Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - �46

 

Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi qeyd olundu

 

Noyabrın 23-də Akademik Milli Dram Teatrında Azərbaycan Texniki Universitetinin 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, millət vəkilləri, ali məktəblərin rektorları, Təhsil Nazirliyinin məsul əməkdaşları, tanınmış alimlər və ziyalılar, bir sıra idarə və təşkilatların nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr və KİV təmsilçiləri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Misir Mərdanov təhsil ocağının kollektivini, müəllimləri, tələbələri dövlət başçısı cənab İlham Əliyevin adından yubiley münasibətilə təbrik edərək onlara cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin universitetin əməkdaşlarının mühəndis kadrların hazırlanması və texniki elmlərin inkişafındakı xidmətlərinə görə müxtəlif fəxri adlar, orden və medallarla təltif olunması ilə bağlı 4 noyabr 2011-ci il tarixli sərəncamlarını təhsil və elm sahəsinə göstərilən diqqətin növbəti təzahürü kimi dəyərləndirən nazir ölkənin bütün təhsil ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirdi. Misir Mərdanov bunun təhsil ocağında çalışan hər bir kəsin əməyinə verilən yüksək qiymət olduğunu qeyd etdi və kollektivin bu şərəfə layiq fəaliyyət göstərməsinin, öz işinə daha məsuliyyətlə yanaşmasının zəruriliyini vurğuladı. Nazir universitetin əməkdaşlarından bir qrupunun Təhsil Nazirliyinin yüksək mükafatlarına layiq görüldüyünü diqqətə çatdırdı.

AzTU-nun rektoru Havar Məmmədov yubiley mərasiminin iştirakçılarını salamladı və yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından hörmət və ehtiramını bildirdi.

Rektor daha sonra geniş məruzə ilə çıxış etdi. Məruzədə təhsil ocağının yaranma tarixi, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, beynəlxalq əlaqələri, uğurları və s. haqqında ətraflı məlumat verildi.

Qeyd olundu ki, universitet iqtisadiyyatın müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları - ixtisaslı kadrları ilə Azərbaycanın inkişafında böyük izlər qoymuş, özünəməxsus elm və təhsil ənənələri formalaşdırmışdır. Azərbaycan Texniki Universiteti müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başladıqdan sonrakı dövr ərzində müxtəlif ixtisaslar üzrə 90 min nəfərdən çox mühəndis, bakalavr və magistr hazırlanmışdır. AzTU-nun auditoriyalarında yetişmiş intellektual səviyyəli, vətənpərvər ziyalılar onun nüfuzunu daim qoruyub saxlamışlar.

Hazırda universitetdə 9 fakültə, 47 kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası, 550 min kitab fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir. Burada 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır. Təhsil ocağında 633 nəfər professor-müəllim, o cümlədən 70 nəfərdən çox  elmlər doktoru, professor, 330 nəfər elmlər namizədi, dosent 7 mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olur.

Universitetin kadr potensialının formalaşmasında onun öz məzunlarının böyük xidmətləri var. Belə ki, AzTU-nun 360 nəfər məzunu hazırda burada elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bunların 45 nəfəri elmlər doktoru, professor, 270 nəfəri elmlər namizədi, dosentdir.

AzTU-nun fəaliyyətini səciyyələndirən mühüm cəhətlərdən biri də tədrisin, elmi-tədqiqat işlərinin istehsalatla sıx əlaqələndirilməsidir. Burada  metallurgiya, maşınqayırma, nəqliyyat, avtomatika, energetika, və s. sahələr üzrə mühüm elmi-tədqiqat işləri aparılır və alınan nəticələrin istehsalata tətbiqi ilə bağlı əməli işlər görülür.

Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Yasamal RİH-in başçısı İbrahim Mehdiyev və başqaları Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti və tələbələrini yubiley münasibətilə təbrik etdilər. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov