bu təhsil müəssisəsində çalışan müəllim heyəti, son beş ildə müəllimlərin hər on nəfərinə düşən qriflə nəşr olunmuş tədris vəsaitləri, kollecin İnternetlə təminatı və digər məsələlərə  də toxunub.

Mingəçevir Turizm Kolleci üzrə keçirilmiş akkreditasiyanın nəticələri barədə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji fakültəsinin dekanı Razim Məmmədov çıxış edərək kollecin ümumi fəaliyyəti və komissiyanın bununla bağlı gəldiyi qənaətlə iştirakçıları tanış edib.

Sonra hər üç kollec üzrə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib.

İclasda Akkreditasiya Şurası kollec statusu üçün müəyyənləşdirilmiş meyarın müvafiq göstəriciləri üzrə tələb olunan 100 baldan Astara Pedaqoji Kollecinin 70, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 61, Mingəçevir Turizm Kollecinin 65 bal topladığını nəzərə alaraq, onların hər üçünün fəaliyyətini "kafi" qiymətləndirib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edib.

Akkreditasiya Şurasının iclasında "Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar" əsasən bəyənilib və bir sıra təkliflərin nəzərə alınması qeyd olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov