Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

"Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda" tədris proqramı müzakirə olunub

 

Noyabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığının artırılması məqsədi ilə tədris proqramının hazırlanması" layihəsi əsasında hazırlanmış "Ekoloji stabillik və iqlim dəyişmələri mövzusu müasir mətbuatda" tədris proqramının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) UNESCO-nun Moskva ofisi ilə birgə hazırladığı proqramın təqdimat mərasimində hər iki qurumun təmsilçiləri, ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, media ekspertləri iştirak etmişlər.

Toplantıda layihə çərçivəsində görülmüş işlərdən danışan MŞ-nin sədri Əflatun Amaşov bildirmişdir ki, UNESCO-nun dəstəyi ilə icra olunan layihənin rəhbəri Azərbaycan Mətbuat Şurası, icraçı tərəfdaşlar isə UNESCO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

Yaxın vaxtlarda proqramın Təhsil Nazirliyi tərəfindən təsdiq olunacağını söyləyən MŞ-nin sədri demişdir ki, bu vəsait çap, elektron media, teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Azərbaycanda ilk dəfə hazırlanmış bu proqram UNESCO-ya üzv ölkələrdə də yayılacaqdır.

Sonra UNESCO-nun Moskva ofisinin kommunikasiya və informasiya üzrə müşaviri Svetlana Knyazyeva, layihənin əlaqələndiricisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, proqramın ekspertləri - Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə, UNESCO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədri, akademik Urxan Ələkbərov, Bakı  Dövlət  Universiteti  jurnalistika  fakültəsinin  kafedra  müdiri, professor Cahangir Məmmədli və başqaları ekoloji mövzuda media təhsilinin müxtəlif istiqamətlərini əhatə  edən  tədris  proqramının  spesifik  cəhətlərindən  və  əhəmiyyətindən söhbət açmışlar.

Ekoloji mövzunun mətbuatda işıqlandırılması xüsusiyyətlərindən bəhs edən natiqlər bildirmişlər ki, insanların ətraf mühitə vurduqları ziyan çox vaxt məlumatsızlıqdan irəli gəlir. Bu baxımdan əhalini ekoloji problemlər, iqlim dəyişmələrini törədən səbəblər haqqında məlumatlandırmaq xüsusi əhəmiyyət daşıyır. Bu işdə mətbuatın olduqca böyük rolu vardır. Təsadüfi deyil ki, UNESCO 2009-cu ilin sentyabrında Parisdə ekoloji problemlərin həllində yayım mediasının roluna həsr olunmuş toplantı keçirmişdi. Toplantıda qəbul edilmiş Paris Deklarasiyasında yayım mediasına iqlim dəyişmələri haqqında aparılan təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi tövsiyə olunmuşdur. Azərbaycanda hazırkı təlim proqramının hazırlanması bu istiqamətdə atılan addım sayılmaqla, ekoloji mövzuda yazan jurnalistlərə kömək edəcəkdir.

Sonra tədris proqramı ətrafında müzakirələr aparılmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov