Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Professor Əjdər Ağayevin "Seçilmiş pedaqoji əsərlər"inin təqdimatı olub

 

Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində çağdaş pedaqoji elmimizin görkəmli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Əjdər Ağayevin yenicə çapdan çıxmış ikicildlik "Seçilmiş pedaqoji əsərlər"inin təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış pedaqoq alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, Ə.Ağayevin ailə üzvləri, KİV təmsilçiləri iştirak edirdilər. Tədbiri professor Ə.Ağayev açaraq mərasim iştirakçılarını salamladı, dəvətini qəbul edib gəldikləri üçün onlara minnətdarlığını bildirdi.

"Seçilmiş pedaqoji əsərlər"inin ikicildliyini təqdim edən Ə.Ağayev hər iki cildin məhdud sayda çap olunduğunu, satış üçün deyil, mütəxəssislər və kitabxanalar üçün nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Tədbirin aparıcısı, BDU-nun professoru Şahlar Əsgərov təqdimat mərasimini pedaqoji ictimaiyyətimiz üçün mühüm hadisə adlandıraraq ikicildlik haqqında qısa məlumat verdi. Bildirildi ki, kitabın birinci cildi Azərbaycan, ikinci cildi isə rus dilindədir. Hər iki cilddə müəllifin təhsil, təlim, tərbiyə tarixi və nəzəriyyəsinə, müasir şəraitdə təhsilin və pedaqogika elminin inkişaf etdirilməsi məsələlərinə dair məqalələri, müsahibələri, publisistik əsərləri yer almışdır. Əsərlərdə Əjdər Ağayevin elmi-pedaqoji yaradıcılığının bütün dövrləri əhatə olunsa da, təhsil, təlim, tərbiyə məsələlərinə aid məqalələrin demək olar ki, hamısı Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonrakı dövrün problemlərini əks etdirir. Bu məqalələrin hər birində yeniləşən cəmiyyətin, yeni iqtisadi-siyasi quruluşun, müasir təhsil-təlim texnologiyalarının tələbləri nəzərə alınır, problemlər qaldırılır və onların həlli yolları göstərilir. Hər iki kitab ardıcıl olaraq izlənildikdə Azərbaycan təhsilinin inkişaf meyilləri, eləcə də inkişafa təsir göstərən tarixi amillər, qlobal tendensiyalar, Əjdər Ağayev yaradıcılığına xas olan tarixilik, varislik və müasirlik mövqeyindən yanaşma göz önündə canlanır.

"Seçilmiş pedaqoji əsərlər"in Azərbaycan dilində olan birinci cildinin tərtibçisi pedaqogika üzrə fəlsəfə doktoru Afiq Əliyev, redaktoru pedaqoji elmlər doktoru, professor Ağahüseyn Həsənov, rəyçilər pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov və pedaqoji elmlər doktoru, Rusiya Təhsil Akademiyasının akademiki Hümeyir Əhmədovdur. "Pedaqoqiçeskiye razdumya" adlanan ikinci cildin tərtibçiləri Nəcabət Ağazadə və Nərmin Hüseynova, redaktoru pedaqoji elmlər doktoru, professor, Gürcüstan Təhsil Akademiyasının akademiki Əmrulla Paşayev, rəyçilər Rusiya Təhsil Akademiyasının akademiki Hümeyir Əhmədov, "Azerbaydjanskiye izvestiya" qəzetinin aparıcı məsləhətçisi İradə Ağayeva, Azərbaycan Respublikasının əməkdar jurnalisti Zeydulla Capparovdur.

Ş.Əsgərov daha sonra professor Əjdər Ağayevin çoxşaxəli elmi-publisistik və bədii yaradıcılığından söz açıb, onun istedadlı, məhsuldar, obyektiv pedaqoq-tədqiqatçı olmaqla yanaşı, jurnalist, yazıçı, şair, natiq, fəal ictimai xadim kimi də tanındığını və cəmiyyətdə böyük nüfuz qazandığını söylədi. Ə.Ağayevi bütöv şəxsiyyət kimi səciyyələndirdi.

Təqdimat mərasimində söz alan Qızlar Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov, BDU-nun pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Nübar Muxtarova, BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, Azərbaycan Respublikasının əməkdar müəllimi Aliyə Təhmasib, tarix üzrə fəlsəfə doktoru Sahib Sayılov, şair-dramaturq və tədqiqatçı Teyyub Qurban, "Azərbaycan məktəbi" jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nəcəf Nəcəfov, respublikanın əməkdar müəllimi Arif Muradov Ə.Ağayevin iki cilddə çap olunmuş "Seçilmiş pedaqoji əsərlər"ini yüksək qiymətləndirib, onun quruculuq yolunda olan milli təhsilimizə böyük töhfə olduğunu vurğuladılar, hər iki cilddə toplanmış əsərlərin məziyyətlərindən danışdılar, bu sanballı kitabları münasibəti ilə Ə.Ağayevi təbrik etdilər.

Çıxışlarda professor Ə.Ağayevin elmi-tədqiqatçılıq fəaliyyətindən, pedaqogika elmimizə gətirdiyi yeniliklərdən də söz açıldı, onun tarixi mövzuda yazdığı bütün əsərlərində apardığı araşdırmaları müasir müstəviyə gətirdiyi, analitik pedaqoji üslub yaratdığı, bütün pedaqoji problemlərə yanaşmada obyektiv mövqe nümayiş etdirdiyi, elmi əsərlərinin dilinin sadə, xəlqi olduğu, çox az pedaqoqa nəsib olan xeyli sayda alim yetişdirdiyi diqqətə çatdırıldı. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov