Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Dünyada ən uca bayraq

 

Bu gün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bu gün Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı Meydanının açılışı, həqiqətən, tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının
 təntənəli qaldırılması mərasimindəki nitqindən
 

Ötən il respublikamızda bir çox əlamətdar hadisələr baş vermişdir. Belə hadisələrdən biri də Bakıda Dövlət Bayrağı Meydanının açılışıdır.

Dövlət Bayrağı Meydanının təməli 2007-ci ilin 30 dekabrında Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkətinin hazırladığı layihəni Azərbaycanın "Azenko" şirkəti icra edib. Nəzərə çatdıraq ki, dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Mərasimdə ölkə ictimaiyyətinin nümayəndələri və xarici ölkə səfirləri iştirak etmişlər. Dövlət Bayrağımız Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında təntənəli surətdə qaldırılmış və bu mənzərə iştirakçılar tərəfindən heyranlıqla müşahidə olunmuşdur. Sonra iştirakçılar Dövlət Bayrağı Meydanına baxış keçirmiş və belə abidənin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirmişlər. 

Tarixi 

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarda göstərilib: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra bayraq haqqında ikinci qərar qəbul edildi. Qərara alındı ki, göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin. 

Simvolları 

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Göy rəng - Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr  tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Əli bəy Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, İslam ölkəsinə onların beyinləri, dimaqları girsin!". Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Ə.Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.

Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər məlum olsa da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları Xalq Cümhuriyyəti dövründə açıqlanmayıb. Alimlərin araşdırmalarına görə, ay-ulduz türk simvolları hesab olunur. Belə ki, qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib. Ay-ulduz xoşbəxtlik rəmzi hesab olunur.

Bəli, hər bir Azərbaycan vətəndaşı üçün bayrağımızın yüksəklərdə dalğalanması qürurvericidir. Arzu edək ki, üçrəngli bayrağımız daim uca zirvələrdə, Qarabağımızın zirvəsi olan Şuşada, hər bir azərbaycanlının qəlbində dalğalansın.  

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov