Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - 46

 

İnformatika fənni üzrə təhsil standartlarının tətbiqi təhsilin idarəedilməsi sisteminin
təkmilləşdirilməsində əsas tələblərdən biridir

 

İnformasiya cəmiyyətinin təşəkkülü dövründə informatika və informasiya texnologiyaları sahəsində qabaqcıl biliklərin əldə edilməsində orta ümumtəhsil məktəbləri müstəsna rol oynayır. Şagirdlərin bilik və bacarığının aşkarlanması, xüsusən də şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün innovativ təhsil standartlarının hazırlanması və tətbiqi bu gün təhsil sisteminin qarşısına qoyulmuş başlıca hədəflərdəndir. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informatika fənni üzrə respublika ümumtəhsil məktəblərinin V-IX sinifləri üçün "Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi" və "Ümumtəhsil məktəblərində və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları" əsasında fənn müəllimləri üçün müvafiq təlimatların hazırlanmasını təmin etmək məqsədilə təhsil naziri tərəfindən yaradılmış İşçi Qrupun iclası keçirildi. İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Təhsil Problemləri İnstitutunun Tətbiqi tədqiqatlar, monitorinq və qiymətləndirmə Mərkəzinin Tədqiqatların İKT təminatı şöbəsinin müdiri Ruhiyyə Mehdiyeva və İşçi Qrupunun digər üzvləri iştirak edirdilər.

Tədbirdə şagird nailiyyətlərinin qiymətləndirilməsinin informatikanın təlimi prosesinin mühüm tərkib hissələrindən biri olduğu qeyd edilərək bu fənn üzrə qiymətləndirmə standartları müzakirə olundu. Bildirildi ki, qiymətləndirmə standartları hər bir şagirdin yiyələnməli olduğu bilik, bacarıq və vərdişlərin kəmiyyət və keyfiyyət göstəricisidir. Qeyd edildi ki, hər bir fəndə olduğu kimi, informatika üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsinin də əsas məqsədi fənnin tədrisi işinə kömək etmək, tədrisin və təlimin keyfiyyətini yaxşılaşdırmaqdır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələlərinin önəmliyi vurğulandı. Bu tədbirlərin təkcə elmin deyil, həm də ictimaiyyətin marağında olan məsələ olduğu bildirildi.

Təhsil standartlarının yüksək səviyyədə hazırlanması üçün aparılan işlərin keyfiyyətli təşkili, fənlərarası inteqrasiyanın vacibliyi bildirilərək bu sahədə Azərbaycanın təhsil sisteminin qarşısında duran vəzifələrdən söhbət açıldı. V-IX siniflər üçün hazırlanan standartların ilkin layihəsi haqqında ətraflı məlumat verildi. Şagirdlərin İKT bilik və bacarıqlarına yiyələnməsində qiymətləndirmə standartlarının müəyyən edilməsi və tətbiqinin önəmliyi vurğulandı.

Tədbirdə innovativ, kreativ düşüncəli kadrların yetişdirilməsi baxımından təhsilin müxtəlif pillələri üçün təlim strategiyalarının üstünlüklərindən də söhbət açıldı. Bildirildi ki, orta məktəblərdə müxtəlif təlim strategiyalarından (texnologiyalarından) istifadə sayəsində şagirdlər dərsə böyük maraqla yanaşır, fənni daha dərindən mənimsəyirlər. Bu strategiyalardan istifadənin müasir təhsilin əsasını təşkil edən mexanizmlərdən olduğu bildirilərək orta məktəblərdə təhsilin effektivliyinə təsir edən amillərdən olduğu qeyd edildi.  

İclasda həmçinin kurikulumda dəyişikliklərin edilməsi zəruriyyəti, təhsil standartları ilə bağlı yeni terminlərin işlənilməsi və tətbiqi, testlərin tətbiqində standartların müəyyən olunması, standartlaşmanın hüquqi əsaslarının araşdırılması, təhsildə informasiya texnologiyalarının tətbiqinə dair mütəmadi olaraq elmi seminarların keçirilməsinin vacibliyi bildirildi. Dünya üzrə mövcud standartlara istinadın zəruriliyi qeyd edildi. Dünya təcrübəsində istifadə edilən modellərdən söhbət açılaraq Rusiya, Türkiyə kimi ölkələrdə, o cümlədən YUNESKO-nun "Müəllimlər üçün İKT-bilikləri standartları"nın, qiymətləndirmə siyasətinin öyrənilməsi, beynəlxalq ekspertlərin dəvət olunmasının məqsədəuyğunluğu bildirildi.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov