Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Ədalət Daşdəmirli-60

Sözlə əməksevərliyin ülfəti

 

Tale yolları müxtəlifdir. Ömür var ki, həyatın bütün dönüm-döngələri ağrı-acısız yaşanır. Elə həyat var ki, bir ilin dərdi-səri min aya bəs eləyər. Bu sətirlər taledən şikayət kimi qəbul olunmasın. Əslində elə jurnalist, qəzet əməkdaşının işi çətin, çörəyi halal (söhbət saf niyyətli və xoşməramlılardan gedir), həyat yolu mənəvi dəyərə malik bir salnamədir, özünəxas, seçilən, bir-birinə bənzəməyən bir həyat tarixçəsidir.

***

İlk tanışlıq. 1978-ci ilin avqust ayının sonları idi. Bakının müxtəlif küçələrində ünvanlanmış qəzet və jurnal redaksiyalarını (təkcə "Kommunist" qəzeti, "Azərbaycan məktəbi" və s. mətbu orqanlardan savayı) bir dam altında doğmalaşdıran "Kommunist" nəşriyyatının (indiki "Azərbaycan") redaksiya korpusu imzalarını oxuduğumuz insanlarla tanışlığa imkan verirdi. "Azərbaycan müəllimi" ilə bir mərtəbədə "İdman", "Ədəbiyyat və incəsənət" qəzetləri, səkkizinci mərtəbədə "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Azərbaycan pioneri" yerləşirdi. "Azərbaycan pioneri"ndə ağayana hərəkətləri ilə o biri redaktorlar kimi cavanlarda xoş təəssürat oyadan Əmrah Əmrahov kollektivə rəhbərlik edirdi. Ara-sıra uşaq qəzetinə yazı aparır, çap olunanda qonorar da alırdıq. Məsul katib Ədalət Daşdəmirli idi və əliaçıqlıqla yazı dərc olunan nömrədən bir neçə nüsxə bağışlayırdı.

... İllər ötürdü. Bir neçə qəzet və jurnal kimi "Azərbaycan pioneri"nin də adı dəyişdirildi, kollektiv təzələndi. "İdman" qəzetinin otaqlarında "Naxçıvan" qəzeti fəaliyyətə başladı. Düz 7 il - 1995-ci ildən 2002-ci ilə kimi Ədalət Daşdəmirli həmin qəzetdə məsul katib kimi çalışdı. 9 ildir ki, onun əmək bioqrafiyası Azərbaycan təhsilinin salnaməsi olan "Azərbaycan müəllimi" qəzeti redaksiyası ilə bağlıdır.

***

Qəzetin 20 nəfərlik kollektivində hamının baş çəkdiyi, tapşırılan işləri yerinə yetirəndən sonra Şirvan yumoru ilə durulaşmaq istədiyi, hər dördüncü gün, qəzet çıxan günü gecəyə qalanda kollektiv duz-çörək kəsdiyi bir otaq var: məktublar şöbəsi. Bu şöbənin müdiridir Ədalət Daşdəmirli...

***

Bəzən eyni kollektivdə çalışdığın əməkdaşlar barədə çox az məlumatın olur. Günah kimdədir - sualına müxtəlif cavablar vermək olar. Bir başlıca səbəb var: həyatın gündəlik qayğıları... Sətirlərin müəllifi olaraq taleyimizdən razıyıq: hələ 2 il əvvəl "Azərbaycan müəllimi"nin 75 illiyi ilə bağlı irihəcmli kitab üzərində işlərkən keçmiş əməkdaşlar, başqa redaksiyada çalışanlar, hazırda kollektivin üzvü olanlar barədə zəngin məlumat toplamışıq. Ədalət Daşdəmirlinin özünün təqdim etdiyi bir səhifəlik tərcümeyi-halının onun imzasını tanıyanlar, qələm məhsullarını oxuyanlar üçün maraqlı olacağına ümidvarıq. 

Tərcümeyi-halından sətirlər 

Tərcümeyi-hal var ki, bir neçə vərəqə sığmır. Avtobioqrafiyası cəmi beş-altı cümlədə verilən adamlar da var. Jurnalist ömrü çox qəribədir. Fəaliyyəti boyu yüzlərlə soydaş, vətəndaş ömrünə nəzər salır, haqqında geniş materiallar hazırlayır, özü haqqında isə bir səhifə ilə kifayətlənir. Əslində bu, təvazökarlıq deyil, ilahi neməti olan sözlə insan həyatını tarixləşdirən, insan əməyinə dəyər verən, insanı sevindirən - jurnalist təsəllisidir...

***

Mən, Daşdəmirli Ədalət Mirələm oğlu Şamaxı rayonunun Məlikçobanı kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışam.

Əmək fəaliyyətimə 1975-ci ildə ədəbi işçi kimi Şamaxı rayonunda çıxan "Yeni Şirvan" qəzeti redaksiyasında başlamışam.

1976-cı ildən 1995-ci ilə kimi "Azərbaycan pioneri" (sonrakı adı "Savalan") qəzetində məsul katib vəzifəsində çalışmışam.

1995-2002-ci illərdə "Naxçıvan" qəzetində məsul katib vəzifəsində işləmişəm.

2002-ci ildən bu günə kimi "Azərbaycan müəllimi" qəzetində şöbə müdiri vəzifəsində çalışıram. Respublikamızda müxtəlif illərdə nəşr edilmiş qəzet və jurnallarda çoxlu sayda yazılarım dərc edilib. SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşam (1979), dəfələrlə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin fəxri fərmanları və "Lenin yubiley" medalı ilə təltif edilmişəm. Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatıyam.

Jurnalist həyatı qələmə aldığı, dərc etdirdiyi müxtəlif janrlı məqalələrdə salnamələşir, duyğu və düşüncələri sətirlərlə gələcək nəsillərə çatdırılır. Yuxarıda qeyd olunan mətbu orqanlarda dərc olunmuş yazılar, lap kiçik bir informasiya belə, insan təfəkkürünün məhsuludur. Bu mənada Ədalət Mirələm oğlunun məqalələrinin dil-üslub xüsusiyyətləri seçilir. Onun Azərbaycanın Milli Qəhrəmanları ilə bağlı silsilə yazılarında vətən oğullarının şücaətindən doğan bir qürur hissi, həm də şəhidlərin xatirəsinə sonsuz hörmət və ehtiram duyğusu ifadəsini tapıb. Yaxud, xalq yazıçısı, akademik Mirzə İbrahimov barədə məqaləsi, həqiqi mənada jurnalist araşdırmasının uğurudur. Bu baxımdan yanaşanda onun məktubların izi ilə araşdırmaları, reyd yazıları bir ömrün qəzet səhifələrində əbədiləşmiş saatlarının əbədiləşməsidir. 

Kövrək duyğuların ifadəsi 

Ədalət müəllim həm də orijinal publisistik üsluba malikdir. Onun 1 sentyabr 2006-cı ildə dərc olunmuş "Səndən sonra" yazısından bir parçanı oxuyuruq:

Bir amansız ölüm səni bizdən əbədi ayırmaq üçün yaman tələsdi. Biz isə Sənin kimi bir əziz insanın, mehriban müəllimin, istəkli alimin, əvəzsiz qardaşın qəfil bu fani dünyadan köçməsinə heç inanmadıq... Göz yaşımız ümman oldu, qəlb evimiz sənsiz qaldı, Səndən sonra...

Görən necə deyim, övladların atasız, bacıların qardaşsız, qardaşların qardaşsız, bir də o Mələyin Mirsahibsiz qaldı, Səndən sonra...

Bax, beləcə bu nağıllı, bu bayatılı, bir ucu gəlimli, bir ucu gedimli dünyanın puçluğuna, yalan dünya olduğuna biz bir daha inandıq, Səndən sonra...

***

Ədalət Daşdəmirli 2008-ci ildə nəşr olunmuş "Qırmızı qaranlıqlar içində işıq" (Bakı: "Azərbaycan" nəşriyyatı, 290 səh.) kitabının redaktorudur. Təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanovun rəhbərliyi ilə hazırlanıb nəşr olunmuş "Azərbaycan müəllimlərinin I-XII qurultayı" (2008), "Azərbaycanın təhsil nazirləri" (Bakı, 2011) kitablarının tərtibçilərindən biridir. Xüsusən sonuncu kitabın materiallarının toplanılması kimi çətin işdə onun fədakar əməyi təqdirəlayiqdir.

Onun uşaqların həyatından bəhs edən "Gəlin birlikdə gülək" adlı kitabı yaxınlarda nəşr olunacaq.

***

Beləcə bir jurnalist, bir qəzet şöbəsinin redaktorunun həyatına qısaca bir nəzər saldıq. Bu günlərdə - noyabrın 19-da yaxşı qardaş, fədakar ata, mehriban dayı, şirin söhbətli babanın - Ədalət Mirələm oğlu Daşdəmirlinin 60 yaşı tamam olur. 36 ildir ki, sözün hikmətinə sığınaraq sözün vasitəsilə pedaqoji aləmə xidmət etmək əsl fədakarlıqdır. Qələm dostumuza cansağlığı və uğurlar arzulayırıq. 

Şamxəlil MƏMMƏDOV,
respublikanın əməkdar jurnalisti,

Nizami MİRZƏ,
"Təhsil" jurnalı baş redaktorunun müavini

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov