Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Noyabr 2011 - �44

 

Qızlar arasında dünya çempionu

 

Mehdiyeva  Sevinc İlham qızı 1994-cü il noyabrın 20-də Bakıda ziyalı ailəsində anadan olub. O, Bakıdakı 64  nömrəli orta məktəbin XI sinif şagirdidir. İdmana olan sevgisi  uşaqlıq illərindən yaranıb. Dediyinə görə, daha çox Van Damm, Brüs Linin və digər kino ulduzlarının filmlərinə baxdıqdan sonra idmanı daha çox sevməyə başlayıb. Sevinc Azərbaycan dili, ədəbiyyat və tarix fənlərini daha çox sevir. O deyir ki, "Hər bir kəs öz xalqının tarixini və ədəbi irsini dərindən bilməli, ona hörmətlə yanaşmalıdır. Hansı sənəti sevib seçsən də mütləq Vətəninin tarixini, xalqının mədəniyyətini öyrənməyə borclusan". 16 yaşlı Sevincin uğurları az deyil. Dərslərinə həvəslə yanaşsa da, hələ kiçik yaşlarından bu çevik və cəsur qızın arzuları ən çox idmanla bağlı olub. Özünü ən güclü idmançı kimi görmək istəyib. O, 5 yaşından başlayaraq Əhmədli qəsəbəsindəki "Ruslan" idman sağlamlıq mərkəzində idmanın karate növü ilə məşğul olub.

Sevinc Mehdiyeva  özü haqqında bunları əlavə etdi:

-İlk növbədə, idmanın yüksək inkişafına və bu sahəyə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  bütün idmançılar və idmansevərlər adından öz minnətdarlığımı bildirirəm. İdmanı sevən bir gənc kimi onu deyə bilərəm ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük uğurlara imza atdı. Sevindirici haldır ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar üçün hər cür şərait yaradılıb. Respublikamızın bütün regionlarında müasir standartlara cavab verən idman kompleksləri, idman məktəbləri yaradılıb. Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm zəmin əsasında qurulur. Gənclərin asudə vaxtlarını maraqlı  və səmərəli keçirmələri, pis vərdişlərdən uzaq olmaları üçün bu olduqca vacibdir. Uğurlarım haqqında onu deyə bilərəm ki, ilk dəfə "Ruslan" idman sağlamlıq mərkəzində məşğul olsam da, sonra "Yüksək fərasət" idman klubunda məşqlərimi davam etdirdim. Karate ilə  beş yaşından məşğul olmağa başlamışam. İdmanda ciddi olmaq lazımdır. Müəllimlərin tapşırıqlarına əməl edir və məşqlərə ciddi yanaşırıq. Bütün uğurlarıma görə müəllimlərimə minnətdaram. Xüsusən də məşqçi müəllimlərim Vüqar Kərimov və Vüqar Məcidova təşəkkürümü bildirirəm.  Hər bir işdə ağıl və səbr ilə hərəkət etmək lazımdır. Müəllimsiz sənin heç bir uğurun ola bilməz. Yaxşı perspektivli bir idmançı olmaq, böyük uğurlar qazanmaq üçün zəhmət çəkmək lazımdır. Bir şeyi qeyd etmək istərdim ki,  beynəlxalq turnirlərdə iştirak etmək üçün biz idmançılara maddi və mənəvi kömək göstərən  Karate Federasiyasının prezidenti Yaşar Bəşirova, federasiyanın bütün əməkdaşlarına  təşəkkürümü bildirirəm.

Bu çalışqanlığın və fitri  istedadın sayəsində Sevinc idmanda artıq kifayət qədər uğurlar qazanmış, qələbələr əldə etmişdir. O, respublika və beynəlxalq yarışlarda bir sıra yüksək mükafatlara layiq görülmüşdür. İndiyədək iştirakçısı olduğu yarışlarda Sevinc, ümumən, 14 qızıl, 6 gümüş, 10 bürünc medal qazanmışdır. O, 2003-cü ildə Azərbaycan Karate -do Federasiyaları Assosiasiyasının keçirdiyi uşaq və yeniyetmələrin respublika birinciliyində qızlar arasında 10-11 yaş qrupunda ən yaxşı nəticə göstərərək birinci yeri tutmuşdur. Bu, Sevincin ilk çempionluğu idi. 2008-ci ildə isə S.Mehdiyeva 14-15 yaşlılar arasında üçüncü yeri tutmuş, 2009-cu ildə yeniyetmə və gənclər arasında respublika çempionatında gümüş medala layiq görülmüşdür. 2009-cu ilin mayında Yaponiyanın məşhur karate ustası Hizokazu Kanazava Bakıda gənc karateçilərə ustad dərsi keçərkən  Sevincin məşqlərini bəyənərək ona "Qara kəmər" təqdim etmişdir. O, "Bakı  Open" yarışmasında 16-17 yaşlı qızlar arasında bütün döyüşləri udaraq qızıl medalla təltif edilmiş, Gürcüstanın Batumi şəhərində Qara dəniz və Xəzərətrafı ölkələrin açıq çempionatında üçüncü yeri tutmuşdur. 2010-cu ildə isə qadınlar arasında keçirilən respublika çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülmüşdür. Onun ən böyük uğuru 2010-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən 16-17 yaşlı qadınlar arasında Şotakan karate üzrə birinci dünya çempionatında bütün döyüşləri qələbə ilə başa vuraraq dünya çempionu adını qazanmasıdır. Ümumiyyətlə, respublika və beynəlxalq yarışlarda qazandığı qələbələrə görə Sevinc qırxa yaxın diplom və fəxri fərmanla təltif olunmuşdur.  Sevinc bu ilin iyun ayında Yunanıstanın Loutraki şəhərində keçirilən karate üzrə dünya kuboku yarışlarında da müvəffəqiyyətlə çıxış edərək Vətənə qələbə ilə dönmüşdür.

Rafayıl Mehdiyev, 64 nömrəli orta məktəbin direktoru:

-Sevinc Mehdiyeva təhsilinə elə 64 nömrəli orta məktəbdən başlayıb. 2006-cı ildə mən burada  direktor kimi fəaliyyətə başlayanda Sevinci adi uşaqlardan biri kimi tanımışdım. Dərslərindən həmişə "əla" qiymətlər alan, nizam-intizamı və tərbiyəsi ilə müəllimlərinin hörmətini qazanan Sevinc əsasən Azərbaycan dili, ədəbiyyat və tarix dərslərini daha çox sevir. S. Mehdiyeva idmanla bərabər, dərslərində də yaxşı nəticələr qazanır. Onun şəkli məktəbin həm idman, həm də şərəf guşəsindədir. O, həmişə dostları ilə mülayim və tərbiyəli rəftar etməklə seçilir. Sevinc çox vətənpərvər qızdır. O, idmanla yanaşı, Azərbaycan tarixi ilə daha yaxından maraqlanır. Məktəbdə keçirilən vətənpərvərlik mövzusunda inşa yazı müsabiqələrində həmişə qabaqcıl yerləri tutur. O, heç vaxt güclü idmançı olduğunu büruzə vermir. Həmişə özünü sakit və mədəni aparır. Məktəblərarası keçiriən idman yarışlarında, "Şahin" hərbi-idman oyunlarında Sevinc həmişə oxuduğu məktəbin adını uca edir. Vətənimizi Sevinc kimi ləyaqətlə təmsil edən, üçrəngli dövlət bayrağımızı beynəlxalq turnirlərdə zirvələrə qaldıran gənclərimizlə təkcə onların ata-anası deyil, biz hamımız fəxr edirik.

Məşqçisi Vüqar Kərimovun sözlərinə görə, Sevinc məşqlərə ciddi yanaşan, öz üzərində müntəzəm çalışan, zəhmət çəkməkdən qorxmayan, işləməkdən usanmayan perspektivli bir idmançıdır. Məşqçinin dediklərindən: "Sevinc 5-6 yaşlarından bizim zala gəlir. Gəldiyi ilk vaxtlardan hiss olunurdu ki, bu uşaqda idmana böyük həvəs və sevgi var. O, məşqlərdə verilən tapşırıqları məsuliyyətlə  yerinə yetirir, həmişə öz üzərində işləməyi çox sevir. İlk vaxtlardan bu qızın gələcəyi barədə rəy vermək mümkün idi. Çünki o, məşqçi müəllimlərin hər bir hərəkətini, priyomları  tez qavrayırdı. Ailələrində müəyyən problemlərin olması Sevincin əvvəllər məşqlərdə müntəzəm iştirak etməsinə imkan vermirdi. Valideynləri onun idmançı olmasını istəmirdilər. Ancaq Sevincin bu idman növünə olan həvəsi ailəsini razı saldı. İndi isə valideynləri Sevincin  idman uğurları ilə fəxr edirlər. S.Mehdiyeva  qısa vaxt ərzində klublar arasında keçirilən yarışlarda birincilik əldə edərək Bakı və Azərbaycan çempionatına vəsiqə qazanmağa nail oldu. O, ilk dəfə 10 yaşlı qızlar arasında 8 yaşında respublika çempionu oldu. Baxmayaraq ki, Sevincin 8 yaşı var idi, amma o bunun öhdəsindən bacarıqla gəldi. Bundan sonra o, dəfələrlə Azərbaycan çempionu oldu. Sevinc 2009-cu ildən başlayaraq ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etməyə başladı, dəfələrlə dünya və Avropa çempionatlarında II və III yerlərə layiq görüldü. Onun ən böyük uğuru 2010-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya  karate federasiyasının təşkil etdiyi dünya çempionatındakı uğuru oldu. S. Mehdiyeva bu beynəlxalq turnirdə ölkəmizi layiqincə  təmsil edərək dünya çempionu oldu. O, Azərbaycan bayrağını dünya turnirində zirvələrə qaldıraraq bütün idmansevərləri və xalqımızı sevindirdi. Komanda yarışlarında da çempion olaraq iki qızıl medalla vətənə döndü. 2012-ci ilin fevral ayında Sevinci Avropa çempionatı gözləyir. Mən və digər məşqçilər ümid edirik ki, o, həmin beynəlxalq turnirdə də öz sözünü deyərək ölkəmizi layiqli təmsil edəcək. Sevincin uğurlarında mənimlə bərabər baş məşqçi, dəfələrlə dünya və Avropa çempionu olmuş Vüqar Məcidovun, yığma komandanın məşqçiləri Şahin Xudaverdiyev və Anar Allahverdiyevin zəhməti böyükdür. İnanırıq ki, Sevinc bütün ümidləri doğruldacaq".  

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov