Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

İşçi qrupunun yaradılması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 YUNESKO-nun Moskva bürosunun müraciəti əsasında 2004-2011-ci illər ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən QİÇS epidemiyasının profilaktikası istiqamətində təhsil sahəsində görülmüş işlərin və əldə olunmuş irəliləyişlərin qiymətləndirilməsi məqsədilə 

ƏMR EDİRƏM: 

1. 2004-2011-ci illərdə QİÇS epidemiyasının profilaktikası istiqamətində təhsil sahəsində görülmüş işlərin və əldə olunan irəliləyişlərin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

  Ağababa İbrahimov  Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri, İşçi qrupunun rəhbəri;
  Vüqar Əsgərov İqtisadiyyat şöbəsinin  Plan-maliyyə sektorunun müdiri, üzv;
  Maral Salmanova Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin aparıcı məsləhətçisi, üzv;
  Natiq Əliyev Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi, üzv;
  Sabir Həmidov Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin baş məsləhətçisi, üzv;
  Aysel Hacıyeva "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" Layihəsinin Əlaqələndirmə Qrupunun direktoru, üzv;
  Gülarə Hüseynova Bakı şəhəri, 248 nömrəli orta məktəbin biologiya  müəllimi, üzv;  
  Şahin Xasıyev Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, üzv;
  Azər Ramazanov "Yaşlıların Təhsili" Assosiasiyasının sədri, üzv;
  Piralı Əliyev Təhsil Problemləri İnstitutunun şöbə müdiri, müstəqil koordinator, üzv.

2. Ali və orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri 25 noyabr 2011-ci il tarixinədək 2004-2011-ci illərdə QİÇS-lə bağlı keçirilən tədbirlər, görüşlər, konfranslar, seminarlar, aksiyalar və ümumilikdə bununla bağlı görülən işlər barədə məlumatları illər üzrə Təhsil Nazirliyinə təqdim etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin nazirliyin İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

15 noyabr 2011-ci il

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov