Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Dekabr 2011 - 47

 

Bakılı Nobel mükafatı laureatı

 

Lev Landau - Sovet fizika elminə əbədi şöhrət gətirmiş alim 

XX  əsr Sovet fizika elmi tarixində, dünya elmində öz yeri olan məşhur fizika alimləri çox olub. Lakin onların arasında 1908-ci il yanvarın 22-də Bakıda anadan olmuş Lev Landaunun xüsusi yeri  var. Landau Sovet fizikləri arasında əfsanəvi fiqur hesab olunur. O, elmi istedadı, maraq dairəsinin genişliyi, dərin zəkası, gözəl və aydın danışıq qabiliyyəti ilə çoxlarını valeh edirdi.     

 Landau bir sıra Sovet mükafatları və xarici dövlətlərin medalları  ilə təltif olunub. Görkəmli Sovet nəzəri-fiziki, SSRİ EA-nın akademiki (1946) Nobel mükafatına (1962) və Maks Plank adına medala layiq görülüb. 3 dəfə Stalin mükafatı, 1954-cü ildə Sosialist Əməyi Qəhrəmanı adını almış alim London Kral Akademiyasının, Danimarka Elmləri Akademiyasının, Amerika Milli Elmlər Akademiyası və Amerika İncəsənət Elmləri Akademiyasının, Fransa Fizika Cəmiyyətinin və London Fizika Cəmiyyətinin üzvü seçilib. Landaunun elmi irsi o qədər böyük və rəngarəngdir ki, bir adamın özünün qısa həyatı ərzində  bu qədər işləri görməyə müvəffəq olmasını təsəvvür etmək belə çox çətindir.

1908-ci il yanvarın 22-də Bakılı neft mühəndisi David Lvoviç Landau və onun arvadı Lyubov Veniaminovanın ailəsində doğulub. 1915-cı ildən Bakı yəhudi gimnaziyasında oxuyub. Onun anası bu gimnaziyada təbiətşünaslıq fənnini tədris edib. Qeyri-adi riyazi istedada malik olan Lev Landau zarafatla özü haqqında deyirdi: "İnteqrasiya olunmağı 13 yaşımda öyrəndim, fərqlənməyi isə həmişə bacardım".  14 yaşında Landau Azərbaycan Dövlət Universitetinə qəbul olunub, o eyni zamanda həm kimya, həm də fizika-riaziyyat fakültələrində təhsil alıb. Xüsusi qabiliyyətinə görə onu Leninqrad  Universitetinə göndəriblər.  1927-ci ildə Leninqrad Universitetinin fizika fakültəsini bitirən Landau aspiranturaya daxil olub. Cəmi 12 yaşı vardı, lakin onun hesabında artıq 4 dərc olunmuş elmi iş, eləcə də "İkiatomlu molekulların spektrlərinə dair nəzəriyyə" məqaləsi  vardı.

Daha sonra o, Leninqrad Fizika-Texnika İnstitutunun əməkdaşı olub. 1926-1927-ci illərdə nəzəri fizikaya dair ilk əsərini çap etdirib.  O zamanlar Rusiyada nəzəri fizika yeni-yeni inkişaf edirdi, lakin bu sahədə hamı tərəfindən qəbul olunan, tanınan və nüfuz sahibi olan mütəxəssis yox idi. Məhz gənc Lev Landau bu sahədə Sovet elmində ilk elmi tapıntı idi.  1929-cu ildə təhsilini davam etdirmək üçün Almaniyada, Danimarkada dahi fizik Nils Borun yanında, İngiltərədə və İsveçrədə elmi ezamiyyətlərdə olub. Avropada Landau Nils Bor da daxil olmaqla bir sıra aparıcı nəzəri fiziklərlə çalışıb. Məhz bu illərdə Landau Boru özünün yeganə müəllimi və dostu  hesab edib. Müəllim və şagird arasında dostluq Lev Landaunun həyatının son günlərinə qədər davam edib.  1932-ci ildə Landau Xarkovda Ukrayna Fizika-Texnika İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik edib. 1937-ci ildən başlayaraq Landau son günlərinə qədər SSRİ EA Fizika Problemləri İnstitutunda çalışıb, nəzəri fizika şöbəsinə rəhbərlik edib.  Onu nəzəri fizikanın bir sıra problemləri maraqlandırırdı. O, ulduzların enerji mənbəyini, səslərin dispersiyasını, yüksəkkeçiricilik, materialların maqnit xassələri, maye heliumun xassələrini  öyrənirdi. Landau  E.M.Livşits ilə "Nəzəri fizika kursu" kitabını yazıb. 

Landau repressiya illərində 

Landau Sovet və dünya elmində özünəməxsus iz qoyub.  Kvant mexanikası, bərk cismlər fizikası, maqnetizm, aşağı temperaturlar fizikası, kosmik şüalar fizikası, hidrodinamika, sahənin kvant nəzəriyyəsi, atom nüvəsinin fizikası, fiziki plazma və elementar hissəciklər fizikası - bunlar müxtəlif vaxtlarda Landaunun diqqətini cəlb etmiş elm sahələrinin tam siyahısı deyil. Onun haqqında deyirdilər ki, "XX  əsrin nəhəng fizika binasında onun üçün bağlı qapılar yoxdur".  Landau isə deyirdi: "Bəli, mən hər şeylə məşğul olmuşam və bundan sonra da məşğul olacam, mənim xarakterim belədir".

Yuxarıda qeyd etdiyimiz kimi, 1932-1937-ci illərdə Landau Xarkovda Ukrayna Fizika-Texnika İnstitutunda çalışıb. İnstitutda istefa verdikdən və 1937-ci ilin fevralında universitet fiziklərinin qiyamından sonra Landau akademik Pyotr Kapitsanın dəvətini qəbul edərək Moskvada Fizika Problemləri İnstitutunda nəzəri fizika şöbəsinə rəhbərlik etməyə razılıq verir. Landaunun Ukraynanı tərk etməsindən sonra 1937 -ci ilin fevralında  "NKVD" orqanları tərəfindən Xarkov  Fizika-Texnika İnstitutu dağıdılır və xarici mütəxəssislər A.Vaysberq, F.Xoutermans, L.V.Rozenkeviç (Landaunun həmmüəllifi), Şubnikov, V.S. Qorskiy həbs olunurlar, noyabrda onları güllələyirlər.

1938-ci ilin aprelində Landau M.A.Korents tərəfindən yazılmış və Stalin rejiminin devrilməsinə çağıran vərəqi redaktə edir. Bu vərəqdə Stalin faşist diktatoru elan olunur. Vərəqin mətninin  1 may bayramı ərəfəsində poçt vasitəsilə yayılması üçün Stalin əleyhinə olan tələbələrə verilir. Lakin bu işin üstü SSRİ dövlət təhlükəsizlik orqanları tərəfindən açılır və Landau, Korents və Y.B.Rumer antisovet təbliğatına görə aprelin 28-də həbs olunurlar. 1938-ci il mayın 3-də Landau fizika  institutundan kənarlaşdırılır. Landau həbsdə bir il qalıb. Stalin rejimi onu faşist Almaniyasına işləməkdə ittiham edirdi.  Landaunu Danimarka fiziki Nils Borun müdafiə məktubu və onu zaminliyə götürmüş  akademik Kapitsanın müdaxiləsi əsasında azad edirlər. O zaman Sovet elmi dairələrində böyük nüfuz sahibi olan Kapitsa Kremlə gedir və bəyan edir ki, əgər Landaunu azad etməsələr, rəhbərlik etdiyi institutu buraxacaq. Akademik Kapitsa Stalinə ünvanladığı məktubunda yazırdı: "O, dalaşqan və öcəşkəndir, başqalarında səhv axtarmağı sevir. Xüsusən də bizim akademiklərin səhvini tapanda saymazyana onları qıcıqlandırır. Bununla da o özünə çoxlu düşmən qazanıb. O gəncdir, elmdə hələ çox işlər görə bilər. Heç kim, heç bir başqa alim bütün bunlar barədə yaza bilmir, buna görə də bunları mən sizə yazıram.  Şübhə yoxdur ki, Landaunu bir alim kimi itirməyimiz həm sovet, həm də dünya elmi üçün izsiz ötüşməyəcək və onun yeri güclü hiss olunacaq. Onun hədsiz istedadını nəzərə alaraq sizdən işinə diqqətlə baxılması üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm".

Kapitsa "NKVD"-nin sədri Lavrenti Beriyaya  ünvanladığı məktubunda  yazırdı: "Xahiş edirəm, həbs olunmuş fizik, professor Lev Davidoviç Landaunu mənim şəxsi zaminliyim altında azad edəsiniz. "NKVD" qarşısında  öhdəlik götürürəm ki, Landau mənim institutumda hər hansı bir əks-inqilabi fəaliyyətlə məşğul olmayacaq və mən özümdən asılı olan tədbirləri görəcəm ki, o, institutdan kənarda da hansısa əks-inqilabi iş aparmayacaq. Əgər mən Landau tərəfdən Sovet hakimiyyəti əleyhinə yönəlmiş hansısa fəaliyyət müşahidə edərəmsə, bu barədə dərhal "NKVD" orqanlarını xəbərdar edəcəm". İki gün sonra Landau fizika institutunun əməkdaşları sırasına bərpa olunub. Həbsdən azad olunduqdan sonra həyatının son günlərinə qədər Landau  Fizika Problemləri İnstitutunda çalışıb.  Alim müharibə dövründə yanma və partlayış hadisələrini tədqiq edib. O, Sovet İttifaqında atom bombasının yaradılmasında iştirak edib.    

Dau erası 

Landau 1962-ci il yanvarın 7-də Dmitriyevsk şosesində Moskva-Dubna yolunda avtomobil qəzasına düşüb. Çoxsaylı sınıqlar, qan itirməsi və baş zədələri nəticəsində Landau 59 gün koma vəziyyətində qalıb. Həkimlər dəfələrlə alimin vəziyyətinin ümidsiz olduğunu bildiriblər. Kanadadan Moskvaya bütün dünyada məşhur olan neyrocərrah, London Kral Cəmiyyətinin üzvü Penfild gəlib.  Dünyanın ən məşhur fizikləri onun həyatının xilas olunmasında iştirak ediblər. Onlar dahi fizikin çarpayısı başında gecə-gündüz növbə çəkiblər. Çatışmayan dərmanlar təyyarə vasitəsilə Amerka və Avropa ölkələrindən gətirilib. Çox ciddi yaralara baxmayaraq, bu tədbirlər nəticəsində Landaunun həyatını xilas etmək mümkün olub. 

Landaunun şüuru bərpa olunsa da, onun əqli qabiliyyəti çox gec bərpa olunurdu və o, beləcə elmi yaradıcı işə qayıda bilmədi... Lakin onun arvadının və oğlunun fikrincə, Landau tədricən özünün normal vəziyyətinə qayıdıb və 1968-ci ildə fizika  ilə məşğul olmağa yaxın olub.  Landau bağırsaq keçilməzliyinin aradan qaldırılması əməliyyatından cəmi bir neçə gün sonra vəfat edib. Ona mezenterial damarların trombozu diaqnozu qoyulub. Ölüm tromboz arteriyaların tıxanması nəticəsində baş verib.  Landaunun arvadı öz memuarlarında ərini müalicə etmiş bəzi  həkimlərin səriştəsinə şübhələrini ifadə edib.

 1962-ci ildə Lev Landau Nobel mükafatına layiq görülür. Alim Stokholma mükafatın təqdim olunma mərasiminə gedə bilməyib. Mükafatı alimə Moskvada İsveçin SSRİ-dəki səfiri təqdim edib. Nobel və Lenin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı 1968-ci il aprelin 1-də vəfat edib. Dahi alimin vəfat etməsi ilə nəzəri fizika elmində böyük bir epoxa -  Dau erası başa çatıb. 

Xoşbəxtlik nəzəriyyəsi 

Uşaqlıqdan elmə həvəs göstərən Landau özünə söz verib: "siqaret çəkməyəcək, içməyəcək və evlənməyəcək". O hesab edirdi ki, nikah sevgi ilə heç bir ümumi əlaqəsi olmayan kooperativdir. Lakin o, kimya fakültəsinin məzunu olan Kora Drobansevlə görüşüb. Kora onu heç bir qadına qısqanmayacağını vəd edib. 1934-cü ildən onlar mülki nikahda yaşayıblar. Landau hesab edirdi ki, nikahı daha çox yalan və xəyanət dağıdır. Onlar arasında rəsmi nikah 1946-cı ildə, onların oğlu İqor doğulduqdan sonra bağlanıb. İqor sonralar MDU-nun fizika fakültəsini bitirib, o, aşağı temperaturlar fizikası sahəsində mütəxəssisləşib.

Landaunun yeganə, fizika ilə heç bir əlaqəsi olmayan nəzəriyyəsi xoşbəxtlik nəzəriyyəsi olub. O hesab edirdi ki, hər bir insan xoşbəxt, özü də hökmən xoşbəxt  olmalıdır. Bunun üçün o özündə 3 parametri birləşdirən sadə formul irəli sürüb: iş, sevgi və insanlarla ünsiyyət.  

Landau belə deyirdi... 

Elmi işlərdən əlavə, Landau həm də zarafatları ilə məşhur olub. Onun elmi zarafatlarda xidmətləri böyükdür. İncə, iti zəkalı və gözəl natiq olan Landau həmkarları arasında  hər bir zarafatı dəstəkləyib. O, "Landau belə deyirdi"  termini yaradıb və özü də müxtəlif yumoristik hadisələrin qəhrəmanı olub. Xarakterik cəhət odur  ki,  zarafatlar  fizika və riyaziyyatla o qədər də bağlı olmayıb. O, tələbələrinə maksimum sərbəstlik vermişdi. O, yumoru və gülüşü çox qiymətləndirirdi. Hətta tələbələr ona dostluq şarjları da həsr etmişdilər. Bu şəkillərin altında "Dau deyib" ifadəsi yazılardı.    

Landau minimumları   

1934-cü ildə SSRİ Elmlər Akademiyası Lev Landauya dissertasiya müdafiə etmədən fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi verir. Landaunun bu ada təqdim olunması arayışında onun bir alim kimi çox vacib keyfiyyəti - mürəkkəb məsələlərin həllində  riyazi metodları  virtuozcasına tətbiq etməsi göstərilirdi. O vaxt Xarkov şəhəri nəzəri fizikanın mərkəzinə çevrilir. Alim çox gözəl elmi məktəb yaradır, bu məktəbə düşmək olduqca çətin idi. Landau bir sıra tələblər işləyib hazırlamışdı ki, buna da o vaxtlar "Landau minimumları" deyilirdi. Landaunun tələbələri adına layiq görülmək üçün onun müəyyən etdiyi 9 nəzəri imtahan vermək tələb olunurdu, tələbələr əvvəlcə riyaziyyatdan, sonra fizikadan Landauya imtahan verməli idilər. O tələbələrindən nəzəri fizikanın bütün bölmələri üzrə biliklər tələb edirdi.  Mərkəzə düşmək arzusunda olanlar çox olsa da, 30 illik fəaliyyəti dövründə cəmi 43 nəfər Landau məktəbində dərs ala bilib. Alim istedadlı gənclərə çox diqqətlə yanaşırdı, onlara məşğul olmaq istədikləri tədqiqat mövzusunu  seçməkdə müstəqillik verirdi və birgə eksperimentlərin aparılmasına vaxtını əsirgəmirdi. Tələbələri və müəllim həmkarları hörmətlə onu "Dau" çağırırdılar. Əslində alim özü  tələbələrindən "məni Lev Davidoviç yox, sadəcə Dau çağırın" tələb edirdi. Landaunun tələbələrindən və birgə elmi işlərin həmmüəllifi və ən yaxın  dostlarından biri  Yevgeni Mixayloviç Livşits idi.   1935-ci ildə Landau və Livşits nəzəri fizikaya dair bir neçə elmi dərsliklər çap  etdirirlər. Dərsliklər bir çox dillərə tərcümə olunub və klassik mənbə hesab olunub.   Bu işlərə görə nəzəriyyəçi fiziklər 1962-ci ildə Lenin mükafatına layiq görülüblər.

"Tədqiqatları mən iş adlandırmazdım. Bu, ən yüksək zövqdür, məmnunluqdur, böyük sevincdir, onu heç nə ilə müqayisə etmək olmaz", - deyə Landau bildirirdi.  

Aforizmləri 

Elmdə təkrarsız dərinlik yoxdur.

Nəzəriyyələrin əksəriyyəti - yalnız köhnə fikirlərin yeni terminologiyaya

tərcüməsidir.

Mədəniyyətdə zirvə əsas rol oynayır.

Çıxışlar yoxdur, yalnız keçidlər var.

Əgər yaxın adama nəyisə izah etmək lazımdırsa, onda izah etmək lazım deyil.

Siyasətdə əks-səda gözlənilən hadisələrdən xəbər verir.

Ölümdən güclü yalnız sevgidir. Lakin o, həyatdan güclü ola bilərmi?

Əgər nəzəriyyə hər şeyi izah edirsə, onda o, bir şeyə yaramır.

Satirik - gülməli olanı onu olmadığı yerdə də görə bilən yazıçıdır.

Fizikada ən başlıcası laqeyd olmamağı bacarmaqdır. 

Sadə ədədlər çoxalma üçün yaradılıb.

Heç nədən elə heç nə yaranıb.

 

Hazırladı: Oruc MUSTAFAYEV 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov