Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - 43

 

BDU-da II Beynəlxalq Türkiyə-Azərbaycan hüquq simpoziumu keçirilib

 

Oktyabrın 28-də Bakı Dövlət Universitetində Qafqaz Universiteti, BDU və Türkiyənin Özyegin Universitetinin birgə təşkilatçılığı ilə "İnformasiya-kommunikasiya texnologiyaları və şəxsiyyət hüquqları" mövzusunda II Beynəlxalq Türkiyə-Azərbaycan elmi-praktiki simpoziumu keçirilib. Açılış mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək qeyd edib ki, simpoziumun keçirilməsində məqsəd Azərbaycanda hüquq elminin davamlı inkişafını təmin etmək, qardaş Türkiyənin hüquqşünas alimləri ilə elmi əməkdaşlığı genişləndirmək və  informasiya-kommunikasiya texnologiyalarının hüquq elminin müxtəlif sahələrinə, xüsusilə şəxsiyyət hüquqlarına təsiri ilə bağlı problemlərə dair elmi tədqiqatların müzakirəsini aparmaqdır.

Cəmiyyətin tərəqqisində elmin, təhsilin önəmli rolunu vurğulayan akademik A.Məhərrəmov ölkəmizdə bu sahələrin inkişafına böyük diqqət göstərildiyini söyləyib.

Simpoziumda Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Özyegin Universitetinin  hüquq fakültəsinin dekanı, professor Yener Ünver və BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış edərək müasir dünyada İKT-nin hüquq elminə tətbiqinin xüsusiyyətləri və faydasından, şəxsiyyət hüquqları sahəsində hər iki ölkədə toplanmış müsbət təcrübədən söz açıb, həmin təcrübənin bölüşülməsinin faydalı olacağına əminlik ifadə ediblər.

Simpoziumun birinci iş günündə BDU-da keçirilən 3 iclasında insan hüquqları, cinayət hüququ və inzibati hüquq, ikinci iş günündə Qafqaz Universitetində keçirilən 3 iclasında isə mülki hüquq: şəxsiyyət hüquqları, ailə hüququ-mülki proses, ticarət hüququ məsələlərinə dair türkiyəli və azərbaycanlı hüquqşünas alimlərin 20-dən çox məruzəsi dinlənilib. Mərzuzələr ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İki gün davam edən simpoziumun bağlanışı oktyabrın 29-da Qafqaz Universitetində olub. Həmin gün bu təhsil ocağında həm də Türkiyə Cümhuriyyətinin yaranmasının 88-ci ildönümü qeyd olunub. Universitetin "Gənc akademiya klubu"nun hazırladığı bayram tədbirində Qafqaz Universitetinin professor-müəllim, tələbə heyətlərinin nümayəndələri ilə yanaşı qardaş Türkiyədən II Beynəlxalq Türkiyə-Azərbaycan simpoziumuna gəlmiş alimlər də iştirak ediblər.

Mərasimdə Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulut, Türkiyənin Özyegin Universitetinin hüquq fakültəsinin dekanı, professor Yener Ünver çıxış edərək bayram münasibəti ilə zala toplaşanları təbrik edib, müstəqillik uğrunda mübarizənin tarixindən söz açıb, müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün qardaş türk xalqının azadlıq mücadiləsindəki rolundan, cümhuriyyətin möhkəmləndirilməsi  sahəsindəki xidmətlərindən danışıblar.

Sonra tanınmış incəsənət ustaları və tələbələrin ifasında konsert proqramı təqdim olunub.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov