Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - �46

 

Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələr son illər daha da inkişaf edir

 

Noyabrın 24-də təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ali təhsil və elmi tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan ilə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini, hər iki ölkə rəhbərinin səmimi münasibətlərinin bütün sahələrdə əməkdaşlığa təkan verdiyini bildirib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu nəzərə çatdırıb, İordaniya tərəfinin Azərbaycanla bağlı hər bir məsələyə xüsusi diqqət yetirməsini yüksək dəyərləndirib.

Azərbaycanın ali məktəblərində İordaniyadan 22 tələbənin təhsil aldığını vurğulayan nazir tələbə mübadiləsi istiqamətində əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub. Misir Mərdanov, həmçinin İordaniyaya səfəri zamanı bu ölkənin ali məktəbləri, onların yüksək tədris şəraiti ilə tanış olduğunu bildirib. Bir sıra ixtisaslar üzrə azərbaycanlı tələbələrin İordaniya universitetlərinə göndərilməsinin mümkünlüyünü qeyd edən təhsil naziri bu baxımdan İKT, tibb və digər sahələrə üstünlük verilməsinin zəruriliyini nəzərə çatdırıb.

İordaniya Krallığının ali təhsil və elmi tədqiqatlar nazirinin müavini Mustafa Əl Advan səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək İordaniya-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. İordaniyanın təhsil sistemində qazanılan uğurlara diqqət çəkən qonaq tələbə və müəllim mübadiləsi, elm sahəsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Mustafa Əl Advan ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və bu baxımdan təhsil sahəsindəki əlaqələrin prioritet təşkil etdiyini vurğulayıb.

Təhsil naziri Misir Mərdanov İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib, iki ölkə arasında "Qardaşlaşmış məktəblər" layihəsinin reallaşdırılması, ali təhsil sahəsində əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini bildirib. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsində birgə simpozium və konfransların keçirilməsinin səmərəli olacağına inamını ifadə edən nazir Azərbaycan-İordaniya təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz arasında müvafiq sazişin imzalanması təklifini irəli sürüb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adaileh də iştirak edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov