Bakıdakı
304 nömrəli məktəb-liseydə 9 noyabr Dövlət
Bayrağı Günü münasibəti ilə tədbir keçirildi.
Şagirdlərin ifasında Dövlət himni səsləndirildi.
Üçrəngli Dövlət Bayrağı səhnəyə gətirildi.
Tədbirin aparıcıları Azərbaycanın Dövlət bayrağı
haqqında geniş məlumat verdilər.
Təhsil ocağının direktoru İradə Hüseynova
qonaqları, müəllimləri və şagirdləri təbrik etdi
və bu günün tarixi əhəmiyyətindən söz açdı.
Məktəbin ibtidai sinif şagirdləri şeirlər
söylədilər, "Heydər babamız" mahnısını sevinclə
qonaqlara təqdim etdilər.
Çıxış edən qonaqlar da bu gün münasibəti ilə
xalqımızı təbrik edib, doğma Azərbaycanımıza
əbədi müstəqillik, işıqlı gələcək arzuladılar.
Qeyd olundu ki, hər bir azərbaycanlı ümummilli
liderimizin azərbaycançılıq ideyalarına sadiq
qalaraq, bayrağımızı hər yerdə uca tutsun,
dünya arenalarında onun ən yüksək zirvələrdə
dalğalanmasına nail olsun.
Dövlət bayrağına aid film nümayiş olundu. Tədbir
Dövlət bayrağına həsr olunmuş dərslərin
dinlənilməsi ilə başa çatdı.
Rəşad ZİYADOV |