Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - �46

 

Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin binası istifadəyə verilib

 

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.

Bildirildi ki, məktəbin 1930-cu ildə tikilmiş əvvəlki binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Təhsil ocağının yeni binasının tikintisinə bu ilin aprelində başlanılmışdır. Bunun üçün ayrılmış bir hektar ərazidə qısa müddətdə müasir standartlara cavab verən məktəb binası inşa olunmuşdur.

Dördmərtəbəli təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.

Qeyd edildi ki, məktəbin 20 sinif otağında, iki laboratoriyasında və müxtəlif təyinatlı digər otaqlarda hər cür şərait yaradılmışdır. Sinif otaqları müasir avadanlıq və ləvazimatla təmin olunmuşdur.

Prezident İlham Əliyev sinif otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, təhsil ocağının idman zalı yüksək standartlara cavab verir. Buradakı 200 nəfərlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. İnformatika otağı tam kompüterləşdirilmiş, sürətli İnternetlə təmin olunmuşdur. Məktəbin ikinci mərtəbəsindəki kitabxanada beş mindən artıq ədəbiyyat toplanmışdır.

Təhsil ocağının həyətində futbol meydançası da yaradılmış, abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır.

Dövlət başçısı məktəbin açılışı münasibətilə kollektivi təbrik etdi, uğurlar arzuladı. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov