Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Mütərəqqi tədris metodlarına yiyələnmək zamanın tələbidir

 

Son illərdə Azərbaycanda bütün sahələr kimi, təhsil sisteminin inkişafına da xüsusi dövlət qayğısının göstərilməsi təhsilimizin dünya standartları səviyyəsinə yüksəlməsinə təkan vermişdir. Təhsil sisteminin inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunmuş, sərəncamlar imzalanmışdır. Həmin direktiv sənədlərin icrası istiqamətində görülən işlər ölkə ictimaiyyətinə yaxşı məlumdur.

Artıq müasir təhsil sistemimiz dünyəvi dəyərlərə inteqrasiya olunur və bunun yeni nəslin tərbiyəsində çox böyük əhəmiyyəti var. Əvvəla, təhsilimiz dünyəviləşməklə əhatə dairəsini, inkişaf istiqamətlərini sistemləşdirmiş, yüksək sistemlərlə  rəqabət aparmaq imkanı qazanmışdır. İkincisi, təhsilimizin bu gün çoxşaxəli bilik  mənbələrinə adaptasiya olunması cəmiyyətimizdə yenilikçi fikrin, yeni və mütərəqqi düşüncə tərzinin üstünlük qazanmasına şərait yaradır. Azərbaycan dövlətinin təhsilə diqqət və qayğısının arxasında da məhz yenilikçi düşüncəyə geniş meydan vermək istəyi dayanır.

Bu baxımdan Səbail rayonundakı 236 nömrəli tam orta məktəbin pedaqoji kollektivi mütərəqqi tədris metodlarından istifadəyə həmişə üstünlük verir. Məhz bunun nəticəsidir ki, məktəbin şagirdləri rayon, şəhər və respublika səviyyəli olimpiada və müsabiqələrdə öz təhsil ocaqlarını uğurla təmsil edirlər. 

Məktəbin riyaziyyat və informatika müəllimi Şəhla  Əhmədova bizimlə söhbətində bildirdi ki, tədris prosesində  mütərəqqi metodlardan istifadəyə üstünlük verilir. Klaster üsulundan (şaxələndirmə), BİBÖ-dən (bilmək istədiklərim, bildiklərim, öyrəndiklərim), beyin həmləsindən (əqli hücum), Venn diaqramından  və digər mütərəqqi metodlardan istifadə olunması bugünkü şagirdlərin gələcəkdə daha böyük uğurlara imza atmasına imkan yaradacaq.

Eyni zamanda "açıq dərs"lərin keçilməsi, testvari tapşırıqlardan intensiv istifadə şagirdlərin verilən tapşırıqların operativ həllinə nail olmağa imkan yaradır, onlarda təfəkkür tərzinin daha da  inkişafına təkan verir. Bizim təlim-tərbiyə verdiyimiz şagirdlər sabah müstəqil Azərbaycanın ən mühüm sahələrində çalışacaq, beynəlxalq kürsülərdə ölkəmizi təmsil edəcəklər. Gələcək uğurların təməli bu gün qoyulur.  Mütərəqqi metodlardan istifadə zamanın tələbidir. Məktəbimizin  direktoru Xanlar İmaməliyev bütün fənlərin tədrisində pedaqoji kollektivə modern metodlardan istifadənin vacibliyini tövsiyə edir.

Yeri gəlmişkən, Şəhla Əhmədova 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidənhazırlanma və ixtisasartırma kursunu bitirərək  riyaziyyat və informatika ixtisasına yiyələnib. 1995-ci ildən Səbail rayonu 236 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika  müəllimi işləyir. 

Müəllim adını həmişə şərəflə doğruldan Şəhla xanımın əməyi layiqincə dəyərləndirilir. 2010-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri  fərmana layiq görülən Ş.Əhmədova 2011-ci ildə  Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

Bu gün Azərbaycan təhsili öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələni uğurla başa vurmağın yolu mütərəqqi tədris metodlarının əxz olunmasından keçir.   

Vasif SÜLEYMAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov