Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Xüsusi lisey siniflərində təhsil alan VI sinif şagirdlərinin bilik və bacarıqlarının
Azərbaycan dili və riyaziyyat fənlərindən meyarlar üzrə təhlili

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" son illərdə respublikamızda istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi istiqamətində atılan ən mühüm addımlardandır. Proqramın əsas məqsədləri respublikanın ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

İstedadlı şagirdlər üçün səmərəli və keyfiyyətli təhsil şəraiti yaratmaq və onların davamlı inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası təhsil nazirinin 22 iyun 2010-cu il tarixli 835 nömrəli əmrinə əsasən respublikanın 8 bölgəsi - Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Ağdaş, Quba şəhərlərində xüsusi lisey siniflərinin təşkil edilməsi də Dövlət Proqramı çərçivəsində həyata keçirilən mühüm tədbirlərdəndir.

İlk dəfə xüsusi lisey siniflərinin V sinfinə qəbul Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2010-cu il tarixli 1199 nömrəli əmri ilə 6-7 sentyabr 2010-cu il tarixlərində həyata keçirildi. Qəbul imtahanlarında şagirdlərin funksional bilikləri ilə yanaşı, sosial bilik və bacarıqlarını, məntiqi təfəkkürünü yoxlayan xüsusi qiymətləndirmə vasitələrindən istifadə edildi.

2010-2011-ci dərs ilində xüsusi lisey siniflərinə qəbul olunmuş şagirdlər bir il təhsil aldıqdan sonra onların nailiyyətlərini izləmək məqsədi ilə təhsil nazirinin "İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərində oxuyan VI sinif şagirdlərinin qiymətləndirilməsi barədə" 26 oktyabr 2011-ci il tarixli 1720 nömrəli əmri ilə nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən 28 oktyabr 2011-ci il tarixdə xüsusi lisey siniflərinin fəaliyyət göstərdiyi 8 bölgədə - Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Ağdaş, Quba şəhərlərində imtahanlar keçirildi. İmtahanlarda Azərbaycan dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla ümumilikdə 50 sualdan ibarət xüsusi qiymətləndirmə vasitələrindən istifadə edildi.

İmtahanlarda istifadə olunmuş qiymətləndirmə vasitələri əsasında hər bir test tapşırığının məqsədi müəyyənləşdirilmiş, bu məqsədlər hər fənn üzrə tələb olunan meyarlara əsasən qruplaşdırılmışdır. Nəticədə Azərbaycan dili fənnindən şagirdlərin şifahi nitq, yazı, bilikləri əlaqələndirmək və nəticə çıxarmaq, mətndə məlumat verilmədiyi halda bilik və bacarıqlardan istifadə, məlumatı ümumiləşdirərək qruplaşdırmaq, fikrə münasibət bildirmək, fikri rabitəli şəkildə ifadə etmək, fəndaxili inteqrasiya bacarıqları, dil qaydalarını bilmək, nitqin dəqiqliyi və söz ehtiyatı, məntiqi təfəkkürü, riyaziyyat fənnindən isə eyni ədədləri ekvivalent formalarda ifadə etmək, hesablamalar aparmaq, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlamaq, müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə etmək və araşdırmaq, cəbri prosedurları yerinə yetirmək, həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək, ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqları qiymətləndirilmişdir.

Azərbaycan dili və riyaziyyat fənlərindən qeyd edilmiş meyarlar əsasında 8 məktəbin hər birinin nəticələri ayrı-ayrılıqda  təhlil edildikdən sonra aparılan təhlillərin nəticələri müvafiq rayon (şəhər) təhsil şöbələrinə məktub şəklində göndərilmiş, bəzi tövsiyələr qeyd edilmişdir. Həmin tövsiyələr sırasında şagirdlərin aşağı nəticə göstərdiyi meyarlar üzrə nəticələrin qənaətbəxş sayılması üçün xüsusi lisey siniflərində Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlərin yeni didaktik və metodik prinsiplər əsasında təlim prosesinin qurulması, müasir təlim strategiyaları, interaktiv və inteqrativ təlim metodları və yeni qiymətləndirmə sistemi sahəsindəki biliklərini daha da artırması önə çəkilmişdir.

Aparılan təhlillər göstərdi ki, 2010-2011-ci dərs ilində xüsusi lisey siniflərinə qəbul olunmuş və hazırda VI siniflərdə təhsil alan 128 nəfər xüsusi istedada malik şagirdin Azərbaycan dili fənnindən nitqin dəqiqliyi və söz ehtiyatını yoxlayan suallara cavabları qənaətbəxşdir (92,2%). Azərbaycan dili fənni üzrə əsas məzmun xətlərindən biri olan dil qaydaları şagirdlərdən çox yüksək səviyyə tələb etməsə də ən aşağı göstərici dil qaydalarını yoxlayan suallara verilən cavabların faizi olmuşdur (56,3%). Bu səbəbdən dil qaydalarının şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün onların sadəcə olaraq əzbərlənməsi deyil, onlardan nitq bacarıqlarının inkişafı üçün istifadə edilməsi məqsədəuyğundur.

Riyaziyyat fənnindən ən yüksək göstərici həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək bacarıqlarını yoxlayan suallara verilən cavablarda müşahidə edilir. Bu bacarıqlar üzrə müvəffəqiyyət faizi 67,97%-dir. Ən aşağı göstərici isə sadə ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarına aiddir: 37,50%.

Azərbaycan dili fənnindən imtahan vermiş VI sinif şagirdlərinin nəticələrinə görə ilk 3 yeri Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya, Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey, Şəki şəhər 19 nömrəli tam orta məktəb tutmuşdur. Riyaziyyat fənnindən isə müvəffəqiyyət sıralanması belədir: Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya,  Şəki şəhər 19 nömrəli tam orta məktəb,  Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey.

8 məktəbin hamısında riyaziyyat fənnindən ən aşağı göstərici sadə ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara verilən cavablar üzrə olsa da, Sumqayıt şəhərində imtahan vermiş VI sinif şagirdlərinin bu meyar üzrə nəticələri 76,19% olmuşdur.

Sumqayıt şəhəri üzrə xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən nitqin dəqiqliyini və söz ehtiyatını, yazı bacarıqlarını yoxlayan suallara cavabları qənaətbəxşdir. Belə ki, imtahan verən 21 nəfər şagirdin  müvafiq olaraq 97,6%  və 95,2%-i həmin meyarlar üzrə sualları düzgün cavablandırıb. Şagirdin dil qaydalarını bilməsini yoxlayan suallara verilən düzgün cavabların sayı 61,9% olsa da, həmin meyarın yüksək səviyyə tələb etməməsi nəticənin qənaətbəxş sayılmasına imkan vermir. Riyaziyyat fənnindən cəbri prosedurları yerinə yetirmək və həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar qənaətbəxş (hər ikisi 85,71%), eyni ədədləri ekvivalent formalarda ifadə etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar isə kifayət qədər qənaətbəxş deyil (73,8%).

Gəncə şəhəri üzrə imtahan vermiş xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən nitqin dəqiqliyini və söz ehtiyatını yoxlayan suallara cavabları qənaətbəxşdir: imtahan verən 19 nəfər şagirdin hamısı həmin sualları düzgün cavablandırıb. Fəndaxili inteqrasiyanı yoxlayan suallara verilən cavabların faizi isə qənaətbəxş hesab edilmir (58,73%). Riyaziyyat fənnindən həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar qənaətbəxş (84,21%), ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara verilən cavablar qənaətbəxş hesab edilmir (42,11%).

Mingəçevir şəhəri üzrə xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən nitqin dəqiqliyini və söz ehtiyatını yoxlayan suallara cavabları qənaətbəxşdir: imtahan verən 16 nəfər şagirdin 93,8%-i sualları düzgün cavablandırıb. Mətndə məlumat verilmədiyi halda bilik və bacarıqlardan istifadə bacarıqlarını yoxlayan suallara verilən cavablar isə qənaətbəxş deyil (31,3%). Riyaziyyat fənnindən eyni ədədləri ekvivalent formalarda ifadə etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar nisbətən qənaətbəxşdir (59,4%). Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara verilən cavabların faizi isə çox aşağıdır (12,50%).

Şirvan rayonu üzrə xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən fikrə münasibət bildirmək bacarıqlarını yoxlayan suallara cavabları qənaətbəxşdir: imtahan verən 14 nəfər şagirdin 85,7%-i sualları düzgün cavablandırıb. Şifahi nitq və məlumatı ümumiləşdirərək qruplaşdırmaq bacarıqlarını yoxlayan suallara verilən cavablar isə qənaətbəxş hesab edilmir (hər ikisi 50,0%). Riyaziyyat fənnindən hesablamalar aparmaq, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlamaq bacarıqlarını yoxlayan suallara verilən cavablar qənaətbəxş (69,39%), həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara verilən cavablar isə qənaətbəxş deyil (hər ikisi 42,86%).

Şəki rayonu üzrə xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən nitqin dəqiqliyini və söz ehtiyatını yoxlayan suallara cavabları qənaətbəxşdir: imtahan verən 14 nəfər şagirdin 89,3%-i sualları düzgün cavablandırıb. Ən aşağı göstərici isə şifahi nitq bacarıqlarını yoxlayan suallara verilən cavabların faizidir (57,1%). Riyaziyyat fənnindən həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar qənaətbəxş (100%), ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara verilən cavablar isə qənaətbəxş deyil (42,86%).

Lənkəran rayonu üzrə xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən fikrə münasibət bildirmək bacarıqlarını yoxlayan suallara cavabları qənaətbəxşdir: imtahan verən 11 nəfər şagirdin 84,8%-i sualları düzgün cavablandırıb. Şagirdin dil qaydalarını bilməsini yoxlayan suallara verilən cavablar isə çox aşağıdır (27,3%). Riyaziyyat fənnindən həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar qənaətbəxşdir (90,91%). Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara isə çox zəif cavab verilib (9,09%).

Ağdaş rayonu üzrə xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən məlumatı ümumiləşdirərək qruplaşdırmaq bacarıqlarını, nitqin dəqiqliyini və söz ehtiyatını yoxlayan suallara cavabları qənaətbəxşdir: imtahan verən 14 nəfər şagirdin müvafiq olaraq 100% və 96,4%-i həmin meyarlar üzrə sualları düzgün cavablandırıb. Şifahi nitq bacarıqlarını yoxlayan suallara verilən cavabların faizi isə qənaətbəxş hesab edilmir (44,6%). Riyaziyyat fənnindən eyni ədədləri ekvivalent formalarda ifadə etmək və həndəsi fiqurların xassə, əlamət və münasibətlərini tətbiq etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar nisbətən qənaətbəxş olsa da (hər ikisi 57,14%), cəbri prosedurları yerinə yetirmək bacarıqlarını yoxlayan suallara verilən cavablar qənaətbəxş hesab edilmir (34,29%).

Quba rayonu üzrə xüsusi istedada malik VI sinif şagirdlərinin Azərbaycan dili fənnindən məlumatı ümumiləşdirərək qruplaşdırmaq bacarıqlarını yoxlayan suallara cavabları qənaətbəxşdir: imtahan verən 19 nəfər şagirdin 94,7%-i sualları düzgün cavablandırıb. Ən aşağı göstərici isə şagirdin dil qaydalarını  bilməsini yoxlayan suallara verilən cavabların faizidir (36,8%). Riyaziyyat fənnindən eyni ədədləri ekvivalent formalarda ifadə etmək bacarıqlarını yoxlayan suallara verilən cavablar nisbətən qənaətbəxşdir (57,9%). Ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara verilən cavablar isə qənaətbəxş hesab edilmir (21,05%). 

Təranə HACIYEVA,
Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri,
filologiya elmləri doktoru

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov