Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - �46

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2256 müraciət daxil olub

 

 Təhsil Nazirliyinin "Qaynar xətt"  xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) 2011-ci ilin oktyabrında 2256 müraciət daxil olub. Müraciətlərdən 1992-si telefonla, 264-ü isə elektron poçt vasitəsilə qəbul edilib.

Qeyd edək ki, ötən ay sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Sorğularda məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələrinə, orta ixtisas və ali məktəblərə dair məsələlərdən, müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, məktəblilərin dərsliklərlə təminatı, təhsil müəssisələrində yaş senzinin tətbiqi, özəl ali məktəblər, təhsil sənədlərinin tanınması, məktəbli forması və digər mövzulardan bəhs olunur.

Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali təhsil müəssisələrindəki nöqsan və problemlər əksini tapıb. Bu qəbildən olan 140 müraciət əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Hesabat ayında Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 7 şikayət daxil olub. Həmin müraciətlərdə yeməklərin verilmə vaxtı, keyfiyyəti, eləcə də uşaqların bağçaya qəbulu və digər bu kimi problemlərdən bəhs edilir.

Ötən ay "Qaynar xətt" xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 70-i Bakı, 3-ü Gəncə, 2-si Sumqayıt şəhərlərindəndir. Abşerondan 5, Cəlilabad və Yardımlı rayonlarının hər birindən 4, Şəki, Bərdə və Lerik rayonlarının hər birindən 3, Kürdəmir, Göygöl, Daşkəsən, Neftçala, Tovuz rayonlarının hər birindən 2, İmişli, Masallı, Cəbrayıl, Ağstafa, Kəlbəcər, Şabran, Şəmkir, Xaçmaz və Ağsu rayonlarının hər birindən 1 müraciət daxil olub.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında fəaliyyətində nöqsan aşkarlanmış təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırma aparılan məktəblərin direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. İşdə yol verilmiş nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli məktəbin müəlliminə töhmət elan edilib, işə üzrsüz səbəbdən çıxmadığına görə 249 nömrəli məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdünün gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi ilə bağlı "Qaynar xətt"ə daxil olmuş 17 şikayət də aidiyyəti struktur bölmələrə yönəldilib, qaldırılan bütün məsələlər vaxtında həllini tapıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov