Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Fəal təlim metodları günümüzün tələbidir

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil siyasəti ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum) milli və ümumbəşəri dəyərləri, ümumi inkişaf, meyil və maraqları nəzərə alaraq daha çox şagirdlərdə şəxsiyyətin formalaşdırılmasına, həyati bacarıqların yaradılmasına xidmət göstərə bilməsi ilə fərqlənir.

Kurikulum islahatı təlimin təşkili formalarının təkmilləşdirilməsini və yeni məzmun standartlarına uyğun müasir dərs strukturunun yaradılmasını tələb edir. Ümumtəhsil məktəblərində ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlərdən biridir. Firudin bəy Köçərlinin təbirincə desək, "Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır".

Ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını genişləndirir, nitq fəaliyyətini artırır, düşünmə, öyrənmə, danışma bacarıqlarını da formalaşdırır.

İbtidai siniflərdə ana dili fənninin məqsədi şagirdlərə oxu və yazını öyrətməklə yanaşı, oxuduqları və dinlədiklərinə münasibət bildirmək, dilimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizə yiyələnmək və onlarda vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir. Dil insanları bir-birinə bağlayan ən mühüm və əsas vasitədir. Ana dili isə bu vasitənin tərbiyəvi formasıdır.

2008-2009-cu tədris ilindən respublikanın ümumtəhsil məktəblərində fənn kurikulumları əsasında hazırlanmış yeni dərslik komplektlərinin istifadəsinə başlanmışdır və hazırda bu iş IV siniflərdə davam etdirilməkdədir.

Əsas təhsil bazasında hələlik kurikulum tətbiq edilməsə də, kurikulumla bağlı kitab və jurnallarla tanış olur, iş təcrübəsi qazanmağa çalışıram. Azərbaycan dili və ədəbiyyatını tədris edən, daim yeniliyə və öyrənməyə can atan müəllim kimi ibtidai siniflərdə kurikulumla bu fənnin necə tədris olunması məndə xüsusi maraq doğurur. Bu səbəbdən III sinif "Azərbaycan dili" dərsliyi ilə tanış oldum, dərs prosesini izlədim. Kitabın ənənəvi təhsil proqramı ilə fərqli və oxşar cəhətlərini, üstünlüklərini gördüm. Fəal təlimin ənənəvi təlimdən ən üstün cəhəti şagirdlərin problemli situasiya zamanı idraka əsaslanaraq müstəqil şərh yürütmək bacarıqlarıdır. Qruplarla iş forması da bu təlimin ən üstün formasıdır. Bu formada şagirdlər əməkdaşlıq edərək bir-birindən öyrənir və onların kollektivdə işləmək, birgə fəaliyyət bacarıqları inkişaf edir.

Şagirdin dərs materialını daha yaxşı mənimsəməsi, keçilən mövzunun dərk edilməsi üçün dərsliyin müxtəlif bölmələrə ayrılması da təqdirəlayiqdir. Hər bir mövzuya uyğun kiçik mətnlər, şeir parçaları və məzmuna müvafiq əlavə tapşırıqlar verilmişdir ki, bu da şagirdlərdə düşünmə və yaradıcılıq qabiliyyətini daha da artırır. "Söz ehtiyatı", "Sözlük" hissələrində şagirdlərin yeni-yeni sözlərlə tanış olmaları onların söz ehtiyatını artırır və zənginləşdirir. Bu da şagirdlərin əsas təhsil bazasında təhsil aldıqları zaman mədəni nitq vərdişlərinə yiyələnmələrinə, irihəcmli mətnləri müstəqil şəkildə şərh edib, fikir yürütmələrinə   stimul   yaradır.

Dərsliyin "Tarixi şəxsiyyətlər" bölməsi, xüsusilə maraqlı və dəqiq işlənmişdir. İlk səhifədə ulu öndərin uşaqlarla şəkli verilmişdir, mətnin sonunda isə "Biz hamımız bu torpağın - Azərbaycanın övladıyıq. Doğma yurdumuzun tarixini bilmək isə hamımızın borcudur!" ifadəsi bir manifest kimi səslənir və kiçikyaşlılarda vətənə məhəbbət, torpağa bağlılıq hisslərini aşılayır. "Xeyirxahlıq və xeyriyyəçilik bizə babalarımızdan əmanətdir" kəlamı "Hacı Zeynalabdin"  və "Bahalı xalça" mövzularının ideyası kimi səslənir. Əlbəttə, şagirdlər bu iki mövzuda da oxşar söz və ifadələrin fərqli cəhətlərini görəcək və xalqına xeyirli övlad kimi böyümələrinə cəhd göstərməyə çalışacaqlar. M.Ə.Sabir, S.Vurğun, C.Cabbarlı kimi məşhur sənətkarları hələ kiçik siniflərdən tanıyacaq, əsərləri barədə məlumat əldə edib, fikir yürüdəcəklər. Bu siniflərdə motivasiyanın qurulması da əsas şərtdir. Çünki məhz problemli situasiyanın düzgün qoyulması şagirdin idrak fəallığını artırır.

Ümumiyyətlə, III sinif "Azərbaycan dili" dərsliyində verilmiş mövzu və mətnlər, çalışmalar, test tapşırıqları şagirdlərin yaş səviyyəsinə uyğun seçilmiş və onların anlayıb başa düşəcəyi formadadır. 

Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər, R.Yusifov adına 2 nömrəli orta məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov