Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Məktəblilərin altıncı spartakiadasına yekun vurulub

 

Bu günlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdləri arasında VI spartakiada  keçirildi.  Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru, boks idman növü üzrə tanınmış hakim, əməkdar bədən tərbiyəsi və idman xadimi Niftalı Quliyev əməkdaşımızla söhbətində ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitdən, spartakiadanın keçirilməsi və nəticələri barədə ətraflı məlumat verərək demişdir:

- İdmanın davamlı inkişafı uşaq və gənclərin bu sahəyə cəlb olunmasından asılıdır. Uşaq və gəncləri idmana cəlb etməklə yanaşı, onların fiziki sağlamlığı üçün lazımi şərait yaratmaq, yarışlarda özlərini sınamasını təmin etmək də əsas məsələlərdən biridir. Bütün bunlar gələcəyimiz olan uşaq və gənclərin həm mənəvi, həm də fiziki sağlamlığına xidmət göstərir.

Araşdırmalar göstərir ki, idmana marağı olan uşaq və gənclərin həyatında müsbət dönüş yaranır. Onlar fiziki və mənəvi cəhətdən sağlam böyüyür, cəmiyyətdə öz yerini tutmağı bacarır, əxlaq qaydalarına əməl edirlər. Fiziki və mənəvi cəhətdən saf olan uşaq və gənclər həm də vətənpərvər ruhda böyüyür. Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm zəmin əsasında qurulur.  Dövlətimiz gənc nəslin fiziki və mənəvi inkişafı, onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir.  Uşaq və gənclərin fiziki və mənəvi sağlamlığı üçün hərtərəfli şərait yaradılır. 

Azərbaycan dövlətinin qayğısı sayəsində peşəkar idmançı kimi yetişən uşaq və gənclərimiz  bir sıra beynəlxalq yarışlarda iştirak edərək ölkəmizin idman şərəfini ləyaqətlə qoruyurlar.

Bu gün Azərbaycanın əksər bölgələrində olimpiya idman kompleksləri, idman məktəbləri,  müasir standartlara uyğun idman qurğuları tikilərək istifadəyə verilib. Bu sahədə yaradılan şərait fiziki və mənəvi inkişafa yönəldilən ən böyük dəstəkdir. İdmançılarımızın  beynəlxalq yarışlarda ciddi rəqibə çevrilməsi idmanımıza göstərilən qayğının bəhrəsidir.

Bu il sayca VI spartakiada dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuşdu. Yarışlar ümumtəhsil, peşə məktəbləri və peşə liseylərinin şagirdləri arasında keçirildi. Yarışlara səkkiz idman növü (futbol, həndbol, basketbol, voleybol, stolüstü tennis, atletika, yunan-Roma güləşi və boks) üzrə start verilmişdi.  İki ildən bir keçirilən spartakiadanın əsas məqsədi uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, uşaqların fiziki cəhətdən sağlam böyümələrinə və idman növləri ilə daim məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu, onların idman ustalıqlarını artırmaqdır. VI spartakiada 4 mərhələ üzrə keçirilmişdir. I mərhələdə şagirdlər məktəbdaxili yarışlarda iştirak etmişlər. Bu mərhələdə ayrı - ayrı növlər üzrə 659 min şagird mübarizə aparmışdır. II mərhələ çərçivəsində keçən rayondaxili yarışlarda 750 komandanın tərkibində 100 mindən artıq idmançı qüvvəsini sınayıb ki, onlardan da 46 min nəfəri qızlar olub. Spartakiadanın üçüncü mərhələsi çərçivəsində şagirdlər zona yarışlarında qüvvələrini sınayıblar.

Zona yarışları Şamaxı, Sabirabad, Cəlilabad, Mingəçevir, Qazax, Zaqatala Bakı  və Qusarda keçirilib.  Bu yarışlarda fərqlənən komandalar finala vəsiqə qazanmışdır.

Sentyabrın sonlarında VI spartakiadanın final yarışları keçirilib. Final oyunları çərçivəsində Bakı I, Bakı II, Qax, Beyləqan, Gəncə, Lənkəran, Mingəçevir, Qazax, Saatlı, Şirvan, Sabirabad, Salyan, Sumqayıt, Şəmkir, Şamaxı, Şəki, Masallı, Tovuz, Zərdab, Qusar, Kürdəmir, Goranboy, Cəlilabad rayonlarının komandaları mübarizə aparmışlar. Ümumilikdə,  final yarışlarına 18 həndbol, 20 basketbol, 25 voleybol, 22 atletika, 18 stolüstü tennis, futbol üzrə 28 komanda qatılmışdı.

Bu il əvvəlki spartakiadalardan fərqli olaraq işğala məruz qalmış  rayonların komandaları da yarışlarda fəal iştirak ediblər. Final yarışlarında 35 rayondan 1600 nəfər idmançı 8 idman növü üzrə  bacarığını nümayiş etdirib. Spartakiadanın yüksək səviyyədə idarə olunması üçün federasiyalardan yüzə yaxın respublika və beynəlxalq dərəcəli hakim dəvət olunmuşdu. Spartakiadanın yekun nəticələrinə görə, şəhərlər arasında ümumkomanda hesabında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin komandası I yer, Sumqayıt Şəhər Təhsil Şöbəsinin komandası II yer, Mingəçevir Şəhər Təhsil Şöbəsinin komandası isə III yeri tutmuşdur. Spartakiadanın yekun nəticələrinə görə, rayonlar arasında ümumkomanda hesabında Cəlilabad Rayon Təhsil Şöbəsinin komandası I yer, Sabirabad Rayon Təhsil Şöbəsinin komandası II yer, Qusar və Qazax rayonlarının komandaları isə III yerə layiq görülmüşlər. Peşə məktəbləri arasında 7 nömrəli Bakı Peşə Liseyi I yerə sahib olub. II və III yerlərə isə 12 və 10 nömrəli peşə liseylərinin komandaları layiq görülüblər.

Spartakiadanın yüksək səviyyədə təşkilində Təhsil Nazirliyinin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Yarışlar ərəfəsində zonalar üzrə müşavirələr təşkil edilmiş, spartakiadanın mahiyyəti barədə iştirakçılara geniş məlumat verilmişdir.  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov