Bu günlərdə 19 nəfər gənc oğlan yeni ünvana
köçərək Bakı "SOS Uşaq Kəndi"ni tərk edib. Bu,
artıq 2-ci Cənclər Evidir ki, SOS
yetirmələrinin istifadəsinə verilir. SOS-un
ilk Cənclər Evi ötən ilin iyununda qızlar üçün
açılıb.
Gənclər Evi "SOS Uşaq Kəndi"ndə tərbiyə alan
14 yaşdan yuxarı, sosial baxımdan yetkin və
orta təhsilini başa vuran 20 nəfər gənc üçün
nəzərdə tutulub. Burada gənclər öz maraqlarına
uyğun olaraq əmək bazarında rəqabətədavamlı
olmaq üçün zəruri olan ixtisasartırma
kurslarına yönəldiləcəklər. Gənclər Evi
layihəsinin əsas hədəfi onların sənətə, peşəyə
və ya hər hansı bir ixtisasa yiyələnməsi, əmək
fəaliyyətinə başlaması və ilkin gəlir əldə
etməsi üçün şərait yaratmaqdır. Təhsillə
yanaşı, gənclərə mənəvi, psixoloji, hüquqi,
tibbi dəstək də göstəriləcək.
Qeyd edək ki, ikinci Gənclər Evi Azərbaycan
dövlətinin və Beynəlxalq SOS Kinderdorf
Fondunun birbaşa maliyyə, həmçinin yerli
Mobitel Nokia və McDonalds şirkətlərinin
dəstəyi sayəsində ərsəyə gəlib.
Sifai SƏFƏROVA |
|