Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Dövlət Proqramı çərçivəsində "2011-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans

 

Noyabrın 25-də "Avropa" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2011-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ""Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə bağlı beşillik hesabat və qarşıda duran vəzifələr" mövzusunda təqdimat-məruzə ilə çıxış edib.

Nazir dünyada və Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi təhsil sahəsinə verilən önəmdən söz açıb və bildirib ki, insan inkişafı konsepsiyasına görə, hər bir uşağa onun fərdi qabiliyyətlərini, potensial imkanlarını inkişaf etdirmək üçün iqtisadi, sosial, mədəni sahələrdə əlverişli mühit yaradılmalıdır. Ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, uşaqların rifahının yaxşılaşmasına yönəlmiş 16 inkişaf və dövlət proqramının həyata keçirilməsi barədə məlumat verən Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın uşaqların etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyəti olduğunu nəzərə çatdırıb.

Təhsil Nazirliyinin Dövlət Proqramının həyata keçirilməsində Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir, həmçinin müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının bu işə yaxından dəstək verdiklərini söyləyib. Təhsil naziri deyib ki, Dövlət Proqramı qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı"na əsasən son 5 ildə ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 38 internat-məktəb və uşaq evi yenidən qurulub, əsaslı təmir edilib, ən müasir avadanlıqlarla təchiz olunub.

Ötən 5 il ərzində Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verən Misir Mərdanov illər üzrə görülmüş işləri nəzərə çatdırıb, atılmış addımlar nəticəsində bir sıra ümumtəhsil internat-məktəblərin ümumtəhsil məktəblərinə çevrilməsini ciddi uğur kimi dəyərləndirib. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi məsələlərinə toxunan təhsil naziri Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarına əsasən Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Nazir bu qurum yarandıqdan sonra Dövlət Proqramı çərçivəsində uşaqların ailələrdə yaşamaq hüququnun təmin edilməsi və onların müdafiəsi ilə bağlı həyata keçirilən irihəcmli layihələr, pilot rayonlarda valideyn himayəsindən məhrum olmuş uşaqların bioloji ailələrə verilməsi, ailələrə dəstək tədbirləri və alternativ xidmətlərin yaradılması haqqında fikirlərini bildirib.

Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş plana əsasən, 4 günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzinin yaradıldığını vurğulayan nazir mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiyayönümlü avadanlıqlar və uşaqların daşınması üçün mini avtobusların verildiyini qeyd edib. Misir Mərdanov günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin yaradılmasından ötən müddət ərzində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasını müsbət hal kimi dəyərləndirərək bildirib ki, uşaqlar verilən himayədar (foster) ailələrə maliyyə dəstəyinin göstərilməsi də de-institutlaşma prosesinin həyata keçirilməsində həlli vacib vəzifələrdəndir.

Təhsil naziri dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan uşaqlar və ailələr arasında aparılan sistemli preventiv tədbirlərə diqqət çəkib, Səhiyyə, Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətləri ilə sıx əməkdaşlıq edildiyini söyləyib. Son 2 il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 12-17 yaş arası 13 uşağın övladlığa verildiyini bildirən nazir 12 uşağın övladlığa verilməsi ilə bağlı işlərə isə hazırda məhkəmələrdə baxıldığını nəzərə çatdırıb.

Ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, küçə həyatına məruz qalmış 38 uşağın təhsilə cəlb edilməsi və təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət uşaq müəssisələrinə yerləşdirilməsi barədə məlumat verən Misir Mərdanov 2011-2012-ci tədris ilində ölkəmizdəki 44 dövlət uşaq müəssisəsində 9776 uşağın təlim-tərbiyə aldığını bildirib. Nazir onlardan 3750 nəfərinin müəssisədə gecələdiyini, 6026 uşağın müəssisənin yalnız təhsil və günərzi xidmətlərindən istifadə etdiyini və gecəni ailəsi ilə birgə keçirdiyini söyləyib. Son illərdə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların ilbəil azaldığını vurğulayan təhsil naziri onların sayının 2008-ci ildə 14389, 2009-cu ildə 10055, 2010-cu ildə 9874, 2011-ci ildə isə 9776 nəfər olduğunu diqqətə çatdırıb.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən internat-məktəb və uşaq evlərindən məzun olan uşaqlar haqqında fikirlərini bildirən Misir Mərdanov sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsillə (inklüziv təhsil) təmin olunması üçün YUNİSEF-lə birgə həyata keçirilən tədbirlərdən bəhs edib. De-institutlaşma ilə bağlı əhalinin məlumatlandırılmasının əhəmiyyətinə toxunan nazir mütəmadi olaraq televiziya kanallarında təşkil olunan xüsusi verilişləri və diskussiyaları yüksək dəyərləndirib.

Ölkəmizdə de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatların Avropa Sosial Şəbəkəsi təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran təhsil naziri Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqların müdafiəsi sahəsində görülən işlər barədə hazırlanmış sənədli filmin ingilis dilində səsləndirilən versiyasının təbliğat məqsədilə bu qurumun saytında yerləşdirildiyini bildirib. Nazir çıxışının sonunda uşaqların müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən islahatlara hər zaman dəstək göstərən YUNİSEF-ə və digər müvafiq qurumlara təşəkkürünü bildirib.

Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Şimali Kipr Türk Respublikası Baş nazirinin xanımı Gülin Küçük, millət vəkili Qənirə Paşayeva, YUNİSEF-in beynəlxalq eksperti Vesna Bosnjak, Türkiyə Cümhuriyyəti Ankara Valiliyi İl Sosial Xidmətlər müdiri Lale Öcal, Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Aydan Başkurt, Gürcüstanın Sosial Xidmətlər Agentliyi Övladlıq və qəyyumluq şöbəsinin baş məsləhətçisi Lia Mamatsaşvili və başqaları de-institusionalizasiya prosesi və uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini bildirib, bu sahədə Azərbaycanda həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndiriblər. 

Bəşarət MƏMMƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov