Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Dərsdə telekörpü

 

Məktəbə ilk addımlarını atan şagirdlərdə - birincilərdə oxumağa həvəs yaratmaq və düşünmək qabiliyyətini formalaşdırmaq üçün nə etmək lazımdır?

Müəllimin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərdə verilən məsələləri həlletmə həvəsi  yaratmaqdan və oxuduqlarını dərk etdirməkdən ibarətdir. Axı oxumaq və bilmək, hələ başa düşmək deyil!

Müasir təlim texnologiyalarından və yeni təlim  metodlarından müntəzəm istifadə olunsa və ən əsası uşaqlara  öz ağlını məşq etdirmək vərdişi aşılansa, düşünmə qabiliyyətinin  inkişafında  mütləq ürəkaçan nəticələr olacaq.

Müəllim hər dəfə sinfə girəndə çalışmalıdır ki, uşaqlarda sabah üçün yeni-yeni arzular oyatsın və onlar tədrisdə və həyatda  baş verənlərə tamaşaçı kimi baxmasınlar, baş verənləri obyektiv şəkildə dərk edib düşünə bilsinlər. Bu dərketmə bacarığı və düşünüb nəticə çıxartma qabiliyyəti onlara daha  sonra müstəqil həyatda- hər an dəyişən dünyada öz layiqli yerini tapmağa kömək edəcək. Keçilən dərs və məşğələlərin əsas məqsədi bu olmalıdır.

Mövzuları parlaq rənglərlə izah etmək, yeni nağıl, yeni oyun formaları tapmaq  və möcüzəli dünyanı onlar üçün  yenidən kəşf etmək də müəllimin ümdə vəzifələrindən biridir.

Müəllim tədris üçün nəzərdə tutulan proqramlara uşaqların bir-biri ilə qarşılıqlı ünsiyyət yaratması  elementlərini-vərdişlərini də əlavə etməlidir. Çünki uşaq hələ erkən yaşlarından başqaları ilə normal münasibət yarada bilmirsə, bu problem onu ömürboyu müşayiət edəcək.

Uşaqların fəal olması üçün dərslər maraqlı, mövzular cəlbedici olmalıdır. Belə dərslərdən birini mən dərs dediyim Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının 1-ci sinfində keçirmişəm. "İntellektual marafon" adlı rubrikada İnternetdən istifadə olundu və "skayp" vasitəsiylə 160 nömrəli məktəbin 1-ci sinfi ilə  telekörpü yaradıldı.

Məşğələnin əvvəlində "Bədən tərbiyəsi mədəniyyəti" mövzusunu da maraqlı və mənalı etmək üçün müxtəlif oyunlardan istifadə olundu. Bayraq yelləmək, futbol fanatı kimi hərəkətlər etmək, himn oxunan vaxt əlini ürəyinin üstünə qoymaq və hər uğurlu hərəkəti  sonda alqışlarla qarşılamaq kimi  gimnastik hərəkətləri yerinə yetirmək də uşaqların həvəslə icra etdikləri  tapşırıqlardan oldu.

Dərsin əsas xüsusiyyəti tərbiyəvi və maarifləndirici xarakterli olması idi. Dərsdə istifadə olunan "Nə dəyişdi?", "Tap!", "Düşün!", "Qanunauyğunluğu təyin et!" və s. şagirdlərin düşüncə tərzini inkişaf etdirən oyunlardan ibarət idi. Hər sinfə suallar verildi. Cavabları müəllimlərdən və ekspertlərdən ibarət münsiflər qiymətləndirdi. Əsas məqsəd dərsin mümkün strukturuna və  onun keçirilmə şəraitinə yeniliklər əlavə etməklə uşaqlarda dərsə həvəs oyatmaq idi. Həmin dərsin keçirilmə metodu yeni texnologiyalardan istifadə olunmasını zəruri etdi.

Dərsdə tapşırıqların həlli üçün müxtəlif metodlardan, habelə kiçikyaşlı şagirdlərin həyat təcrübəsinin azlığı nəzərə alınaraq xalq yaradıcılığından, folklordan, müdrik kəlamlardan, atalar sözlərindən və məsəllərdən, "Bizi əhatə edən dünya" adlı  əyani vəsaitdən və digər materiallardan geniş istifadə olundu.

"Ədədlər və fiqurlar dünyası" adlı məşğələdə   hərflərin əmələ gəlməsi tarixinə də maraqlı səyahət olundu və rəqəmlərin insan həyatındakı rolu faktlarla göstərildi. İnsan anadan olandan ədədlərin əhatəsinə düşür-anadan olma tarixindən başlayaraq hər yerdə və hər zaman  rəqəmlərdən istifadə olunur (dərsin başlama vaxtı, dərsin keçirilmə müddəti, mobil telefon, televizorun pultu, saat, avtomobillərin nömrəsi, sürəti, temperaturun, təzyiqin ölçülməsi və s.). Dərs boyu şagirdlərə məsələlərin həllində diqqətcil və məntiqli olmaq tövsiyə olunurdu."Günəş", "Göy qurşağı" və "Ulduz" adlı üç komandaya verilən tapşırıqlarda məqsəd şagirdlərin buradakı söz və rəqəmlərin mənalarını dərk eləmələri idi. Uşaqlar həvəslə çalışdılar və tapşırıqların öhdəsindən lazımınca gəldilər.

İki müxtəlif məktəbin iki eyni sinfi arasında  "skayp" vasitəsiylə yaranmış  teleyarışmada hər iki tərəfə müxtəlif qiymətlər verilsə də, axırda dostluq qalib gəldi.Yarışın sonunda bütün iştirakçılara simvolik hədiyyələr, ən fəal şagirdlərə isə prizlər verildi. Dərsdən sonra uşaqlarla birlikdə 160 nömrəli məktəbə-yeni dostların yanına qonaq getdik. Həmin sinfin müəllimi və məktəbin direktoruna teleyarışmanın yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri köməyə və yaratdıqları şəraitə görə təşəkkür etdik. Uşaqlar belə tanışlıqdan çox razı qaldılar.

Qeyd edim ki, bu dərsin telekörpü vasitəsi ilə aparılması tədris praktikasında yenilik idi və ilk dəfə keçirilirdi.

Dərsi keçirməkdə məqsəd birinciləri yeni texnologiyalarla - İnternet, telekörpü və s. tanış etmək və məsələləri kollektiv halında həll etməklə yanaşı, onlarda öz yaşıdları ilə münasibət yaratmaq vərdişinin aşılanması idi. Həmin dərsin evdə və məktəbdə uzun müddət müzakirə mövzusu olması onu deməyə əsas verir ki, bu dərs onların düşüncələrində və xatirələrində əbədi həkk olunub. 

Leyla ƏSGƏROVA,
Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının
ibtidai sinif müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov