Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

"Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabının türkcə nəşrinin təqdimatı olub

 

Noyabrın 11-də Qafqaz Universitetində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyi münasibətilə türk dilində hazırlayıb çap etdirdiyi "Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabının təqdimatı oldu. Təqdimat mərasimində Mərkəzin əməkdaşları, millət vəkilləri, universitetin müəllim və tələbələri iştirak edirdilər.

Tədbir iştirakçılarını  salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç nəşri yüksək qiymətləndirib, onu Türkiyənin Azərbaycanı tanımasının 20-ci ildönümü ərəfəsində türk oxucularına dəyərli töhfə saydığını bildirdi. Qeyd etdi ki, bir millət və iki dövlət olan Türkiyə və Azərbaycanın müstəqillik qazanmasında, iki qardaş xalq və ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı və möhkəmlənməsində  Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Nəsillərə örnək olan hər iki liderin nəzəri irsinin dərindən öyrənilməsinin zəruri olduğunu vurğulayan rektor bu istiqamətdə atılan hər bir addım kimi Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşəbbüsünü də yüksək dəyərləndirdi və kitabın araya-ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü çatdırdı.

Kitabın elmi redaktoru və ön sözün müəllifi, millət vəkili, Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov çıxış edərək Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yaranma tarixi və fəaliyyəti, Mərkəzin həyata keçirdiyi layihələr, təqdimatı keçirilən kitab haqqında ətraflı məlumat verdi, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən söz açdı. Bildirildi ki, 2004-cü il mayın 10-da ulu öndərin ad günündə yaradılmış Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əsas məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğidir.

Ulu öndərin zəngin irsini 49 dildə İnternet vasitəsilə dünya oxucularına çatdıran Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə onlarla kitab, broşür və buklet nəşr edilib.

Mərkəzin növbəti nəşri "Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabı Azərbaycan  Respublikasının dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr edilib. Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunub.

Kitabda ümummilli lider Heydər Əliyevin tərcümeyi-halı, 1993-2003-cü illəri əhatə edən 52 çıxış və müraciəti, Azərbaycan-Türkiyə münasibətləri haqqında tarixi arayış, məlumat-soraq materialları və fotostendlər yer alıb.

Nəşrdə, habelə AzərTAc-ın, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının materiallarından, eləcə də Azərbaycan Prezidenti mətbuat xidmətinin fotomateriallarından istifadə olunub.

Kitabın işıq üzü görməsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Nəşrləri seriyasının məsləhətçisi, akademik Asəf Nadirovun, yaradıcı qrupun rəhbəri Fuad Babayevin böyük xidmətləri olmuşdur.

E.Süleymanov Mərkəzin nəzdində yaradılmış beynəlxalq Elektron Kitabxananın fəaliyyətinə də toxunaraq hazırda dünyanın 150 ölkəsindən kitabxanaya müraciətlər daxil olduğunu söylədi.

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Riza Kağan Yılmaz, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi Cavanşir Məmmədov, kitabın türkcə redaktoru, Qafqaz Universiteti Tərcümə və Araşdırma Mərkəzinin rəhbəri Abdul Kerim Üregen, millət vəkili Aqil Abbas çıxış edərək çox vacib kitab adlandırdıqları nəşrin yaranma zərurəti və məziyyətlərindən söz açdılar, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində göstərdiyi titanik fəaliyyətin bəzi məqamlarını, Türkiyə-Azərbaycan əlaqələrinə verdiyi böyük önəmi, bu istiqamətdə atdığı əməli addımları diqqətə çatdırdılar, ulu öndəri Türkiyə oxucularına daha yaxından tanıtdırmaq üçün göstərilmiş təşəbbüsü yüksək qiymətləndirdilər.

Tədbirin sonunda Mərkəzin kitabı hazırlayan yaradıcı qrupunun rəhbəri Fuad Babayevə Qafqaz Universitetinin plaketi təqdim olundu. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov