Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Heydər Əliyev və Naxçıvan

 

Naxçıvan Müəllimlər İnstitutunda "Heydər Əliyev və Naxçıvan" mövzusunda  növbəti lektoriya keçirilmişdir.  Lektoriyanı ali təhsil ocağının rektoru, pedaqoji elmlər doktoru, professor Oruc Həsənli açmışdır. İnstitutun tarix müəllimi Ələkbər Cabbarlı mövzu ilə bağlı  geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəllərində  Naxçıvan çox ağır, çətin günlər keçirirdi. Sərhədyanı kəndləri ermənilər tərəfindən hücuma məruz qalan, dincliyi əlindən alınan Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Tale Heydər Əliyevi Naxçıvana göndərməklə bu qədim diyarı Dağlıq Qarabağı və Azərbaycanın digər rayonlarını  gözləyən  acı aqibətdən xilas etdi.  Dahi insan 1990-1993-cü illərdə  bu qədim torpağı siyasi mərkəzə çevirdi, dünyanın nəzər-diqqəti buraya yönəldi. Ulu öndər o vaxtlar nəinki  Naxçıvanı qorudu, yaşatdı, eyni zamanda Azərbaycan üçün də  çox önəmli işlər gördü. Dövlət müstəqilliyimizin vacib atributları qəbul olundu, milli ordu quruculuğuna  başlandı.  Naxçıvan camaatı da bu proseslərdə  möhtərəm Heydər Əliyevə  dayaq oldu, ona böyük hörmət və ehtiram göstərdi. Xalqla rəhbərliyin  qırılmaz tellərlə bir-birinə bağlılığı Naxçıvanı yaşadıb inkişaf etdirdi. Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı.

Qeyd olundu ki, bu gün müstəqilliyin yolları ilə inamla addımlayan Azərbaycanda ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun  layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  bütün sahələrdə yeni-yeni uğurlara imza atır. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan da  böyük tərəqqi yolunda olmaqla  əsl intibah dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı  çətinliklərə baxmayaraq, qədim diyarımız gündən-günə  çiçəklənir, həyata keçirilən böyük quruculuq işləri  muxtar respublikamızın hərtərəfli inkişafına təkan verir.  

Naxçıvan Müəllimlər
İnstitutunun Mətbuat xidməti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov