Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Xarici mətbuat səhifələrində

 

Rusiyanın ən varlı rektorları 

Rusiyanın ən varlı ali məktəb rektorlarının adları açıqlanıb. "Uçitelskaya qazeta"nın yazdığına görə, Rusiyanın Elm və Təhsil Nazirliyi ölkənin milyoner rektorlarının reytinqini tərtib edib.  Nazirliyin məlumatına görə, milyoner rektorların siyahısına  1994-cü ildən Sankt-Peterburq Dağ-Mədən İnstitutuna rəhbərlik edən Vladimir Litvinenko başçılıq edir. 2010-cu ildə onun aylıq maaşı 703,6 min rubl təşkil edib. Cari ilin 6 ayı ərzində onun maaşı azalsa da, yenə də reytinq cədvəlində birincidir.   Ötən il ən az maaş almış rektor Arzamas Pedaqoji İnstitutunun rektoru Yevgeni Titkov olub, onun aylıq maaşı 87,5 min rubl olub. Bu il ən az maaş (72,4 min rubl) Komi Dövlət Pedaqoji İnstitutunun rektoru Mixail Kitayqorodskiyə məxsusdur. Pedaqogika ən az gəlirli ali məktəb sahəsi hesab olunduğundan bu sahəyə rəhbərlik edən rektorların maaşları da azdır. Rusiyanın ikinci ən gəlirli rektoru Rusiya Dövlət Sosial Universitetinin rektoru Vasili Jukovdur. Ötən il onun gəlirləri 579,4 min rubl olub. Üçüncü yerdə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin rektoru Viktor Qrişindir. Onun ötən il aylıq maaşı 400 min rubl təşkil edib.  Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov ötən il 360 min rubl, Kutafin adına Moskva Hüquq Akademiyasının rektoru Viktor Blajnev isə 290 min rubl alıblar. 5 ən varlı rektordan yalnız siyahıya rəhbərlik edən Vladimir Litvinenko ali təhsil sahəsində ən gəlirli rektor olmasını belə şərh edib:

"Mənim maaşım ali məktəbin digər əməkdaşlarının əməkhaqları ilə dəqiq uyğunlaşıb. Bizdə aspirantlar 35 min rubl, professorlar 100 min rubldan artıq maaş alır. Orta əməkhaqqı bizdə 70 min rubldur. Bizim  ali məktəb "Qazprom" və BP kimi böyük xammal ehtiyatı müəssisələri ilə əməkdaşlıq edir. Elmi tədqiqatların aparılması üçün 29 müqaviləmiz var ki, onun dəyəri milyonlarla rubl təşkil edir".

 

Qazaxıstanın ali məktəblərinə muxtariyyət statusu veriləcək 

Qazaxıstanın ali məktəb müəssisələri müstəqillik yolunu seçir. 2015-ci  ildən başlayaraq ölkənin milli tədqiqat universitetlərinə, bir il sonra isə milli ali məktəblərinə  muxtariyyət statusu veriləcək. Bu baradə respublikanın Təhsil Nazirliyinə istinadən Qazaxıstanın Dövlət Teleqraf Agentliyi məlumat yayıb. Məlumata əsasən, 2018-ci ildən Qazaxıstanın digər ali məktəb müəssisələri də müstəqillk əldə edəcək. "Ali məktəblərin elmi, maliyyə, beynəlxalq və digər fəaliyyət sahəsində müstəqil təhsil siyasəti həyata keçirməsinin, onun muxtariyyətinin prinsipləri işlənib hazırlanacaq. Dövlət ali məktəbləri muxtar qeyri-kommersiya təşkilatlarına çevriləcək",-deyə Təhsil Nazirliyinin açıqlamasında qeyd olunur. Bundan başqa, ali məktəblər qarşısında müntəzəm hesabat verən qəyyumlar şuraları yaradılacaq, ali təhsil ocaqlarının fəaliyyətinin şəffaflığı təmin olunacaq. Dövlət universitetləri üçün rektorların təyinatı mexanizminin təkmilləşdirilməsi də nəzərdə tutulub.

 

 

 

Almaniyada müəllimlər üçün imtahan 

Almaniyalı məktəblilər onlara dərs keçən müəllimlərin və məktəb direktorlarının  fəaliyyətini qiymətləndirəcək. Almaniyanın Berlin və Brandenburq əyalətlərində il ərzində müəllimlərin iki dəfə icbari attestasiyadan keçirilməsi qərara alınıb. Maraqlı məqam odur ki, bu proses şagirdlərin yaxından iştirakı ilə həyata keçiriləcək.   Son vaxtlara qədər bu iş  əyalətlərin təhsil şöbələrinə tabe olan məktəbləri yoxlayan  xüsusi müfəttişlər tərəfindən aparılıb. 5 ildə bir dəfə müfəttişlər məktəbə gəlir və hər şeylə  - dərslərin keçilməsindən tutmuş kadr menecmentinə kimi bütün məsələləri yerindəcə bütün təfərrüatı ilə yoxlayırdı. Əgər məktəb yoxlamadan üzüağ çıxmazsa, onda yoxlamaların 5 ildə bir dəfə yox, 2 ildə bir dəfə həyata keçirilməsi təmin olunurdu. Bu cür yoxlamaların nəticələri heç vaxt ictimaiyyətə açıqlanmayıb. Hətta ən kobud pozuntular nə valideynlərə, nə də şagirdlərə məlum olurdu.

İndi isə yoxlamaların nəticələri təhsil administrasiyasının saytında yer alacaq. Berlin Azad Universitetində mövcud olan  Məktəblərin Keyfiyyətinin Artırılması İnstitutu xüsusi proqram işləyib hazırlayıb. Layihənin rəhbəri Xolqer Xartman qeyd edir ki, son 4 il ərzində məktəblər könüllü surətdə nəzarət funksiyasını həyata keçirib. Lakin nəticələr çox məyusedicidir, heç kim öz səhvini və pozuntuları etiraf etmək, ictimaiyyətin qınaq mənbəyinə çevrilmək istəmir. İndi isə yoxlamalar və şəffaflıqdan, aşkarlıqdan qaçmaq mümkün olmayacaq. Bütün məktəblər məcburi qaydada ildə iki dəfə şagirdləri onlara dərs keçən müəllimləri qiymətləndirməyə çağıracaq. "Müəllimlər dərsini məntiqi izah edə bilirmi?", "Hündürdənmi danışır?",  "Bütün şagirdlərin dərs materialının mənimsənilməsində fəal iştirakına çalışırmı?". Bütün bu suallara şagirdlər öz şəxsi təcrübələri əsasında cavab verməlidirlər. İnstitut bu cür yoxlamalar üçün 80-dən artıq sual hazırlayıb. Məktəblərin direktorları bütün müəllimlərin bu cür özünəməxsus attestasiyadan keçməsinə tam əmin olmalıdırlar. Onlar yoxlamanın nəticələrini təhlil üçün instituta göndərməlidirlər. Direktorlar özləri yoxlamaların nəticələrini bilmirlər və şagirdləri təmin etməmiş müəllimi cəzalandıra bilməzlər.  Müəllim özü anketin nəticələrini şagirdləri ilə təhlil etməlidir. Yeri gəlmişkən, məktəb direktorları özləri də ciddi müzakirələr mövzusudur. 2 illik yoxlamalar gedişində müəllimlər məktəb direktorunun fəaliyyətini də müzakirə etməlidirlər. Pis müəllimlər və direktorların cəzalandırılması kimi bir təcrübə yoxdur. Məktəblər 4 ay ərzində attestasiyanın nəticələri ilə məlumatlanmalı, sonra isə məktəbin fəaliyyətinə dair ümumiləşdirilmiş hesabat hazırlamalı  və məlumatların İnternetdə dərc olunması üçün onu təhsil şöbəsinə göndərməlidir.  Hesabatda yalnız məktəb barədə danışılır,   pedaqoq və direktorların soyadları isə açıqlanmır.

 

Amerika tələbə mübadilə proqramlarını ixtisar edir 

ABŞ Dövlət Departamenti "Amerikada işlə və səyahət et" (Work and Travel USA)   beynəlxalq mədəni tələbə mübadilə proqramlarının iştirakçılarının sayına sərt kvotalar tətbiq edir.   Dövlət Departamenti bildirir ki, bu qərar proqram iştirakçılarının şikayətləri əsasında qəbul olunub. Departamentin bəyanatında qeyd olunur ki, gələcəkdə iştirakçıların sayı 2011-ci il səviyyəsində saxlanılmalıdır. Qeyd edək ki, postsovet məkanı ölkələri tələbələrinin də maraq göstərdiyi   "Amerikada işlə və səyahət et" (Work and Travel USA)   ən populyar tələbə mübadilə proqramlarından biridir. Qaydalara müvafiq olaraq, xarici tələbələr (aşağı kurs tələbələri) yay tətili dövründə (may-sentyabr) 4 aylığa Birləşmiş Ştatlara səfər edə və bu ölkədə əmək fəaliyyəti ilə məşğul ola bilərlər.  Xarici tələbələr əsasən restoranlarda, mehmanxanalarda, əyləncə yerlərində, mağazalarda xidmət sahəsi ilə məşğul olurlar. Tələbələr üçün minimal əməkhaqqı vergiləri çıxmaq şərtilə bir saat üçün 7,25 dollar təşkil edir. Lakin bu rəqəm ştatlar üzrə fərqlidir. Son illər ərzində adıçəkilən proqramda iştirak etmək istəyən tələbələrin sayı kifayət dərəcədə artıb. 1996-cı ildə 20 min, 2008-ci ildə 150 min tələbə bu proqrama qatılıb. Bütövlükdə isə proqramdan son 10 ildə 1 milyondan artıq insan yararlana bilib.  

Londonda tələbə nümayişləri 

Londonda tələbələrin kütləvi etiraz aksiyaları başlayıb. Milli Tələbə Birliyinin təşkilatçısı olan aksiyalar ötənilki tələbə nümayişlərindən fərqli olaraq daha ümumi xarakter daşıyır. Böyük Britaniya paytaxtında universitetlər rayonu hesab olunan Malettdən aksiyalara başlayan  tələbələr əsasən maliyyə, biznes mərkəzi hesab olunan Sitidə öz tələblərini səsləndiriblər. Onlar paytaxtın  Trafalqar meydanına doğru yürüş edərək çadırlar qurmağa cəhd ediblər. Əgər ötən il tələbələr təhsil haqlarının artırılmasına etiraz edirdilərsə, bu il onlar universitetlərin maliyyələşdirilməsi məsələsini qaldırır və təhsilə ayrılan xərclərin azaldılmasına etiraz edirlər. Gənclər fəhlələr ilə birləşərək ölkədə ümumi tətilin təşkil olunması zəruriliyini bildiriblər.    

Təhsilin iqtisadiyyata təsiri 

Qətərin paytaxtı Doxuda təhsildə innovasiyalara həsr olunmuş 3-cü Dünya forumu başa çatıb. "Təhsili inkişaf etdirməklə biz dünyanı dəyişərik" şüarı ilə keçirilən tədbirdə dünyanın 100-dən artıq ölkəsindən təhsil sahəsi üzrə 1200-dən artıq aparıcı ekspert iştirak edib. Forumu keçirməkdə əsas məqsəd dünyada təhsilin təkmilləşməsinə kömək göstərməkdir.  Sammit iştirakçıları təhsil və cəmiyyət həyatının digər sahələri arasında qarşılıqlı asılılıq, təhsil problemləri və gələcək təhsil modelinin işlənib hazırlanması məsələlərinə diqqət yetiriblər. Forumda təhsil sahəsində innovasiya ideyaları, təhsilin iqtisadiyyata təsiri problemi, eləcə də əks qarşılıqlı əlaqə mövzuları müzakirə olunub.  Tədbirdə vurğulanıb ki, iqtisadiyyatın inkişaf səviyyəsi  ölkədə təhsilin inkişaf səviyyəsindən birbaşa asılıdır.   Fars körfəzinin neft asılılığından xilas olmuş ərəb ölkələrinin bu sahədə öz siyasətlərini çox müdrik qurduğu qeyd olunub. Bildirilib ki, bu ölkələr neft resurslarının satışından əldə olunmuş gəlirlərin böyük hissəsini təhsilin inkişafına sərf edirlər.   Məhz bu cür siyasətin nəticəsidir ki, Qətərdə 4 Amerika və bir Kanada universiteti fəaliyyət göstərir.    

Xarici mətbuat materialları
əsasında hazırladı: Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov