Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Təhsilin davamlı inkişafı ixtisasartırmadan keçir

 

Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə demişdir: "Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır".

İndi Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunduqca müasir gənclərimizə nəyi daha çox öyrətməyin istiqamətlərini görür və bir sıra əməli işlər həyata keçiririk.

Qəti şəkildə deyə bilərik ki, bütün cəmiyyətlərdə ictimai-siyasi quruluşundan asılı olmayaraq müvəffəqiyyətli inkişafın əsasında yüksək elmi bilik və sosial məzmunlu bacarıq dayanır. İnsanların bilik və bacarıqlarının səviyyəsi isə təhsil sisteminin məzmunundan və onun dinamik şəkildə ictimai tələblərə uyğunlaşdırılmasından asılıdır. Bu baxımdan respublikamızın ali məktəbləri üzərinə böyük məsuliyyət düşür.

Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının  apardığı monitorinqlərin nəticələri göstərir ki, yeni texnologiyalardan və müasir elmi nailiyyətlərdən ardıcıl şəkildə istifadə edən ölkələr daha sürətlə inkişaf edir. Təbii ki, bu inkişafın əsasında nəyi öyrətməyin anlaşılması xüsusi əhəmiyyətə malikdir.

Sevindirici haldır ki, Azərbaycanın təhsil sistemində, o cümlədən ali təhsil müəssisələrində təlim prosesinin profilləşdirilməsinə, innovativ xarakterli yanaşmaların tədrisə tətbiqinə, yeni təlim metodlarından və texnologiyalarından istifadə olunmasına geniş yer verilir. Bunun da nəticəsində təhsil bazarında bilik və qabiliyyət rəqabəti formalaşır, istehsalat sahəsində geniş mütəxəssis seçimi imkanı yaranır. Beləliklə də təhsilin keyfiyyət faktorları ictimai həyatın inkişaf tempinə uyğun olaraq daim dəyişərək yeniləşir.

Ölkəmizdə təhsil sisteminə yeni innovasiyaların və texnologiyaların tətbiqi prosesində Azərbaycan  Müəllimlər İnstitutunda təşkil olunan ixtisasartırma təhsilinin xüsusi əhəmiyyəti vardır. İnstitutumuzda 63 kateqoriya üzrə ixtisasartırma təhsili həyata keçirilir. O cümlədən respublikamızın ali təhsil müəssisələrinin professor-müəllim heyəti də Azərbaycan Müəllimlər İnstitutunda ildə iki dəfə öz ixtisaslarını artırmaq imkanı əldə edirlər. Onlar bir ay yarım müddətində elmi-nəzəri, pedaqoji, psixoloji biliklərini zənginləşdirir, ali məktəblərin tədris prosesinə tətbiq olunan Boloniya sisteminin incəliklərini öyrənirlər. Bir ayyarım müddətində isə hər biri öz ixtisasına uyğun olaraq ayrı-ayrı ali məktəblərin kafedralarında təcrübə keçir, praktiki olaraq müəyyən yenilikləri mənimsəmək imkanı əldə edirlər.

Hazırda institutumuzda 19 ali məktəbin 90-dan çox müəllimi ixtisasartırma təhsilində iştirak edir.

Ümumiyyətlə, ali məktəb müəllimləri üçün mühazirə və seminarların təşkilinə daha böyük  məsuliyyətlə yanaşılır. Ali məktəb qruplarında mühazirə söyləmək üçün respublikamızın tanınmış akademikləri, professorları, görkəmli mütəxəssisləri cəlb olunur. Mühazirəçilər qrupunu seçərkən auditoriyanın arzu və istəkləri nəzərə alınır.  Bu məqsədlə də ali məktəb müəllimlərinin ixtisasartırma təhsilində həftəlik dərs cədvəllərinin tutulmasına üstünlük verilir.

Sevindirici haldır ki, Təhsil Nazirliyinin tabeliyində olmayan bir çox ali məktəblər də öz müəllimlərini institutumuzun ixtisasartırma təhsilinə göndərirlər. Azərbaycan Dövlət Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Polis Akademiyası və s.  buna misal ola bilər.

Ali məktəb müəllimlərinin kredit siste

mini daha dərindən öyrənmələri üçün Azərbaycan Dillər Universitetinin professoru Əfqan Abdullayevi ildə ən azı 2 dəfə institutumuza dəvət edirik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, psixologiya elmləri doktoru Qulam Əzimli, psixologiya elmləri doktoru, professor Ramiz Əliyev, pedaqogika elmləri doktoru Əjdər Ağayev, Sərdar Quliyev, tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı, millər vəkili Rasim Musabəyov, millət vəkili Hadi Rəcəbli, hüquq elmləri doktoru, professor Bəhram Zahidov və başqaları ixtisasartırma təhsilinə gələn ali məktəb müəllimləri qarşısında maraqlı mövzularla çıxış etmişlər. İnformasiya texnologiyalarını keçdikləri dərslərə tətbiq etməyin sirlərini daha dərindən mənimsəmək üçün Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev rəhbərlik etdiyi müəssisədə ali məktəb müəllimlərinə elmi-praktik məşğələlər təşkil etmişdir.

Ali məktəb müəllimləri respublikamızın elmi potensialının böyük bir hissəsi olduğundan ixtisasartırmanın ayyarımlıq hissəsində onların imkanlarından da istifadə olunur. Xüsusilə buradakı tədqiqatçı alimlərin elmə gətirdikləri yeniliklər ətrafında çox maraqlı diskussiyalar təşkil edilir, müzakirələr keçirilir. Sumqayıt Dövlət Universitetinin dosenti Şəhla Hüseynzadə, AMİ-nin Sumqayıt filialının kafedra müdiri Əliheydər Cəfərov, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Rahib Abbasov, Gəncə Dövlət Universitetinin dosenti Sevinc Zeynalova və başqaları seminarlar aparmış, mühazirələr söyləmişlər.

Sentyabrın 19-dan ixtisasartırma təhsilinə başlayan ali məktəb müəllimləri noyabrın 3-dən artıq digər ali məktəblərdə stajkeçmə ilə məşğul olurlar, təcrübədə olduqları ali məktəblərdə mövcud olan yenilikləri öyrənməyə çalışırlar. Dekabrın 19-da isə stajkeçməyə dair instituta təqdim olunan müvafiq sənəd əsasında onlara sertifikatlar veriləcəkdir.

Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma təhsilini yüksək keyfiyyətlə təşkil etmək üçün güclü maddi-texniki baza yaradılmışdır. Altı il bundan qabaq instituta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə rektor təyin edilən professor Aqiyə Naxçıvanlı bərbad vəziyyətdə olan institutu müasir dünya standartları səviyyəsinə qaldıra bilmişdir. İndi tədris prosesi müasir texnologiyalarla təchiz olunur, innovasiya təminatı ardıcıl olaraq gücləndirilir, tələbələr və ixtisasartırma təhsili alanlar sürətli İnternet şəbəkəsindən istifadə edirlər.

Şəxsən institutun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının rəhbərliyi ilə ixtisasartırma təhsilinin keyfiyyət artımını müasir dövrün tələblərinə uyğun olaraq təmin etmək üçün AMİ-də və onun filiallarında ardıcıl olaraq monitorinqlər keçirilir, müxtəlif eksperimentlər aparılır. Əldə olunan nəticələr təhlil olunur və müəyyən əməli tədbirlər görülür. 

Telman HAQVERDİYEV,
Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil fakültəsinin dekanı,
fəlsəfə doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov