Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

Ədəbiyyatdan ev inşalarının təşkili haqqında

 

Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. 

Heydər ƏLİYEV 

Son 20 ildə respublikamızın ictimai-siyasi həyatında, o cümlədən təhsil sistemində də böyük inqilabi dəyişikliklər baş vermişdir. Müstəqillik yollarında sürətlə irəliləyən ölkəmizdə ali məktəblərə qəbul hazırda test üsulu ilə həyata keçirilir, müasir avadanlıqlar, əyani-texniki vasitələrlə təchiz olunan yeni ümumtəhsil məktəblərimizin sayı sürətlə artır, köhnə məktəblər yeni məktəblərə bərabər şəkildə dəyişmişdir. Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz, ənənəvi təlim üsulları ilə yanaşı, fəal təlim metodlarından da geniş bəhrələndiyimiz bir vaxtda Azərbaycan dili və ədəbiyyat müəllimləri hələ də XX əsrin 70-ci illərində hazırlanmış "Ümumtəhsil məktəblərində şagirdlərin yazı işlərinin aparılması və dəftərlərinin yoxlanmasına verilən vahid tələblər"lə işləyirlər. Bu tələblər isə son dəfə 20 il bundan qabaq "Ana sözü" jurnalında təkrar çap olunmuşdur (1991, ¹4-6, səh. 85-86). Böyük dəyişikliyə ehtiyacı olan bu sənədi elə olduğu kimi də qəbul etmək olar. Bəlkə də 40 il bundan əvvəl qəbul olunan bu sənəd öz aktuallığını itirməmişdir. Bu başqa bir məqalənin mövzusu olsa da həmkarlarımız üçün faydalı olduğunu nəzərə alaraq təkcə o "Tələblər"də əksini tapan, lakin müasir proqramlarda (dərsliklərlə düz gəlməyən və dəqiqləşmələrə ehtiyacı olan "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili proqramı" 2002-ci, "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat proqramı" isə 2003-cü illərdə nəşr olunmuşdur, metodik ədəbiyyatda xatırlanmayan və şagirdlərin inşa yazmaq vərdişlərinin inkişaf etdirilməsində, tədqiqatçılıq qabiliyyətlərinin formalaşdırılmasında müstəsna rol oynayan ev inşaları haqqında məlumat verməyi lazım bilirik.

Etiraf etmək lazımdır ki, hazırda ali məktəblərə qəbul zamanı test üsulundan istifadə olunduğu üçün şagirdlərin inşa yazmaq həvəsi və maraqları çox zəifləmişdir. (Bunun əsas günahkarı şagirdlər yox, məktəb rəhbərləri və fənn müəllimləridir). X-XI sinif şagirdlərinin 5-6 səhifə əvəzinə, 2-3 səhifə inşa yaza bildikləri bir vaxtda ev inşalarından söz açmaq, bəlkə də yersiz görünə bilər. Lakin unutmaq olmaz ki, ixtisasından, cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları doğma dilimizdə doğru, düzgün danışmağı, savadlı və gözəl yazmağı, öz fikirlərini yazı ilə ifadə etməyi bacarmalıdır. Bu mühüm problemi isə ümumtəhsil məktəblərində əvvəl ibtidai sinif, sonralar isə fənn müəllimləri həyata keçirirlər.

Hazırda ümumtəhsil məktəblərində uğurla həyata keçirilən təhsil islahatının qarşısında duran əsas problemlərdən biri də yeni insan şəxsiyyətinin formalaşdırılması, bütün təlim-tərbiyə proseslərinin onun hərtərəfli inkişafı məsələlərinin həllinə yönəldilməsidir. Şagirdlərin inşa yazmaq vərdişləri isə onların hərtərəfli inkişaf etdirilməsində mühüm rol oynayır.

Ümumtəhsil məktəblərində müxtəlif öyrədici imla, ifadə, inşa yazılardan istifadə şagirdlərdə yoxlama inşa yazmaq vərdişlərinin yaradılmasında böyük əhəmiyyətə malik olur. Haqqında söz açılan ev inşaları isə həm öyrədici, həm də yoxlama inşalara bənzəyir. Lakin onlar həm də şagirdlərin tədqiqatçılıq vərdişlərinin formalaşdırılmasına daha çox xidmət edir. Çox təəssüfləndirici haldır ki, bu vaxta qədər metodik ədəbiyyatda bu inşaların aparılması üsulu, yoxlanması, qiymətləndirilməsi və qiymətlərin jurnala yazılması haqqında müəyyən məlumatlara təsadüf edilmir. Vaxtilə Moskva qəzetlərində ev inşaları haqqında müəyyən məqalələrə təsadüf olunduğu üçün Azərbaycan məktəblərində ev inşalarının aparılması haqqında müvafiq ənənə yaranmışdı. Lakin bəzi gənc müəllimlərimiz hazırda bu inşalar haqqında məlumata malik deyillər.

Adətən, ev inşaları həm sərbəst mövzulara, həm də təlim prosesində öyrədilən əsərlərə həsr oluna bilər. Əvvəllər ümumtəhsil məktəblərində ədəbiyyatdan hər rübdə iki inşa yazıldığı halda, indi hər yarım ildə iki yoxlama inşa yazdırılır. Bu vəziyyət ev inşalarının aparılmasına olan ehtiyacı zərurətə çevirir. Demək, ev inşaları üçün təlim prosesində öyrədilən əsərlərdən ən ümumi (çünki konkret mövzular sinifdə yazdırılan yoxlama inşalara həsr olunur) mövzuları əhatə etməlidir. Məsələn, 1. X.Şirvani və M.Gəncəvi Azərbaycan intibahının ilk nümayəndələri kimi; 2. N.Gəncəvi və Azərbaycan intibahı; 3. Nizami yaradıcılığında əməkçi insan surətləri; 4. N.Gəncəvi yaradıcılığında ədalətli hökmdar problemi; 5. N.Gəncəvi yaradıcılığında qadın surətləri; 6. Nizami ədəbi məktəbinin davamçıları haqqında; 7. Nizaminin mütərəqqi ideyaları bu gün; 8. "Dədə Qorqud" qəhrəmanlıq dastanıdır; 9. Alban-Aran ədəbiyyatı. Ərəb və fars dilli Azərbaycan ədəbiyyatı; 10. Q.Təbrizinin həyat və yaradıcılığı. Divan ədəbiyyatının yaranması və onun janrları; 11. Azərbaycandilli ədəbiyyatın yaranması. İzzəddin Həsənoğlu. "Dastan-Əhməd Harami" və s.

"Ümumtəhsil məktəblərində şagirdlərin yazı işlərinin aparılması və dəftərlərinin yoxlanılmasına verilən vahid tələblər"də il ərzində V-XI siniflərdə Azərbaycan dili və ədəbiyyatdan yoxlama yazı normaları ilə yanaşı, ev inşaları haqqında da məlumat verilmişdir: V-VI siniflərdə il ərzində  onların  sayı  1,  VII-VIII  siniflərdə  2,  IX-XI  siniflərdə  isə 3-dür.

Əgər ev inşalarının sayı yoxlama yazı normaları ilə birlikdə verilirsə, bu onları yoxlama inşalarına daha çox yaxınlaşdırır. Məsələnin bu cür qoyuluşu müəllimlərimizin ev inşalarının icrası ilə əlaqədar məsuliyyətini daha da artırmalıdır.

Hər bir inşa yazı şagirdin elmi əsəridir. Müəllimlər çox gözəl bilirlər ki, inşalar hazırda ümumtəhsil məktəblərində çox geniş yayılan "İnşa" kitablarından köçürülməməlidir. Bu yazılar onların mövzu ilə əlaqədar yiyələndikləri nəzəri biliklərin yazıda ifadəsi olmalıdır. Bu zaman şagirdlərin bilikləri möhkəmlənir və uzun müddət onların hafizələrində yaşayır. Buna görə də müəllimlər bütün inşa yazılarının aparılmasına xüsusi qayğı, tələbkarlıq və məsuliyyətlə yanaşmalıdırlar.

Məlumdur ki, X sinifdə il ərzində üç ev inşası yazdırılmalıdır. Birinci inşanın mövzusunu irəlidə göstərilən qədim dövr Azərbaycan ədəbiyyatına həsr etmək olar. Bu zaman onları digər sərbəst və ədəbi mövzularla da zənginləşdirmək olar. Bu qayda ilə ikinci və üçüncü inşalar üçün də ümumi mövzular hazırlana bilər.

Müəllim mövzuları şagirdlərə paylayanda hərəyə bir, ya da iki şagirdə bir mövzu da verə bilər. Hər mövzu ilə əlaqədar şagirdlərə fərdi məsləhətlər və istifadə olunan ədəbiyyatın siyahısı da verilir. İnşalar xüsusi dəftərlərdə 20-30 gün müddətində yazılır. İnşaların həcmi isə ən azı 6-10 və daha çox səhifədən ibarət olur...

İnşalar hazır olandan sonra müəllim onları yoxlayır və qiymətləndirir. Bu işi hər sinfin öz şagirdlərinə (yəni şagirdlər bir-birinin dəftərlərini yoxlayırlar), həm də yuxarı sinif şagirdlərinə (hərəsinə 1-2 dəftər verməklə) də gördürmək olar. Təcrübə göstərir ki, bu zaman şagirdlər inşaların yoxlanılmasına çox böyük məsuliyyətlə yanaşırlar. Onlar səhvləri müəllimlər kimi qırmızı qələmlərlə qeyd edir və yazıları qiymətləndirirlər. Lakin bu yazıları müəllimlər özləri də yoxlayırlar. Bu zaman həm yazıda olan səhvləri, həm də yoxlayanın yol verdiyi nöqsanlar qeyd olunur.

Metodik ədəbiyyatda ev inşalarının aparılması haqqında müəyyən fikrə təsadüf edilmədiyi kimi, onların  uçotunun aparılması barədə məlumatlara da rast gəlinmir. Odur ki, bir çox məktəblərdə ev inşaları yazdırılmır, ev inşaları yazdırılan məktəblərdə isə onun uçotu aparılmır. Lakin bizə elə gəlir ki, müəllim həyata keçirdiyi bütün işlərin, o cümlədən ev inşalarının da uçotunu aparmağa borcludur.

Məlumdur ki, ümumtəhsil məktəblərinin ədəbiyyat proqramlarında VI sinifdə sinifdənxaric oxu üçün ildə 4, V və VII-IX siniflərdə isə 8 saat vaxt ayrılmış və dərslikdə də bununla əlaqədar materiallar mövcuddur. Zənnimizcə, V-IX siniflərdə sinifdənxaric oxu ilə əlaqədar keçirilən ev inşalarının qiymətləri də hər yarım ildə sinifdənxaric oxu ilə əlaqədar tədris olunan mövzuların yazıldığı xanalarda yazılmalıdır.

X-XI siniflərin proqramlarında isə sinifdənxaric oxu üçün xüsusi saat ayrılmamışdır. Lakin əvvəllər "Ədəbiyyat" dərsliklərində sinifdənxaric oxunulacaq əsərlərin adları qeyd olunurdu. İndi onlara da təsadüf olunmur. Ədəbiyyat dərslərində seçmə saatlardan geniş istifadə olunduğu üçün müəllimlər X və ya XI sinifdə oxunması lazım olan əsərlərin siyahısını müəyyənləşdirir və dərs ilinin sonunda o əsərlərin adını şagirdlərə yazdırır və yayda oxumalarını tapşırır.

 Qabaqcıl və təcrübəli müəllimlər bu siniflərdə sinifdənxaric oxu üçün jurnalın sonunda xüsusi bir səhifə ayırırlar. Sinifdənxaric məşğələlərdə oxunulmuş əsərlərin uçotu məhz bu səhifədə aparılır. Həmin məşğələlərin keçirildiyi günlər, mövzuların adları, oxunulmuş əsərlər haqqında məlumat verən şagirdlərin qiymətləri də məhz bu səhifədə qeyd olunur.

Ümumi bilik səviyyələrinin inkişaf etdirilməsi ilə yanaşı, şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin də formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq müəllimlər ev inşalarının təşkilinə xüsusi qayğı və tələbkarlıqla yanaşmalıdırlar. 

Aydın PAŞAYEV,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru, 

Ofelya SEYFƏDDİNOVA,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov