Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd edilib

 

Azərbaycan Dillər Universitetində 2 saylı İngilis dili fakültəsinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tələbələrin hazırladığı bayram tədbirində ADU-nun tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak edirdilər. Dövlət himninin səslənməsi ilə başlanan tədbirə Dövlət bayrağı gətirildi. Mərasimdə Dövlət bayrağının yaranma tarixi, eləcə də dövlətin əsas atributlarından biri olduğu diqqətə çatdırıldı. Tələbələr Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edildiyindən söz açdılar. Tədbirdə Məmməd Əmin Rəsulzadənin Azərbaycan gəncliyinə xitabən söylədiyi sözlərin və ümummilli lider Heydər Əliyevin milli mənsubiyyət haqqında müdrik fikirlərinin audio yazıları səsləndi. Bayrağın şərəfini hər yerdə qorumağın, dünya arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasının vacibliyi vurğulanan bayram tədbirində vətənin bütövlüyü uğrunda canlarını fəda edənlərin xatirəsinin daim əziz tutulduğu qeyd edildi. Tələbələr tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz haqqında həmişə məlumatlı olmağın vacibliyini vurğuladılar.  Tədbirdə tələbələrin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar, şeirlər səsləndirildi.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək  bayram tədbirinin yüksək səviyyədə təşkil edildiyini bildirdi. 

Sonda çıxış edən 2 saylı İngilis dili fakültəsinin dekanı, dosent Vəfa Bənnayeva da belə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd etdi və tələbələrə gələcək fəaliyyətlərində  uğurlar arzuladı.   

ADU-nun Mətbuat xidməti


Bakının Binəqədi rayonunda yerləşən 306 nömrəli orta məktəbdə Dövlət Bayrağı Günü və 12 noyabr Konstitusiya günü münasibəti ilə tədbir keçirildi. Əvvəlcə Azərbaycanın ərazi bütovlüyü, torpaqlarımızın qorunması uğrunda   canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət himni və "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə təntənəli şəkildə Dövlət bayrağı gətirildi.  Tədbiri giriş sözü ilə məktəbin direktoru Cümşüd Hüseynov açaraq qonaqları, müəllimləri və şagirdləri bu iki bayram münasibəti ilə təbrik etdi. O, Dövlət bayrağı  və Konstitusiya günlərinin yaranma tarixləri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Çıxış edənlər Azərbaycanın Dövlət  bayrağının tezliklə Qarabağda dalğalanacağına inandıqlarını əminliklə bildirdilər.

Tədbirin aparıcıları Dövlət bayrağımızın tanınması və müstəqilliyimizin qorunmasında ümummilli lider Heydər Əliyevin  misilsiz xidmətləri, humanizm və milli birlik ideyaları haqqında geniş məlumat verdilər.

Tədbir şagirdlərin ifasında vətənpərvərlik mahnıları və şeirlərlə unudulmaz xatirəyə çevrildi.   

Rəşad ZİYADOV


Azərbaycanın Milli  Qəhrəmanı  Eldar Tağızadə adına  Bakıdakı  164 nömrəli orta məktəbdə  tez-tez vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi artıq  ənənə halını alıb. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Təranə  Bağırovanın təşkilatçılığı ilə  9 noyabr Dövlət Bayrağı Gününə  həsr edilən  ədəbi-bədii gecə  keçirildi. Tədbirdə  məktəbin direktoru   Kəmalə  Qədirova, pedaqoji kollektiv və valideynlər iştirak edirdilər. Öncə Azərbaycan  Respublikasının Dövlət himni  ifa olundu. Aparıcılar Aysel, Mehin, Nərmin, Simuzər  tədbirin məqsəd və məramından  bəhs etdilər.  Məktəbin direktoru Kəmalə Qədirova  çıxış edərək  ulu  öndər Heydər Əliyevin  müəllim əməyinə verdiyi  yüksək qiyməti və Azərbaycan  təhsilinin inkişafı naminə  gördüyü misilsiz işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Vurğulandı  ki, hər bir azərbaycanlı övladı  müasir standartlara cavab verən  təhsil ocaqlarında  elmin sirlərinə yiyələnir və cəmiyyət özünün  ən əziz və qiymətli varlığı olan uşaqların təlim-tərbiyəsini  müəllimə etibar edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra  Azərbaycanın Dövlət bayrağı müqəddəs simvol, dövlətçilik rəmzi kimi  ölkəmizin bütün vətəndaşları üçün qürur mənbəyinə çevrildi.

Sonra şagirdlər  vətənpərvərlik mövzusunda şeirlər söyləyib və mahnılar oxudular.   

Sifai SƏFƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov