Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

17 Noyabr 2011 - �45

 

Dərslərimi fəndaxili inteqrasiya əsasında qurmağa çalışıram

 

Məlum olduğu kimi, hər il qəbul  imtahanlarından sonra TQDK  imtahana düşən sualların abituriyentlər tərəfindən  cavablandırılma  səviyyəsinin elmi-statistik təhlilini aparır,  abituriyentlərin ən çox çətinlik çəkdiyi imtahan suallarını müəyyən edir. Sonradan bu cür sualların həlli yolları  "Abituriyent" jurnalında  dərc olunur. Buna, habelə müxtəlif  hazırlıq  üsullarından və vəsaitlərindən  istifadə  etməklə  imtahana ciddi  hazırlaşmalarına baxmayaraq,     abituriyentlərin bir qismi  səhvlərdən tam qaça  bilmir. Bu tipik səhvlər, demək olar ki, hər il təkrarlanır. Sual olunur: Problemin kökü nədədir?

Hörmətli oxucuların, xüsusilə də kimya müəllimlərinin diqqətini  hər il kimya fənni üzrə  şagirdlərin ən çox çətinlik çəkdiyi  mövzulara  yönəltmək  istərdim.  TQDK-nın təcrübəli ekspertlərinin  rəyinə və şəxsi pedaqoji təcrübəmə əsaslanaraq,   həmin mövzuların siyahısını  aşağıdakı  kimi vermək olar:

* Kimyəvi reaksiyaların sürəti və tarazlıq təlimi;

* Dövri sistem və kimyəvi rabitə bölmələrinin inteqrasiyası;

* Kimyəvi rabitə, xüsusilə hibridləşmə haqqında təlimin üzvi maddələrə tətbiqi;

* Məhlullar, hidroliz, elektroliz  bölmələri;

* Üzvi maddə  molekullarında atomların qarşılıqlı təsirinin kimyəvi reaksiyaların  gedişinə təsiri;

* Aminturşular və polimerlər kimyası;

* Qarışıq maddə sistemlərinin kimyəvi ayrılma üsulları;

* Eyni vaxtda həm hesablama, həm də kimyəvi prosesin mexanizminin aydınlaşmasını tələb edən testlər.

İstənilən problem vaxtında aradan qaldırılmalıdır. Yuxarıdakı mövzuların  çoxu VIII və IX siniflərdə tədris olunur. Abituriyentlərin böyük hissəsi isə onlara xeyli gec, yəni X və XI siniflərdə ciddi fikir verməyə başlayır. Ona görə də  bu mövzuların vaxtında, səmərəli yollarla tədrisi şagirdlərdə lazımi məqamda motivasiyanın yaranmasına kömək edə bilər. İş təcrübəmə əsaslanaraq yuxarıdakı mövzuların sinifdə səmərəli tədrisi ilə bağlı əldə etdiyim bəzi nəticələri hörmətli oxucularla bölüşmək istərdim.

VIII  sinifdə sürət və tarazlığa dair dərsləri keçərkən təlim prosesinin yaradıcı tətbiqetmə mərhələsində şagirdlərin aşağıdakılara  aid  məntiqi testlər üzərində işləməsi daha çox  fayda verərdi:

* Kimyəvi reaksiyanın sürətinə kütlələrin təsiri qanununun tətbiqi;

* Maddənin ilkin, sərf olan və tarazlıq qatılıqları arasındakı münasibətə aid testlər;

* İxtiyari həcmli qabda baş verən  dönər reaksiyanın tarazlıq sabitinin tapılması.

Dərslərimdə şagirdlər  kimyəvi  reaksiyaların  sürəti və tarazlığı üzrə mümkün eksperimental tapşırıqları yerinə yetirir, nəticələrə əsaslanaraq mükəmməl təqdimatlar hazırlayır,   mövzu ətrafında ciddi müzakirə aparırlar.

IX  sinifdə  kimyəvi rabitə öyrədilərkən  mütləq   VIII  sinifdə keçilmiş   "Dövri sistem və qanun" bölməsi ilə fəndaxili  əlaqə yaradıram və dərsin tətbiqetmə mərhələsində  şagirdlərim  bu əlaqəni göstərən məntiqi testlər üzərində işləyirlər. Məsələn: elektron quruluşu haqqında hər hansı formada məlumat verilmiş iki naməlum element atomu  arasında hansı  tip  rabitənin yaranacağı,  məlum rabitəyə görə elementin  dövri cədvəldə mövqeyinin təyini  və s.

Hidroliz, elektroliz kimi mövzuların tədrisi zamanı məhlullar mövzusu ilə sıx  inteqrasiyanın  yaradılması çox vacibdir. Bunu nəzərə alaraq, şagirdlərin diqqətini elektrolizə  uğrayan duz məhlullarında  duzun kütlə payının  zamandan asılılıq formaları , məhlulun qatılığı ilə hidroliz dərəcəsi arasındakı asılılıq və s. məsələlərə yönəldirəm.

Qarışıqların kimyəvi ayrılma üsullarına  dair mövzunu keçərkən şagirdlər  bir sıra   eksperimental  tapşırıqlar  yerinə yetirir,  bu isə müvafiq testləri daha asan  və  sərbəst  həll etməyə kömək edir.

Üzvi  kimyadan şagirdlər daha çox ümumiləşdirici  sualların cavablandırılmasında çətinlik çəkirlər. Təcrübəmdən deyə bilərəm ki, problemin həlli yollarından biri üzvi kimyanın tədrisində fəndaxili  və fənlərarası əlaqələrin gücləndirilməsindədir. Məsələn, üzvi birləşmələrdə hibridləşmə  proseslərinin  təcrübi modelləşməsini apararaq və İKT-nin imkanlarından istifadə edərək hibridləşmənin  şagirdlər tərəfindən  daha  səmərəli  yollarla  dərk edilməsinə nail oluram.

Fəndaxili əlaqələri gücləndirmək   üçün   şagirdlərə  üzvi maddələrin  genetik əlaqələrinə   aid olan  çeşidli məntiqi çalışmalar verirəm.  Məsələn, XI sinifdə  "Mürəkkəb efirlər" mövzusunu keçərkən şagirdləri qruplara  bölür və hər qrupa genetik əlaqəyə aid  aşağıdakı tapşırıqları verirəm: 

I qrup: metan→asetilen→sirkə aldehidi→sirkə turşusu→etil-asetat;

II qrup: etan→etilen→etil spirti→divinil→butan→sirkə turşusu→metil-asetat;

III qrup: etil-formiat→etanol→etilen→asetilen→benzol→fenol 

Hər bir qrup yuxarıdakı tapşırığa uyğun olaraq genetik əlaqə çevrilmələrinə aid reaksiya tənliklərini yazır. Bu zaman  zəncirin hər həlqəsində duran maddənin xassələri və tərkibindəki karbon atomlarının hibridləşmə vəziyyəti digərləri ilə müqayisə edilir. Təqdimat zamanı bir qrupun işi digər qruplarla  birgə müzakirə edilir. Bu cür tapşırıqların əsas əhəmiyyəti odur ki, şagird  X və XI sinifdə  öyrəndiyini sıx əlaqələndirə bilir.

Təlim prosesində  fənlərarası əlaqənin müxtəlif formalarından istifadə edirəm. Məsələn, üzvi maddələrin  molekul  strukturunu tədqiq edərkən sinifdə elə bir şərait yaradıram ki, şagirdlər  həndəsənin stereometriya  bölməsindən  aldıqları biliklərin köməyi ilə  müstəqil olaraq molekulun fəza modelini dəqiq yarada bilsinlər. Şəxsi təcrübəmdən deyə bilərəm ki, tetraedr (dördüzlü piramida) haqqında şagirdin həndəsi bilikləri zəif olduqda o, metan molekulunun fəza quruluşunu yaxşı dərk edə bilmir.  Habelə şagirdlər fizikadan   MKN-nin (Molekulyar Kinetik Nəzəriyyə) əsas  mahiyyətini yaxşı bilmədikdə qaz halında olan  qeyri-üzvi və üzvi maddələrə aid  testlərdə çətinlik çəkirlər.

Beləliklə, yuxarıda adıçəkilən mövzuları tədris edərkən, ilk növbədə, fəndaxili inteqrasiyanı yüksək səviyyədə qurmaq  lazımdır.  Daha sonra şagirdin biliyinin, xüsusilə də bacarıqlarının  yoxlanılmasında yalnız  testlərlə kifayətlənməyib,  onlara sistemli şəkildə çoxlu  sayda eksperimental  tapşırıqlar vermək lazımdır.

Pedaqoji təcrübəmə əsaslanaraq əminliklə deyə bilərəm ki, müvafiq  tədris materialını mexaniki əzbərlətmək əvəzinə  kimya müəllimi dərslərində şagirdlərin diqqətini daha çox   fəndaxili əlaqələrə yönəltməli, eksperimental işlərin çeşidini artırmalıdır.   

Rəvan MƏMMƏDOV,
Azərbaycanın  Milli  Qəhrəmanı 
Mübariz  İbrahimov adına Biləsuvar
Liseyinin   kimya müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov