Qafqaz Universitetləri Birliyinin I Gənclik
Qurultayı noyabrın 14-15-də Naxçıvanda
keçiriləcəkdir.
Qurultay çərçivəsində Türkiyənin Ərdahan
Universiteti, Naxçıvan Dövlət Universiteti və
Gürcüstanın Axalkalaki Universitetinin təşəbbüsü
ilə "Qafqaza gənclərin baxışı" mövzusunda
simpozium da təşkil olunacaqdır.
Gənlik Qurultayında Türkiyə Yüksək Təhsil
Qurumunun sədri, professor Yusuf Ziya Özcanın,
Ərdahan Universitetinin rektoru, professor
Ramazan Korkmazın məruzələri dinləniləcəkdir.
Qurultayda Azərbaycan, Türkiyə, Gürcüstan, İran,
Qazaxıstan, Qırğızıstan, Türkmənistan, habelə
Naxçıvan və Krım Muxtar respublikalarından olan
gənclər regionun perspektivləri, əməkdaşlıq,
mədəniyyət sahəsində yeni layihələrin həyata
keçirilməsi ilə bağlı məsələləri müzakirə
edəcəklər.
AzərTAc |
|