Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Şagirdlərə dilimizə məhəbbət hissi aşılayıram

 

Hər bir millətin dili onun milli varlığının təzahürüdür. "Zamandan zamana, əsrdən əsrə hücumla yol gələn davalı dilimiz" (X.R.Ulutürk) şükürlər olsun ki, bu gün dünyanın ən yüksək tribunalarından səslənir, bütün sənədlər, mətbuat, radio və televiziya verilişləri məhz bu dildə aparılır. Odur ki, ana dilini tədris edən hər bir müəllimin ümdə vəzifəsi dilimizi şagirdlərə sevdirmək,  onun incəliklərini mənimsətməkdə müasir təlim metodlarından istifadə etməkdir.

Böyük şairimiz Səməd Vurğunun "Azərbaycan ədəbiyyatının ağır artilleriyası" adlandırdığı S.Rəhimov müsahibələrindən birində deyirdi ki, "Mən Azərbaycan dilini intəhasız ümman kimi görürəm. Ona dərindən baş vurmaq lazımdır". Həqiqətən dilimiz dünyanın ən zəngin dillərindən biridir. Uzunillik təcrübəmdən bu qənaətə gəlmişəm ki, dili uşaqlara sevdirmək üçün əsas şərtlərdən biri onu yaxşı tədris etmək, dil dərslərini maraqlı qurmaq, şagirdlərin bu dərslərdə fəal iştirakını təmin etməkdir. Müşahidələr göstərir ki, bəzən dil-ədəbiyyat müəllimləri şagirdlərin orfoqrafik və orfoepik bilik və vərdişlərinin inkişafına lazımınca diqqət ayırmırlar. Şagirdlər bədii əsərləri danışarkən və ya ifadəli qiraət zamanı sözləri yazıldığı kimi oxuduqda müəllim bunu normal qəbul edir, ona heç bir irad tutmur.

Şagirdlərin, bəzən də müəllimlərin zəif yerlərindən biri də vurğu, xüsusən heca vurğusudur. Vurğuya düzgün riayət edilmədikdə orfoepik norma pozulur və fikir lazımınca anlaşılmır. Bütün bunları nəzərə alaraq mən dil normalarının şagirdlərə öyrədilməsinə xüsusi diqqət yetirir, lüğət üzərində iş aparıram. Çoxdan tərtib olunmuş "Məktəblinin orfoqrafiya lüğəti" hazırda köhnəldiyindən onun yenidən nəşrinə ehtiyac vardır. Yaxşı olardı ki, mərhum alimimiz Əziz Əfəndizadənin tərtib etdiyi və bu gün abituriyentlər üçün tövsiyə olunan lüğət daha da təkmilləşdirilsin, orada şagirdin bilməsi zəruri olan sözlərin orfoqrafiyası, orfoepiyası, o cümlədən vurğusu, leksik mənası və s. öz əksini tapsın.

Təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycan dili fənnində şagirdlərdə maraq doğura biləcək, onları qruplarla və ya fərdi araşdırmaya cəlb edəcək minlərlə "Niyə?", "Ola bilərmi?" və ya "Sizcə, belə demək olarmı?" kimi tədqiqat tələb edən suallar mövcuddur. Məsələn: "Sizcə, felin iki qrammatik növ şəkilçisi eyni sözə artırıla bilərmi?" və ya "Sizcə, bütün atalar sözlərini ümumi şəxsli cümlə hesab etmək düzgündürmü?" və ya "Təsirli fellər yalnız təsirlik halında olan sözlərlə əlaqəyə girirmi?" tipli sual nümunələri şagirdləri düşünməyə vadar edir. Ona görə də mən dərslərimdə şagirdlərə müstəqil iş verərkən, onların tədqiqat aparmalarını təşkil edərkən belə tapşırıqlar verirəm.

Dilimizin uşaqlar tərəfindən mənimsədilməsini təkcə tədris prosesi ilə məhdudlaşdırmır, bu məqsədlə tez-tez ədəbi-bədii gecələr, "Ən yaxşı "dilçi" şagird", "Ən yaxşı "dilçi" sinif" müsabiqələri keçirirəm. Bütün bunlar şagirdlərin dilə marağını artırır.

Yeri gəlmişkən onu da qeyd edim ki, hörmətli cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu il pedaqoji sahədəki xidmətlərimə görə mənə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Müəllim əməyinə verilən böyük qiymət üçün möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

Bu fəxri ad mənim əməyimə verilən yüksək qiymət olmaqla yanaşı, həm də daha səmərəli, yorulmaz, yaradıcı fəaliyyətim üçün zəmindir.

Görkəmli Çin pedaqoqu Konfutsinin bir fikri mənim pedaqoji fəaliyyətimin əsas meyarıdır. "Şagirddə maraq oyatmadan ona hər hansı elmi öyrətmək soyuq dəmiri döyərək nə isə düzəltmək cəhdi kimi səmərəsiz bir işdir".

Hörmətli Prezidentimizin etimad və diqqətinə cavab olaraq bundan sonra da müəllimlik fəaliyyətimdə daha uğurlu nailiyyətlər əldə etməyə çalışacağam. 

Lətafət ƏHMƏDOVA,
Ucar şəhər 1 nömrəli məktəb-liseyin dil-ədəbiyyat müəllimi,
 əməkdar müəllim
 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov