Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Görkəmli kitabşünas alim Abuzər Xələfovun 80 illik yubileyi qeyd edilib

 

Noyabrın 25-də Şuşa Humanitar Kollecində Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi və əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor, "Şöhrət" ordenli Abuzər Xələfovun 80 illik yubileyi təntənəli qeyd edilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Vüsalə Fətəliyeva, BDU-nun müəllimləri - fəlsəfə doktoru, dosent Knyaz Aslan, baş müəllim Akif Cəfərov, şair-publisist Hacı Loğman, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan kollecin direktoru Rəsul İsmayılov yubilyarı müəllim və tələbə kollektivi, həmçinin Şuşa ictimaiyyəti adından təbrik edib, ona tutduğu bu müqəddəs yolda uzun ömür və yeni nailiyyətlər arzulayıb.

Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva, Knyaz Aslan, Akif Cəfərov, Hacı Loğman, kollecin müəllimlərindən Lalə Vəliyeva, Yeganə Əliyeva, İlhamə Fərəcova və başqaları yubilyarın keçdiyi ömür yolundan, Azərbaycanda kitabşünaslığın inkişafına verdiyi töhfələrdən, bir ağsaqqal, bir elm adamı kimi işlədiyi kollektivdə və ictimai mühitdə nüfuzlu ziyalı kimi tanınmasından, əməyinin dövlət tərəfindən layiqincə qiymətləndirilməsindən söz açıblar. Abuzər Xələfovun Azərbaycanda və keçmiş SSRİ-də kitabxanaçı kadrların hazırlanmasında cəfakeşliyi və kitabxana işi tarixini əhatəli qaydada araşdıran, bu sahədə hərtərəfli tədqiqatlar aparıb  elmi şəkildə sistemləşdirən ilk elmlər namizədi  və  ilk  elmlər  doktoru olduğu diqqətə çatdırılıb.  Çıxış edənlər professor Abuzər  Xələfovun ümummilli  lider  Heydər Əliyevin əsərlərinin biblioqrafiyasının hazırlanması sahəsində xüsusi xidmət göstərərək "Heydər  Əliyevin  biblioqrafik məlumat kitabı" adlı əsərini  çap etdirdiyindən söz  açıblar.

Professor Abuzər Xələfov çıxışında yaşayaraq arxada qoyduğu illərin hədər getməməsindən qürur duyduğunu, vətəninə və xalqına vicdanla xidmət etdiyi üçün bu gün mənəvi rahatlıq tapdığını diqqətə çatdırıb. Kitabı millətin dünəni, bu günü və sabahı adlandıran yubilyar mütaliənin insan üçün nə qədər önəmli olduğundan, oxucunun nitqinin inkişafına, dünyagörüşünə, mənəvi və əxlaqi tərbiyəsinə çox müsbət təsirindən söz açıb. Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasına layiq yüksək intellektli gənclər kimi yetişməyi tələbələrə tövsiyə edib.

Yubilyara kollecin rəhbərliyi və tələbələri adından gül dəstələri və hədiyyələr təqdim edilib. Sonda kollecin müəllim və tələbələrindən ibarət ansambl maraqlı konsert proqramı ilə çıxış edib. 

Nizami MİRZƏ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov