Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Qafqaz universitetlərinin ilk beynəlxalq simpoziumu

 

Naxçıvan Dövlət Universitetində Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik Simpoziumu keçirilmişdir.

Simpozium iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki heykəlini və muzeyini, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəlini ziyarət etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qəbulunda olmuşlar. Qonaqlar Naxçıvan şəhərinə ekskursiya etmiş, universitetlə yaxından tanış olmuşlar. Universitetin müəllim və tələbələrinin memarlıq, rəsm, kitab sərgisi xüsusi maraq doğurmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov simpoziumda çıxış edərək elm və təhsilin bütün dövrlər üçün inkişafın yeganə hərəkətverici qüvvəsi olduğunu, hər bir xalqın elmi, intellektual və mənəvi potensialının etalonu sayıldığını vurğulamışdır. Ali Məclisin sədri təhsili milli maraqlara yönəldən, ölkənin gələcək strateji məqsədlərinə uyğunlaşdıran  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsil siyasətinin uğurlarından danışaraq Azərbaycanda son illər bu sahədə ən yüksək göstəricilərin əldə olunduğunu, milli təhsilin dünya təhsil sisteminə uğurla inteqrasiya etdiyini, tədrisin forma və məzmunca müasirləşdiyini, təhsilə ayrılan dövlət büdcəsinin ilbəil artdığını, milli kadr yetişdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində uğurlar qazanıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda təhsilə göstərilən qayğının real bəhrələridir ki, son 20 ildə  Naxçıvan Muxtar Respublikasında 189 ümumtəhsil məktəb binası, ali və orta təhsil müəssisələri üçün 20-dən artıq təhsil korpusu və obyektləri, 17 uşaq bağçası, 21 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov simpoziumun elm, təhsil sahəsində təcrübə və biliklərin dəyərləndirilməsi, Qafqaz regionundakı ölkələr arasında elm, təhsil mübadiləsinin inkişafı, dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulamış, simpoziumun işinə uğurlar arzulamışdır.

Universitetin rektoru, akademik İsa Həbibbəyli ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, təhsilin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən danışmışdır. Rektor bildirmişdir ki, hazırda AMEA-nın 2 həqiqi, 5 müxbir üzvünün çalışdığı bu ali təhsil ocağında 40-a yaxın elmlər doktoru, 200 fəlsəfə doktoru fəaliyyət göstərir. Beynəlxalq əlaqələr sahəsində də böyük uğurlar əldə olunmuşdur. Dünyanın 4 qitəsində yerləşən, 50-dən  çox universitet ilə tərəfdaşlıq edən universitet Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, İpək yolu və Qafqaz Universitetləri Cəmiyyətləri, Qara Dəniz Ölkələri Birliyində milli ali təhsilimizi layiqincə təmsil edir. Dünyanın 10 ölkəsindən 200-ə yaxın tələbənin təhsil aldığı universitet Avropa Birliyi ölkələrinin TEMPUS proqramının və digər beynəlxalq təşkilatların layihələrində uğurla təmsil olunur. Akademik İsa Həbibbəyli demişdir ki, qədim tarixə malik, dünyaya Heydər Əliyev kimi böyük siyasətçi bəxş etmiş Naxçıvan son illər beynəlxalq siyasi əhəmiyyətli tədbirlərə  ev sahibliyi edir.  Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik Simpoziumunun keçirilməsi isə 2009 -cu ildə Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə qəbul olunmuş bəyannamənin gerçəkləşdirilməsi istiqamətində atılan mühüm addımdır. Simpozium Qafqazda yaşayan, ortaq coğrafiyanı və mədəniyyətləri paylaşan  Azərbaycan-türk-gürcü xalqlarının elmi-intellektual inkişafında, onların tələbə gəncləri arasında elmi-mədəni tərəfdaşlığın möhkəmlənməsində böyük rol oynayacaq.

Sonra universitetin Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində (SİFE) komandasının təqdimatı olmuşdur. İki dəfə milli çempion olmuş, 2010-cu ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş, 2011-ci ildə isə Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən SİFE Dünya Çempionatında qrup mərhələsində III yeri tutmuş komandanın fəaliyyəti haqqında məlumat verilmişdir.

Ərdahan Universitetinin rektoru, professor-doktor Ramazan Qorxmaz Qafqaz Universitetlər Birliyinin rəhbəri kimi 2009-cu ildə yaradılan, Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan 21 universitetin təmsil olunduğu  birliyin qısa müddətdə keçdiyi inkişaf yolundan danışmışdır.

Axalsx Universitetinin prorektoru, professor-doktor Roin Kavrelişvili ilk dəfə Naxçıvanda gerçəkləşdirilən simpoziumun gələcək elmi əlaqələrin inkişafına böyük təkan verəcəyini söyləmişdir.

Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının sədri, professor-doktor Yusif Ziya Özcan Türkiyədə ali təhsilin müasir inkişaf səviyyəsini, Qafqaz Universitetlər Birliyinin fəaliyyətini, ilk simpoziumu ölkələrin tarixlərinin, mədəniyyətlərinin, habelə ali təhsil təcrübələrinin öyrənilməsi, universitetlərarası elmi təcrübə mübadiləsi, birgə elmi tədqiqat layihələrinin, ortaq elmi araşdırmaların həyata keçirilməsi baxımından yüksək dəyərləndirmişdir.

Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının sədri, professor-doktor Yusif Ziya Özcana Naxçıvan Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunmuşdur. 

Plenar iclasın sonunda universitetin xarici tələbələrinin də iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur. 

Simpozium "Beynəlxalq münasibətlər", "Mədəniyyət", "İqtisadiyyat", "Tarix", "Ədəbiyyat", "Dilçilik", "Təhsil" üzrə bölmə iclasları ilə işini davam etdirmişdir. Naxçıvanın dövlət və özəl ali məktəblərinin, Qafqaz Universitetinin, Türkiyənin Ərdahan, Ərzurum Atatürk, Qars, Giresun, Fateh Sultan Məmməd, Trabzon Qara Dəniz Texniki universitetlərinin, İran İslam Respublikasının Mərənd Pəyam Nur və Azad İslam universitetlərinin, Gürcüstanın Axalsx və Kutaisi, İlia dövlət universitetlərinin tələbələrinin, Türkmənistan, Qazaxıstan kimi türkdilli dövlətlərin təmsilçilərinin məruzələri dinlənilmişdir.

Yekun iclasdakı çıxışlarda xalqların qədim və zəngin tarixi, mədəniyyətləri, ədəbiyyatları, eyni zamanda elm, təhsil sahəsində qazandıqları təcrübələrin, ölkələrin ali təhsil sistemi, universitetlərin strukturu və fəaliyyəti haqqında məlumatların öyrənilməsi, gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi  baxımından simpoziumun işi yüksək qiymətləndirilmişdir.

Simpozium çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ağrı İbrahim Çeçen Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov