Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Noyabr 2011 - �43

 

İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində filologiya fakültəsinin tələbələri arasında keçirilən xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş inşa müsabiqəsinin nəticələri ilə bağlı  tədbir keçirildi.  ADU-nun filologiya fakültəsinin dekanı Fikrət Cahangirov çıxış edərək  xalq yazıçısı Mirzə İbrahimovun ədəbi fəaliyyətindən, gənc nəslin tərbiyəsində, eləcə də Azərbaycan dilinin inkişafında göstərdiyi xidmətlərdən söz açdı.   "Mirzə İbrahimov və dil məsələləri", "Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığı" və "Mirzə İbrahimov - ictimai-siyasi xadim kimi" mövzularında keçirilən müsabiqəyə toxunan dekan bildirdi ki, təqdim olunan 100-ə yaxın yazıdan qiymətləndirmə komissiyası 14 yazını mükafata layiq görüb.

Qalib tələbələrdən Məhəbbət Hacıyeva, Flora Zərbəliyeva, Aynur İsmayılova və magistr Mətanət Atakişiyeva isə çıxışlarında M.İbrahimovun Azərbaycan ədəbiyyatının və dilinin inkişafına verdiyi töhfələrdən danışdılar. Tələbələr  xalq yazıçısının yaradıcılığında azadlıq məfhumuna daha çox yer verdiyini qeyd etdilər.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev filologiya fakültəsinin tələbələrinin inşa müsabiqəsində uğurlu çıxışlarından məmnun olduğunu bildirdi. O, mədəni-kütləvi, ədəbi yaradıcılıq tədbirlərinin təşkilində filologiya fakültəsinin xüsusilə fərqləndiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.  M.İbrahimovun xidmətlərindən söz açan Ə.Əliyev tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev isə xalq yazıçısının ictimai-siyasi fəaliyyətindən danışdı. O, Mirzə İbrahimovun istər ictimai, istərsə də siyasi fəaliyyətində azadlıq axtarışında olduğunu və Azərbaycan dilinin kənar təsirlərdən qorunmasında mübarizlik göstərdiyini vurğuladı.

Sonda mövzular üzrə qalib olan 14 tələbə mükafatlandırıldı. Qaliblərə diplom və hədiyyələr təqdim olundu.  

ADU-nun Mətbuat xidməti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov