Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Ümumi təhsilin inkişaf perspektivlərinə həsr olunmuş konfrans keçirilib

 

Noyabrın 3-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Azərbaycan Respublikası Təhsil Şurası və BPKİYİ-nin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında ümumi təhsilin inkişaf perspektivləri" mövzusunda elmi-praktik  konfrans keçirildi. Konfransda Təhsil Şurası İdarə Heyətinin üzvləri, BPKİYİ-nin əməkdaşları, məktəb rəhbərləri iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan BPKİYİ-nin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov iştirakçıları salamlayaraq elmi-praktik konfransın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə keçirildiyini bildirdi və onun gündəliyi, iş qaydası haqqında məlumat verdi.

Gündəliyə uyğun olaraq əvvəlcə konfrans çərçivəsində Azərbaycan Respublikası Təhsil Şurası İdarə Heyətinin iclası keçirildi. Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev şuranın genişləndirilmiş iclasına qatılanlara təşəkkürünü bildirərək İdarə Heyətinin üzvlərini konfrans iştirakçılarına təqdim etdi. Onun təklifi ilə İdarə Heyətinin son iclasından ötən müddət ərzində dünyasını dəyişmiş heyət üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra professor Ə.Ağayev rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının son ikiillik fəaliyyəti haqqında  hesabat verdi. Öncə Təhsil Şurasının yaranma tarixindən söz açan Ə.Ağayev onun 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu, bir ictimai qurum kimi əsas fəaliyyətinin təhsildəki problemlərin həlli ilə bağlı hökumət təşkilatlarına, digər müvafiq qurumlara və rəsmi şəxslərə təkliflər vermək olduğunu bildirdi. Ə.Ağayev diqqətə çatdırdı ki, belə təkliflər vermək üçün Təhsil Şurası müntəzəm olaraq təhsilin müxtəlif məsələlərinə həsr olunmuş elmi-praktik konfranslar, seminarlar, pedaqoji kollektivlərlə görüşlər keçirir, təhsildəki problemləri, təhsil işçilərini düşündürən məsələləri araşdırır, irəli sürülən təklifləri ümumiləşdirir və müvafiq orqanlara çatdırır. Şura sədri son iki ildə orta məktəblərdə musiqi fənninin tədrisi, qiymətləndirmə, pedaqoji kadr hazırlığı, Boloniya prosesinə inteqrasiya, təlimə innovativ yanaşmalar və s. mövzulara həsr olunmuş elmi-praktik konfransların, bir sıra təhsil ocaqlarında, o cümlədən Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitutunda görüşlər keçirildiyini bildirdi, şuranın mətbu orqanı olan "Təhsil və zaman" qəzetinin uğurlu fəaliyyətindən söz açdı.

Təhsil Şurasının fəaliyyət istiqamətlərindən birinin də qabaqcıl təhsil işçilərini rəğbətləndirmək təşkil etdiyini söyləyən Ə.Ağayev Bakıdakı 177 nömrəli orta məktəbin direktoru, tanınmış təhsil işçisi Həqiqə Məmmədovaya Təhsil Şurası İdarə Heyətinin qərarı ilə "Ustad müəllim" diplomu verildiyini, bu günlərdə isə Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasovun təhsilin modernləşdirilməsi sahəsindəki xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar "Nəsirəddin Tusi" mükafatına layiq görüldüyünü bildirdi və mükafatı Ə.Abbasova təqdim etdi.

Sonra elmi-praktik konfrans öz işinə başladı. Konfransda giriş sözü söyləyən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor A.Zamanov onun mövzusunun "Azərbaycan Respublikasında ümumi təhsilin inkişaf perspektivləri" kimi müəyyənləşdirilməsinin təsadüfi olmayıb bu barədə Təhsil Şurası, institutun professor-müəllim heyətinin üzvləri ilə məsləhətləşmələr aparıldıqdan sonra qərara gəlindiyini, tarixin bütün dönəmlərində olduğu kimi bu gün də təhsilin çox aktual olduğunu bildirdi.

Məşhur alimlərdən birinin apardığı təsnifata görə, sivilizasiyanın inkişafının bir neçə dövrə bölündüyünü, həmin dövrlərdən sonuncunun ən böyük var-dövlətinin məhz intellektual kapital olduğunu, müasir dövrdə ölkələrin, dövlətlərin inkişafında intellektual kapitalın mühüm rol oynadığını, məhz buna görə də son illər ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında neft kapitalının insan kapitalına, intellektual kapitala çevrilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırdı.

Rektor Azərbaycanın intellektual potensialının formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib məhz onun Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən sonra bu istiqamətdə ciddi addımlar atıldığını, hər il ölkəmizdə xeyli gəncin təhsil almaq üçün keçmiş Sovetlər birliyinin ən nüfuzlu ali məktəblərinə göndərildiyini, həmin siyasətin bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən 5 minədək azərbaycanlı gəncin dünyanın ən nüfuzlu universitetlərinə göndərilməsinin nəzərdə tutulduğunu və bu prosesin bu gün çox uğurla getdiyini vurğuladı.

A.Zamanov çıxışında Azərbaycanda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, informasiya təminatının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsilimizin dünya təhsil məkanına inteqrasiyası istiqamətində mühüm işlər görüldüyünü söyləyərək bütün bunların son nəticədə ölkəmizdə intellektual potensialın inkişafına xidmət etdiyini bildirdi. Sonra professor A.Zamanov ölkəmizin dövlət müstəqilliyinin bərpasından keçən 20 il ərzində görülmüş işlərə qısa ekskurs edərək, təhsil sahəsində əldə olunmuş bəzi uğurları diqqətə çatdırdı.

Çıxışının sonunda rektor Təhsil Şurasının rəhbərlik etdiyi institutla sıx əməkdaşlığına görə bu qurumun rəhbəri Əjdər Ağayevə təşəkkür etdi, Şuranın mükafatını almış Ənvər Abbasovu təbrik etdi.

Elmi-praktik konfransda Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin "Azərbaycan Respublikasında ümumi təhsilin modern inkişafı" mövzusunda məruzəsi dinlənildi. Məruzəçi müstəqilliyimizin 20 ili ərzində təhsilin modernləşdirilməsi istiqamətində aparılan işlərin bir neçə mərhələdən keçdiyini, 1991-1993, 1993-1998, 1998-2003 və 2003-cü ildən bü günədək olan dövrlərə böldüyü həmin mərhələlərin hər birində görülmüş işlər, əldə olunan uğurlar barədə geniş məlumat verdi.

Sonra məruzə ətrafında çıxışlar oldu. İlk söz alan Azərbaycan Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini, Təhsil Şurası İdarə Heyətinin üzvü Şaiq Əsgərov ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təlim-tərbiyə işinin təşkili, xüsusən də təhsilin normativ-hüquqi bazasının hazırlanması sahələrində son illər böyük işlər görüldüyünü, irimiqyaslı layihələr həyata keçirildiyini, möhtərəm Prezidentimiz İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsil sahəsinə böyük diqqət və qayğı göstərdiklərini bildirdi. Ş.Əsgərov çıxışında ATİAHİ Respublika Komitəsinin Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, BPKİYİ ilə birlikdə həyata keçirdiyi çoxsaylı tədbirlərdən, layihələrdən də bəhs edib, komitənin bütün bu tədbirlərdə bərabər tərəfdaş kimi iştirak etdiyini söylədi, keçirilən belə birgə layihələrin bəzilərini diqqətə çatdırdı.

Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Bakıdakı 177 nömrəli orta məktəbin direktoru, respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova da çıxış edib mövzu ilə bağlı öz fikirlərini bildirdilər, bəzi təkliflər irəli sürdülər. Ə.Abbasov layiq görüldüyü mükafata görə Təhsil Şurasının sədri, professor Ə.Ağayevə minnətdarlığını ifadə etdi. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov