Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - 45

 

Heydər Əliyev Fondunun əlil uşaqlarla bağlı kampaniyası davam edir

 

Noyabrın 11-də "Park Bulvar" Əyləncə-Ticarət Mərkəzində Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondu (YUNİSEF) uşaqlar üçün "Təcriddən inteqrasiyaya doğru" adlı tədbir təşkil etmişdir.

 AzərTAc xəbər verir ki, aksiya daim uşaq və internat evləri ilə sıx təmasda olan Heydər Əliyev Fondunun "İmkanlara məhdudiyyət yoxdur" kampaniyası çərçivəsində keçirilmişdir.

Bakı şəhərindəki 2 saylı uşaq evi, "Müşfiq" əlil uşaqların reabilitasiya mərkəzi, "Dəcəllər" Daun sindromlu uşaq təşkilatı, kor və zəif eşidən uşaqlar üçün internat-məktəbin 50-dən çox sakini "Happyland" əyləncə mərkəzində bir araya gəlmişlər. Əlilliyi olan və sağlam uşaqlar attraksionlarda əylənmiş, xoş dəqiqələr yaşamışlar. Onlar buna görə fəaliyyətə başladığı gündən cəmiyyətdə mərhəmət və xeyirxahlıq ünvanına çevrilmiş Heydər Əliyev Fonduna minnətdarlıq etmişlər.

Qeyd edək ki, kampaniya xüsusi tədbirlər, televiziyada yayımlanacaq sosial çarxlar, elanlar və digər informasiya materialları vasitəsilə əlilliyi olan uşaqların inteqrasiyasını dəstəkləyir.

Hazırda Azərbaycanda əlillikdən əziyyət çəkən 60 min uşaq qeydiyyatdadır. Onlardan 6 mini xüsusi məktəblərdə, 11 mini isə ev şəraitində təhsil alır. Azərbaycan parlamenti tərəfindən BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası 2009-cu ildə ratifikasiya olunmuşdur.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov