Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

NDU-da Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilib

 

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 150-ci məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli 1997-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Universitetinin tələbə gəncliyin ümummilli liderin parlaq ideyalarına sədaqət, vətənpərvərlik, dövlətçilik ruhunda yetişməsində mühüm rol oynadığını vurğulamışdır. Buradakı zəngin kitabxana və videoteka, arxiv materialları, eləcə də dünyanın və respublikanın tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının iştirakı ilə keçirilən məşğələlər ulu öndərin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Rektor  Heydər Əliyev Universitetinin gələcək fəaliyyət istiqamətlərindən də danışmışdır.

Sonra universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Məmməd Rzayev "Heydər Əliyev və Azərbaycanda ali təhsil",  YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Kamal Camalov "Heydər Əliyev və tələbə gənclik siyasəti" mövzusunda məruzələr etmişlər. Məruzələrdə Heydər Əliyevin hər iki hakimiyyəti dövründə təhsilin inkişafına göstərilən qayğı, milli təhsilin beynəlxalq səviyyədə inkişafı, təhsilə ayrılan dövlət sərmayəsinin ilbəil artması, bu sahədə aparılan uğurlu islahatlardan bəhs olunmuşdur.  Qeyd olunmuşdur ki, bir çox təhsil və elmi-tədqiqat müəssisələrinin istifadəyə verilməsi, milli pedaqoji fikir tarixinin öyrənilməsi, milli intellektual potensialın formalaşması məhz ulu öndərin tarixi xidmətləridir. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində 1970-1980-ci illərdə 5 yeni ali məktəb yaradılmış, 15 mindən artıq gənc keçmiş SSRİ-nin 170-dən çox tanınmış ali məktəblərində təhsil almış, təhsil işçiləri ən yüksək fəxri adlara və dövlət mükafatlarına layiq görülmüşdür. 1993-2003-cü illərdə təhsil işçilərinin əməkhaqqı 9 dəfə artırılmış, 6 yeni akademiya təsis edilmiş, çoxsaylı məktəb binası istifadəyə verilmişdir. Ümummilli liderin təhsil siyasəti bu gün də uğurla davam etdirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"na əsasən milli təhsilin dünya təhsil sisteminə inteqrasiyası, ölkənin yüksək ixtisaslı kadrlara olan tələbatının ödənilməsi istiqamətində böyük uğurlar qazanılmaqdadır. Təkcə Naxçıvan Muxtar Respublikasında son 20 ildə 189 ümumtəhsil məktəbi binası, ali və orta təhsil müəssisələri üçün 20-dən artıq təhsil korpusu və obyektləri, 17 uşaq bağçası, 21 uşaq musiqi məktəbinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi, təhsil ocaqlarının müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması buna parlaq sübutdur.

Məşğələnin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yenicə daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov