Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - �47

 

Dünya təhsili

 

Argentina Respublikasının təhsil sistemi

 
 

Argentina Respublikası

 
   
Ərazisi:  2766890 km²   
Əhalisi: 40091359 nəfər
Paytaxtı: Buenos-Ayres
Dövlət dili: İspan dili
Pul vahidi: 

Argentina pesosu

 

Təhsil sistemi 

Cənubi Amerikada yerləşən Argentina 23 əyalətdən və muxtar statusa malik Buenos-Ayres şəhərindən ibarətdir. Şəhər və əyalətlərin öz konstitusiyası olsa da, ölkədə federal idarəetmə sistemi tətbiq edilir.

Argentinada I-IX siniflərdə şagirlərin təhsilə cəlb olunması icbari xarakter daşıyır. Təhsilin bütün səviyyələri hamı üçün pulsuzdur və əhalinin 97 faizi savadlıdır.

Latın Amerikası ölkələri arasında Argentina təhsil və savadlılıq səviyyəsinin ən yüksək göstəriciyə malik olması ilə seçilir. Ölkənin təhsil sistemi məktəbəqədər, ibtidai, orta, texniki peşə və ali təhsil pillələrindən ibarətdir.

Orta təhsil müəssisələrində şagirdlər ali məktəblərə, kolleclərə daxil olmaq üçün hazırlaşır və yaxud da texniki peşə təhsili alırlar. Texniki peşə təhsilinin müddəti üç ilə qədər davam edir. X-XII siniflər orta təhsilin yuxarı sinifləri hesab olunur.

Özəl orta məktəblərə də kifayət qədər ehtiyac duyulur. Dini təhsil dövlət təhsilindən ayrı olsa da, bəzi bölgələrdə kilsə orta məktəb təhsilinə təsir göstərir.

Dövlət təhsil müəssisələri ilə yanaşı, təhsilin bütün səviyyələri üzrə özəl tədris ocaqları-uşaq bağçaları, orta məktəb, gimnaziya və universitetlər də fəaliyyət göstərir. Dövlət məktəblərində bütün səviyyələr üzrə təhsil ödənişsiz əsaslarla həyata keçirilir.

Ölkədə lisenziya verilmiş 85 universitet fəaliyyət göstərir. Kordoba Universiteti, La-Plata Universiteti, Rozario Milli Universiteti və Milli Texnologiya Universiteti ən məşhur ali məktəblər sırasındadırlar. 2006-cı ildə Argentinanın ali məktəblərində 1,5 milyon tələbə təhsil alıb.

 Ən böyük ali məktəb Buenos-Ayres Universiteti hesab olunur. Ən qədim ali məktəb isə Sidroba universitetidir. Bu universitet 1613-cü ildə ispanlar tərəfindən təsis olunub.

Universitetlərin nəzdində təxminən 70-ə yaxın institut fəaliyyət göstərir. Onlar milli, dövlət və özəl institutlara bölünür. 

Məktəbəqədər təhsil 

Argentinada uşaqlar 4 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. Lakin bu, icbari xarakter daşımır.

I sinfə daxil olmazdan əvvəl uşaqların məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən  hazırlıq qruplarına cəlb olunması daha geniş vüsət alıb. Məktəbəqədər müəssisələrdə 5 yaşlı uşaqların təhsili icbaridir.

 İbtidai təhsilə hazırlıq üzrə tədris proqramlarında uşaqların ümumi inkişafı əsas istiqamətlərdən birini təşkil edir. 

Orta təhsil 

Argentinada orta təhsil müəssisələrinin formalaşması XV əsrə təsadüf edir. Bu dövrdə 1000 nəfərdən artıq əhalisi olan hər bir şəhər və ya kənddə ibtidai məktəblərin fəaliyyətə başlaması təmin edilirdi. 1883-cü ildə 6-13 yaşlı uşaqların yalnız 30 faizi  məktəblərə cəlb olunmuşdusa, 1914-cü ildə bu göstərici 50, 1931-ci ildə isə 75 faiz təşkil edirdi.

Argentinada orta təhsil ibtidai və ümumi təhsil pilləsinə bölünür. Ümumi təhsil pilləsi iki mərhələdən ibarətdir. Birinci mərhələ VII-IX, ikinci mərhələ isə X-XII sinifləri əhatə edir. Ölkədə orta təhsil I-IX siniflərdə icbari və ödənişsiz əsaslarla aparılır. X-XII siniflərdə isə tam orta təhsil verilir. Bu təhsil mərhələsi məktəblərin statusundan asılı olaraq ödənişli və ya ödənişsiz ola bilər. X-XII siniflərdə şagirdlərə texniki peşənin müxtəlif sahələri də öyrədilir. Argentinada orta məktəblər dövlət (ödənişsiz), özəl və dini təhsil müəssisələrinə ayrılır. Məktəblərin hamısında tədris səviyyəsi, demək olar ki, eynidir.

1993-cü ildə aparılan islahatlardan sonra əsas təhsil bazası 9 ilə çatdırıldı və əsas ümumi təhsil adlandırıldı. Əsas ümumi təhsil məktəblərində tədris olunan fənlər bütün təhsil müəssisələri üçün eynidir. Polimodal adlandırılan tam orta məktəbdə şagirdlərin təbiət elmləri, ekologiya və təşkilat, humanitar və ictimai elmlər,dizayn, rabitə, mal və xidmət sənayesi sahələri üzrə ixtisaslaşması əsas götürülür.

Bəzi əyalətlərdə isə I-VI siniflər əsas orta təhsil dövrü kimi qəbul olunub. Bundan sonra VII-VIII siniflərdə Polimodal mərhələdə oxuyan şagirdlərə natamam orta təhsil haqqında diplom verilir. Bu diplom vasitəsilə məzunlar texniki peşə məktəblərində təhsillərini davam etdirə bilərlər. Tam orta təhsil pilləsini başa vuran məzunlar isə ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanırlar. 

Ali təhsil 

Argentinada ilk ali məktəb olan Kordoba Milli Universitetinin əsası 1613-cü ildə qoyulub. 1966-cı ildən etibarən milli universitetlər Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin idarəçiliyi altında fəaliyyət göstərir.

Ali məktəblərə ümumi imtahan sistemi vasitəsilə qəbul yoxdur. Universitetlərə qəbul hər bir təhsil müəssisəsinin özü tərəfindən aparılır. Bununla belə, qəbul imtahanlarının keçirilməsi üçün müvafiq meyarlar və vahid qiymətləndirmə mexanizmi tətbiq olunur. Bəzən ali məktəblərə qəbul imtahanları olmadan, orta məktəbin yüksək qiymətlərlə bitirildiyini təsdiq edən sənəd əsasında aparılır.

Ölkədə ali təhsil 3 mərhələyə bölünür. İxtisaslardan asılı olaraq ali təhsil müddəti 3-6 il arasında dəyişir. Bir sıra əlavə xərclər istisna olmaqla ali təhsil ödənişsizdir.

Ölkə üzrə 39 dövlət universiteti və 46 özəl universitet fəaliyyət göstərir. Ali təhsil müəssisələri arasında Buenos-Ayres Universiteti ən yaxşılarından biri hesab edilir. Universitet birbaşa dövlət tərəfindən maliyyələşdirilir və yüksək təhsil keyfiyyəti ilə seçilir. 2004-cü ildə bu ali məktəbdə 308000 tələbə təhsil alıb.

Dövlət ali məktəblərində təhsil ödənişsiz əsaslarla həyata keçirilsə də, tələbələrin yalnız 10 faizdən bir az çox hissəsi təqaüdlə təmin olunur. Tələbələrin əksəriyyəti zəruri xərclərini ödəmək üçün işləyirlər.

Ən böyük dövlət universitetlərindən Milli Texnologiya Universiteti, Kordoba Milli Universiteti, La-Plata Universiteti, Rozario Universiteti, Şimal-Şərqi Universitet, Tukuman Universiteti, Santa-Fe Universiteti, Lomas de Samora və Mendosa  Universitetinin adlarını sadalamaq olar.

Ən yaxşı özəl ali məktəblər sırasına El-Salvador, Belqrano, Maymonides, Palermo, San Andres və Turkuato-di-Telya universitetləri daxildir. Özəl ali məktəblərin əksəriyyəti katolik kilsəsinə məxsusdur.

Argentinada ali təhsil müəssisələri Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir. Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi isə 2007-ci ildən fəaliyyət göstərir.

Dövlət və özəl universitetlər arasında əməkdaşlıq, dərəcə və diplomların tanınması kimi məsələlər CİN-Universitetlərarasi Milli Şura tərəfindən tənzimlənir. 2006-cı ilin statistik məlumatlarına görə, ümumi dövlət xərclərinin 17 faizi ali təhsil sahəsinə sərf olunur.

1995-ci ildə "Ali təhsil haqqında" qanun qəbul edilib. Bu qanunun əsas üstünlükləri sırasında Universitetləri Qiymətləndirmə və Akkreditasiyası üzrə Müstəqil Milli Şurasının (CONEAU) yaradılması, institutlara muxtariyyət hüququnun verilməsi və təhsil investisiyalarına qoyulmuş qadağaların ləğvi özünəməxsus yer tutur.

Universitet təhsili üç pillədən-bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrindən ibarətdir. Universitetlərdə iqtisadiyyatın inkişafını nəzərə alan və bazarın tələblərinə uyğun elmi tədqiqat işləri də aparılır. Universitetlərdə tədris milli tədris nümunəsinə uyğun olaraq ispan dilində aparılır. 

Peşə təhsili 

Argentinada orta texniki peşə təhsilini 2 və ya 3 illik kurslar vasitəsilə əldə etmək mümkündür. Belə peşə kursları dar çərçivədə ixtisaslaşmaya imkan verir. Bu kursların diplomları əmək fəaliyyəti ilə müstəqil məşğul olmağa dövlət lisenziyası vermir. İşləyənlər texniki peşə təhsili məktəblərində gecə də təhsil ala bilərlər.

Ölkədə Milli Texniki universitetlərin nəzdində də peşə məktəbləri şəbəkəsi fəaliyyət göstərir. Həmin məktəblərin diplomu ilə daha praktiki peşələrdə çalışmaq və əmək bazarına daxil olmaq mümkündür. 

Elmi tədqiqatlar 

Argentinada universitetlər əsas tədqiqat işlərinin aparıldığı təhsil müəssisələri hesab olunur. Elmi tədqiqat işləri tibb, nüvə fizikası, biotexnologiya, nanotexnologiya, səma və raket texnologiyası, o cümlədən əsas iqtisadi sahələrlə əlaqədar olan bir sıra istiqamətləri daha çox əhatə edir. Hökumətin qərarı ilə 1958-ci il fevralın 5-də təsis olunmuş Milli Elm və Texniki Tədqiqat Şurası-CONICET bütün ali təhsil müəssisələrində elmi tədqiqat işlərini istiqamətləndirir və əlaqələndirir. CONICET müstəqil şura tərəfindən idarə olunur, Argentina və digər ölkələrdən olan 8500 tədqiqatçı üçün təqaüd proqramları ayırır.

Ölkədə 5 elmlər akademiyası fəaliyyət göstərir. Bu sıraya 1909-cu ildə yaradılmış Kənd Təsərrüfatı və Baytarlıq Elmləri Akademiyası, 1874-cü ildə yaradılmış Dəqiq, Fiziki və Təbiət Elmləri Akademiyası, 1822-ci ildə yaradılmış Tibb Elmləri Akademiyası, 1869-cu ildə yaradılmış Kordoba Milli Elmlər Akademiyası və 1935-ci ildə yaradılmış Buenos-Ayres Akademiyası daxildir. Kənd təsərrüfatı, tibb, sənaye, elmi və texniki tədqiqat fəaliyyəti ilə məşğul olan çoxsaylı institutlar da vardır.

Argentina dünyaya bir sıra görkəmli həkimlər, alimlər və ixtiraçılar bəxş edib. Tədqiqatçılar ürək və xərçəng xəstəliklərinin müalicəsi sahəsində müxtəlif forma və üsulların hazırlanması sahəsində xeyli nailiyyətlər qazanıblar.

Alimlərdən Dominqo Liota 1969-cu ildə kəşf etdiyi ilk süni ürəyi insana köçürüb. 5 alim-Karlos Saavedra Lamas, Adolfo Perez Eskkvel, Bernardo Hussey, Luis Federiko Leloyr və Sezar Milste elmin müxtəlif sahələri üzrə Nobel mükafatına layiq görülüblər. 

Təhsilin idarə olunması 

Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi ölkənin təhsil siyasətinin həyata keçirilməsinə əsas məsul orqandır. Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin əsas məsləhət orqanı Elm və Texnologiya üzrə Federal Şura hesab olunur. 1996-cı ildə yaradılmış Elm və Texnologiya üzrə Federal Şura ilə yanaşı, CICYT, CNEA, INTA, INA, ANLIS, CRUP və İNPİ təşkilatları kimi digər məsləhət şuraları da fəaliyyət göstərir.

1993-cü ildə Argentinada genişmiqyaslı təhsil islahatlarına başlanıldı. Bu islahatlar nəticəsində mərkəzi hökumət tərəfindən idarə olunan bir sıra institutlar yerli idarəetmə orqanlarının tabeliyinə verildi. Bu islahatlar sayəsində institutların idarə edilməsinin səmərəli təşkilinə və ali təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olundu.

1993-cü il islahatları əsas (məktəbəqədər və ibtidai) və orta təhsil sisteminin də yeniləşməsi ilə nəticələndi. 7 illik icbari təhsil 10 illik icbari təhsillə əvəz edildi. Yeni sistemə əsasən, 5 yaşından etibarən birillik erkən uşaqlıq təhsilinin ardınca 3 illik ibtidai və daha sonra isə orta təhsil mərhələsinin yuxarı dövrü gəlir. 1 illik məktəbəqədər təhsil də icbari təhsil dövrünə daxildir. 

Beynəlxalq əməkdaşlıq

 Argentinanın təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığının əsas istiqamətləri fəza, nüvə enerjisindən dinc məqsədlərlə istifadə, kənd təsərrüfatı, tibb və ətraf mühit kimi sahələri əhatə edir.

Dünya Bankının 240 milyon dollar məbləğində maliyyə dəstəyi ilə təhsil sahəsində bir sıra struktur dəyişiklikləri aparılıb. Bütün bu maliyyə vəsaiti Ali Təhsil üzrə İslahat Proqramının icrasına yönəldilib. Elmi əməkdaşlıq həmçinin institutlar, laboratoriyalar və Elmi Texniki Tədqiqat Şurasının tədqiqatçıları tərəfindən davam etdirilir.

Argentina təhsil və elm üzrə dünya arenasındakı nüfuzunu və yüksək reytinqini qorumaq məqsədilə Təlim Xidməti üzrə Latın Amerikası Mərkəzinin CLAYSS 4 Proqramının fəal iştirakçısıdır. Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif ölkələrindən on minlərlə tələbə yüksək səviyyəli ali təhsil almaq üçün məhz Argentinanı seçir. 

Bəşarət MƏMMƏDOV,

Dilrubə BAYRAMOVA 

Yazının hazırlanmasında Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyinin və Elmi Texniki Tədqiqat Şurasının rəsmi materiallarından istifadə olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov