Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir

 

Noyabrın 3-də təhsil naziri Misir Mərdanov Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri qonaqları səmimi salamlayaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında təhsil sahəsindəki əlaqələrin xüsusi rol oynadığını bildirib. Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərdiyini vurğulayan nazir bu baxımdan Argentina ilə gələcəkdə səmərəli əlaqələrin qurulacağına inamını ifadə edib.

Bu yaxınlarda Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının (CONISET) prezidenti Marta Rovira ilə görüşünü xatırladan Misir Mərdanov qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Argentina ali məktəblərinə də tələbə göndərilməsi məsələsinin mümkünlüyünü vurğulayan təhsil naziri bu görüşü gələcək əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirib.

Səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranao Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın və Argentinanın təbii sərvətlərlə zəngin olduğunu söyləyən qonaq bunların elmi potensiala çevrilməsinin və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasının əhəmiyyətinə toxunub. Dinamik inkişaf edən müasir dünyada yeni texnologiyaların tətbiqinin zəruriliyini önə çəkən nazir bu baxımdan gənclərin qüvvəsindən istifadə edilməsinin vacib olduğunu bildirib.

Argentinada Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin 2007-ci ildən fəaliyyət göstərdiyini nəzərə çatdıran Lino Baranao rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq tələbə mübadiləsi sahəsində əməkdaşlığın faydalı olacağına inamını ifadə edib.

Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra qazandığı uğurlar barədə ətraflı söhbət açan Misir Mərdanov bu dövrdə ölkə təhsilinin keçdiyi inkişaf yolundan bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təhsil sahəsinin də inkişafına olduqca mənfi təsir göstərdiyini vurğulayan nazir respublikamızın beynəlxalq aləmdə artan nüfuzu sayəsində bu problemin tezliklə ədalətli həllini tapacağına əminliyini bildirib.

Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurlu nəticələrinə toxunan nazir təhsil sahəsində həyata keçirilən islahatlar və əldə edilmiş nailiyyətlər barədə qonaqları məlumatlandırıb. Ölkəmizdə alimlərin 80 faizindən çoxunun təhsil sistemində çalışdığını nəzərə çatdıran Misir Mərdanov elm adamlarının qarşılıqlı səfərlərinin təşkili və birgə elmi konfransların keçirilməsinin mümkünlüyü məsələlərini nəzərə çatdırıb.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə də iştirak edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov