Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

DİA-da qısamüddətli ixtisasartırma kursunun növbəti buraxılışı olub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır. "Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" istiqaməti üzrə kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.

Bu istiqamətdə kursun proqramının əsas məqsədi "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf" Dövlət Proqramının şərh edilməsi, bu sahədə dövlət siyasətinin mahiyyətini və strategiyasının açıqlanması, sosial islahatlar, müasir Azərbaycanda sosial siyasətin formalaşması prosesi və bu sahədə dövlət siyasətinin aktual məsələlərini və sair problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.

Tematik plan üzrə kursda Azərbaycan Respublikasında pensiya islahatlarının mahiyyəti və problemləri, pensiya siyasəti və onun həyata keçirilməsi, Azərbaycanda sosial siyasət və onun əsas istiqamətləri, sosial inkişaf üzrə proqramların istiqamətləri, hazırlanma metodologiyası və layihələrin həyata keçirilmə mexanizmləri, dövlətin səhiyyə sistemində siyasəti və bu sahədə aparılan islahatlar və digər məsələlər əhatə edilir.

Kursda Dövlət Sosial Müdafiə Fondunun sədr müavinləri Elman Mehdiyev, Zakir Babayev, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev və digər tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında sosial siyasətin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. Təhsil müddəti ərzində dinləyicilər Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində səyyar məşğələlər keçərək müasir Azərbaycanda sosial siyasətin formalaşması və bu sahədə dövlət siyasətinin aktual məsələləri ilə tanış olmuşlar.

Sonra Azərbaycan Respublikasının Prezi

denti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılışı ilə əlaqədar tədbir keçirilmişdir. DİA-nın rektor əvəzi, professor Əlikram Abdullayev kursun sonunda dinləyicilər qarşısında çıxış edərək, onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə vəsiqələri təqdim etmiş və gələcək işlərində uğurlar arzulamışdır. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov