Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Noyabr 2011 - �46

 

Keçir ömür karvanı...

 

Ömür karvanı aram-aram ötüb keçir və bir gün nəfəsimizi dərib geriyə boylanarkən, necə yaşadığımızın fərqinə varırıq. Ömrü mənalı illərəmi verdik, yoxsa hədər əsən yellərəmi?  Elm öyrənmək ən savab əməllərdəndir. Bir saat elm öyrənmək dinimizdə qırx il ibadətə bərabər buyrulub. Ömrünün 53 ilini öyrənməyə və öyrətməyə həsr etmiş elm fədaisini, zəhmətkeş bir ziyalımızı qəzetimizin bu sayında oxucularımıza təqdim etmək istərdik. Qonağımız Təhsil Nazirliyinin İqtisadiyyat Şöbəsinin Mühasibat uçotu və Hesabat sektorunun müdiri Fərhad Əli oğlu Əliyev ömür kitabını səhifələyərək söhbətə bu sözlərlə başladı: 

- Əslən Qərbi Azərbaycandanıq. Eçmiədzin rayonunun Kolanı kəndindən 1948-ci ildə deportasiya olunan nəsillərdən birinin övladıyam. O vaxt babamgil Bərdənin Alpoud kəndində məskunlaşıblar. Mən 1951-ci il dekabrın 3-də dünyaya göz açmışam. Ata tərəfdən babam dövrünə görə tanınmış şəxs olub. Hələ Bağırovun vaxtında babamı Moskvaya "mühasibat" kursuna təhsil almağa göndəriblər. Uzun illər babam kolxozda mühasib, sonralar isə sədr işləyib. Nənəm şuşalı qızı idi. 

Mən I sinfə 1957-ci ildə getdim, dördüncü sinfi kəndimizdəki orta məktəbdə bitirdim. Atamın bir əmisi vardı - Səyyad müəllim. Çox güclü riyaziyyatçı, onun həyat yoldaşı Xanım nənəm isə tarix müəllimi idi. Qubanın II Nügədi kəndinə məktəb direktoru göndərilmişdi. Yeganə övladları Fərman Moskvada təhsil almağa getdiyindən çox darıxırdılar. Yayda Səyyad babamgil Alpouda gələndə belə məsləhət bilindi ki, mən də onlarla Qubaya gedim, təhsilimi də orada davam edim. Beləliklə, II Nügədi kəndində V sinfi oxudum, növbəti il babamgilin iş yerini dəyişdilər. Köçdük Bakıya.

Bakıdakı 158 nömrəli orta məktəbi bitirənə kimi Səyyad babamgillə qaldım. Sonralar Fərman da təhsilini başa vurub Moskvadan qayıtdı. Hazırda dosentdir, Bakı Dövlət Universitetinin riyaziyyat kafedrasında müdir müavinidir.

- Doğma valideynlərdən uzaqda yaşamaq məktəbli bir uşaq üçün çətin olmadı ki?

- Əslinə qalanda, riyaziyyata, dəqiq elmlərə həvəs mənə elə Səyyad babamdan keçib. Bir də ki, onlar da yad deyildi, mənim doğmalarım, ağsaqqallarım idi.

1967-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin tələbəsi olanda 16 yaşımın tamamına hələ üç ay vardı.

1972-ci ildə institutu başa vurub "mühasibat" uçotu ixtisasına yiyələndim.

- Təhsili daha da mükəmməlləşdirmək, bilik səviyyəsini artırmaq mənəvi ucalığın təməlidir. Bu yolda yorulan vaxtınız olubmu heç?

- İnsan əgər öz üzərində işləmirsə, çalışmırsa, deməli, yerində sayır. Tutduğum yol heç vaxt məni yormayıb, apardığım vəzifələr elmi irəliləyişimə mane olmayıb. 1978-1980-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsinin iqtisadiyyat şöbəsində oxumuş, oranı fərqlənmə diplomu ilə bitirmişəm.

1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin nəzdində Azərbaycan Xalq Təsərrüfatının İdarəetmə İnstitutunda "Müasir İdarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması" ixtisası üzrə təhsil almışam.

Əvvəllər mühasibat işlərimiz əllə görülürdü, indi mühasibat uçotunun təşkili, təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüş, uçot əməliyyatlarının avtomatlaşdırılmasına nail olmuşuq.

- Fərhad müəllim, tələbələrinizin perspektivi sizi qane edirmi?

- Dünən bizi öyrədənlər olub. Bu gün də cavan nəsli biz öyrətməliyik. Tələbələrim mənə övladlarım qədər doğmadır.

Yetirmələrimin sırasında respublikamızın ictimai-siyasi həyatında, inkişafında  yaxından iştirak edən, üzağardan mütəxəssislərimiz tək mənim yox, xalqımızın güvənc yeridi.

- Fərhad müəllim, bu qədər iş, məsuliyyət ailə düzəninizə təsir etməyib ki?

- İş və ailə bir-birilə vəhdət təşkil edən məsələlərdir. Həyat yoldaşım Şəmsiyyə elə öz kəndimizin qızıdı. Atalarımız möhkəm dost idilər. Biz də bu dostluğu sonradan qohumluğa çevirdik. Yoldaşım ingilis dili müəllimiydi, indi əmək təqaüdündədi...

Əl-ələ verib üç övlad böyütmüşük. Artıq nənə-babayıq.

İlkimiz Sevinc ali magistr təhsilli iqtisadçıdır, hazırda həyat yoldaşının işi ilə əlaqədar Türkiyənin Konya şəhərində yaşayır.

Oğlumuz Fuad İstanbul Memar Sinan Universitetinin magistr pilləsini bitirib. Keramik-rəssamdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında öz ixtisası üzrə müəllimdir. Bu yaxınlarda toyunu etmişik.

Sonbeşiyimiz Mətanət ali pedaqoji təhsil alıb, Elitar Gimnaziyada işləyir.

Qızlarımdan iki oğul, iki qız nəvəm var. İnsan yaşa dolduqca balalarına ayıra bilmədiyi diqqəti, qayğını nəvələrinə verməyə çalışır. Kaş hər bir valideynə nəvə görmək qismət olsun.

Övlad da, nəvə də, yaradanın ən əvəzsiz payıdı... 

Ömür yolundan səhifələr 

Fərhad Əliyev 1972-ci ildə Respublika Toxumçuluq Birliyində ilk əmək fəaliyyətinə başlayıb.

1972-73-cü illərdə Moskvada hərbi xidmətdə olub.

1974-cü ildən 1982-ci ilədək Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin Mərkəzi Aparatının Plan-Maliyyə şöbəsində böyük, aparıcı və baş  iqtisadçı vəzifələrində çalışıb.

1982-ci ildən 1988-ci ilədək Təhsil Nazirliyinin Təftiş və Nəzarət şöbəsinin rəisi olub.

1988-1993-cü illərdə isə Mühasibat uçotu, hesabat və nəzarət idarəsində aparıcı iqtisadçı, idarə rəisinin müavini işləyib.

1993-cü ildən bu günədək Təhsil Nazirliyində İqtisadiyyat şöbəsinin Mühasibat uçotu və hesabat Sektorunun müdiridir.

Fərhad Əliyev 1992-ci ildən Azərbaycan İqtisadçılar İttifaqının üzvüdür.

1998-ci ildən isə MDB dövlətləri üzrə yaradılmış "Sodrujestvo" Mühasiblər və Auditorlar Assosiasiyasına üzv seçilib.

1998-1999-cu illərdə Moskvada keçirilən Mühasiblərin və Auditorların I və II qurultaylarında, həmçinin 2000-ci ildə yenə də Moskvada Mühasiblərin Beynəlxalq Toplantısında Azərbaycan Respublikasından nümayəndə kimi iştirak edib.

O, 2000-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-Yorkdakı Beynəlxalq Daxili Auditorlar İnstitutuna üzv seçilib və həmin institutun beynəlxalq sertifikatını alıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyində yaradılmış - "Mühasibat Uçotu və Hesabat" üzrə Metodoloji Şuranın tərkibində Fərhad Əliyevin də adı var.

O, 2006-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Mühasiblərinin 17-ci Beynəlxalq Konqresində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

Fərhad Əliyev 2011-ci ilin iyun ayından "Audit Azərbaycan" İnstitutunun idarə heyətinin yeni tərkibdə intizam komitəsinin sədridir. 

Müəllimi tələbəsi haqqında 

Bəybala Xankişiyev - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, respublikanın əməkdar iqtisadçısı:

- Fərhad Əliyev insana xas olan bütün mənəvi keyfiyyətlərə malik bir ziyalıdır. Mən onu 1974-cü ildən tanıyıram. O vaxt Fərhad Təhsil Nazirliyinin Plan-maliyyə şöbəsində çalışırdı. 1975-ci ildə mən həmin şöbəyə rəis təyin olunandan sonra biz Fərhadla birlikdə çalışmağa başladıq. İnsanlar bir-birindən insani keyfiyyətləri ilə, cəmiyyətdə tutduqları mövqeləri ilə fərqlənir.

Hər bir insan yaşın hansı çağındasa keçdiyi həyat yoluna baxanda, xoş xatirələrlə, səmərəli əməllərlə dolu bir ömür görürsə, bundan mənalı həyat ola bilməz. Fərhad Əliyev də o insanlardandır ki, özünün xoşbəxtliyini, varlığını, səadətini xalqına xidmətdə, xeyirxahlıqda tapıb.

O, çalışdığı kollektivdə həmişə özünün keyfiyyət göstəriciləri ilə fərqlənib, təşəbbüskar, istedadlı mütəxəssis kimi tanınıb.

Fərhad Əliyev 1984-cü ildə çap edilən "Hansı peşəni seçməli", "Oxumağa hara getməli" məlumat kitabının, müxtəlif mətbu orqanlarda çap edilmiş 40-a yaxın elmi-praktik məqalə və tezislərin müəllifidir.

Onun 2007-2010-cu illərdə çap edilmiş məqalələri aktuallığına və əhəmiyyətinə görə Azərbaycan Respublikası Prezidentinin işlər idarəsinin "Prezident Kitabxanası"nda saxlanılan məqalələrin siyahısına əlavə edilib.

Uzun müddətli əmək fəaliyyətinə görə Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə Fəxri fərmanlara layiq görülən Fərhad Əli oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci il oktyabrın 3-də "Tərəqqi" medalı ilə təltif edilib.

Gənclik illərimin yadigarı - tələbəm olan Fərhad bu gün mənim üçün təmənnasız bir dost, sədaqətli bir həmkardır.

Əzizim Fərhad! Artıq 60 il arxada qalır. Mənalı, məzmunlu keçən həyatının 60 illiyini, səmərəli fəaliyyətini ürəkdən təbrik edir, sənə cansağlığı, uzun ömür, ailə səadəti və işlərində yeni-yeni uğurlar arzulayıram. 

Dost sözü 

Ramiz Hümbətov - ADNA-nın avtomatika, telemexanika və elektronika kafedrasının müdiri, texnika elmləri doktoru, professor.

- Fərhad Əliyev məndən ötrü səmimi, müdrik, etibarlı bir dost, cəmiyyət üçün isə əxlaqlı, intizamlı, savadlı bir vətəndaşdır. Onunla ilk tanışlığımız 29 dekabr 1988-ci ildə iş prosesində olub. 1989-cu ildən də bu günə kimi ayrılmaz dosta çevrilmişik. Fərhad nəinki mənim üçün, ümumiyyətlə dost çevrəsi üçün təcili və təxirəsalınmaz yardım rolunu oynayır. Mən ondan yeddi yaş böyük olsam da, bəzən onun yüksək səviyyədə xeyirxahlığına, daxili mədəniyyətinə, böyüklərinə münasibətdə nəcibliyinə qibtə edirəm. Çalışdığı bütün işlərdə peşəkarlığı onu kollektivdə əvəzedilməz bir simaya  çevirib. Fərhad Əliyev tabeçiliyində olanlara bir dəfə də səsini qaldırmaz, gənclərlə bağlı ona müraciət olunan  hər bir problemin müsbət həllini tapmağa çalışar. O, həm də nümunəvi ailə başçısıdır.

Qardaş, yubileyini təbrik edirəm. Həmişə bugünkü kimi qal!

- Fərhad müəllim, qarşıda 60 illik yubileyiniz yol gəlir, arxada açıq alınla, gərgin zəhmətlə keçən illəriniz sizə əl edir... Biz də sizi əvvəlcədən təbrik edir, sizə yeni yaradıcılıq sevincləri və cansağlığı arzulayırıq. 

Ellada UMUDLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov