|
|
|
"Narkomaniyaya yox deyirik" |
|
|
|
Bakıdakı
229 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra
Hakimiyyəti "Resurs" Gənclərin İnkişafı İctimai
Birliyi ilə birgə "Narkomaniyaya yox deyirik"
mövzusunda tədbir keçirdi. Tədbiri giriş sözü
ilə açan məktəbin direktoru Fəridə Bağırova
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən
layihənin əhəmiyyətindən söz açdı. Gənclərin
zərərli vərdişlərdən və arzuolunmaz kənar
təsirlərdən qorunması məqsədilə təbliğat
işlərinin daha da genişləndirilməsi vurğulandı.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin təhsil,
səhiyyə və mədəniyyət şöbəsinin müdiri Əli
Axundov və "Resurs" Gənclərin İnkişafı İctimai
Birliyinin sədri Samir Mehdizadə narkomaniyanın
törədə biləcəyi fəsadlardan və ictimai bəlaya
çevrilməsinin təhlükəli olmasından danışdılar.
Sonda narkomaniyaya aid videoçarx nümayiş
etdirildi.
Şakir CƏFƏROV |
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|